ƏDV-nin hesablanması və əvəzləşdirilmə mexanizmi

posted in: Vergi, Xəbər | 0

ƏDV-nin hesablanması və əvəzləşdirilmə mexanizmi

Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən, əlavə dəyər vergisi (ƏDV) – vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalarına və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Mövzu ilə bağlı yaranan suallara iqtisadçı ekspert İsmayıl Bağırov aydınlıq gətirir.

Bu maddənin tətbiqinin əsas məqsədi vergi tutulan dövriyyədən əlavə dəyər vergisinin hansı qaydada hesablanıldığını müəyyənləşdirməkdir. Bunun üçün birinci növbədə verginin əvəzləşdirilməsi mexanizmini nəzərə almaq lazımdır. Çünki bu maddəyə əsasən büdcəyə ödəniləcək ƏDV-ni hesablamaq üçün vergi tutulan dövriyyədən hesablanan ƏDV-nin məbləğindən əvəzləşdirilməli olan ƏDV-nin məbləğini çıxmaq lazımdır. ƏDV məhsulun qiymətinə əlavədir.

Əgər mənfəət vergisi müəssisənin sərəncamında qalan mənfəətin, muzdlu işdən tutulan gəlir vergisi işçilərə ödənilən əməkhaqqının həcminin azalmasına səbəb olursa, ƏDV müəssisənin vəsaitlərinin həcmini azaltmır, çünki vergi ödəyicisi tərəfindən ödənilən ƏDV təqdim olunan məhsulun üzərinə əlavə edildiyi üçün həmin məhsulun istehlakçısı tərəfindən əmtəənin qiymətində ödənilir. Yəni ƏDV məhsulu təqdim edən vergi ödəyicisi tərəfindən yox, məhsulu alan son istehlakçı tərəfindən ödənilmiş olur.

Misal 1: ƏDV-nin tutulması prosesində verginin əvəzləşdirilməsi mexanizmini daha aydın başa düşmək üçün aşağıdakı cədvəli misal vasitəsi ilə izah edək. Sadəlik üçün, fərz edək ki, ƏDV-nin dərəcəsi 10 faizdir.

Malın hərəkət mərhələləri

Malın alındığı qiymət

Malın satıldığı qiymət

ƏDV-nin
hesablanmış
məbləği
ƏDV-nin
əvəzləşdirilmiş məbləği
Büdcəyə
ödənilməli
ƏDV
İlkin istehsalçı 100 10 10
Emal sənayesi 110 200 20 10 10
Topdan satıcı 220 300 30 20 10
Pərakəndə satıcı 330 400 40 30 10
Alıcı (son istehlakçı) 440

Cədvəldən göründüyü kimi, ilkin istehsalçı 100 manatlıq məhsul istehsal edib. Onun üzərinə 10 manat (100 x 10% = 10) ƏDV əlavə edərək, həmin məhsulu 110 manata emal sənayesinə təqdim edib. Bu zaman heç bir əvəzləşdirmə olmadığından ilkin istehsalçı büdcəyə 10 manat ƏDV ödəməlidir. Lakin bir məsələyə diqqət etmək lazımdır ki, 10 manat ƏDV məbləğini ilkin istehsalçı büdcəyə ödəsə də, həmin məhsulu istehlakçıya 110 manata (100 manat + 10 manat ƏDV) təqdim etdiyindən, faktiki olaraq büdcəyə ödədiyi 10 manat ƏDV məbləğini istehlakçıdan alır. Misalın davamında: cədvəldən göründüyü kimi, emal sənayesi aldığı 110 manatlıq malı (100 manat + 10 manat ƏDV)) topdan satıcıya 220 manata (200 manat + 20 manat ƏDV) təqdim edib. Bu zaman 20 manat ƏDV əmələ gəlir, amma məhsulu alanda ödədiyi 10 manat ƏDV-ni əvəzləşdirdiyi üçün emal sənayesi büdcəyə 10 manat (20 manat – 10 manat) ƏDV ödəməlidir. Misalın davamında: topdan satıcı aldığı 220 manatlıq malı pərakəndə satıcıya 330 manata (300 manat + 30 manat ƏDV)) təqdim edib. Bu zaman 30 manat ƏDV əmələ gəlir, amma məhsulu alanda ödədiyi 20 manat ƏDV-ni əvəzləşdirdiyi üçün topdan satıcı büdcəyə 10 manat (30 manat – 20 manat) ƏDV ödəməlidir. Misalın davamında: pərakəndə satıcı aldığı 330 manatlıq malı 440 manata (400 manat + 40 manat ƏDV)) son istehlakçıya təqdim edib. Bu zaman 40 manat ƏDV əmələ gəlir, amma məhsulu alanda ödədiyi 30 manat ƏDV-ni əvəzləşdirdiyi üçün pərakəndə satıcı büdcəyə 10 manat (40 manat – 30 manat) ƏDV ödəməlidir.


Mənfəət vergisi müəssisənin sərəncamında qalan mənfəətin, muzdlu işdən tutulan
gəlir vergisi işçilərə ödənilən əməkhaqqının həcminin azalmasına səbəb olursa,
ƏDV müəssisənin vəsaitlərinin həcmini azaltmır, çünki vergi ödəyicisi tərəfindən
ödənilən ƏDV təqdim olunan məhsulun üzərinə əlavə edildiyi üçün
həmin məhsulun istehlakçısı tərəfindən əmtəənin qiymətində ödənilir


Misalımızdan göründüyü kimi, sonda 10 manat ƏDV məbləğini pərakəndə satıcı büdcəyə ödəsə də, həmin məhsulu istehlakçıya 440 manata (400 manat + 40 manat ƏDV) təqdim edib və məhsulu alarkən ödədiyi 30 manat ƏDV-ni əvəzləşdirdiyi üçün büdcəyə ödəməli olduğu 10 manat (40 manat – 30 manat) ƏDV məbləğini məhsulun dəyərinə əlavə etdiyindən, həmin məbləği pərakəndə satıcı istehlakçıdan almış olur.
Ümumiyyətlə, bütün mərhələlərdə hər bir satıcı satış anında alıcıdan ƏDV-ni alır və təqdim edəcəyi mala görə ödəyəcəyi ƏDV-dən özünün ödədiyi ƏDV-ni çıxır və qalan məbləği büdcəyə ödəyir. Nəticədə büdcəyə ödənilən ƏDV məbləği də malın dəyərinə əlavə olunaraq təqdim edildiyindən, ƏDV son istehlakçı tərəfindən ödənilmiş olur.

Misal 2: Tutaq ki, ƏDV ödəyicisi olan müəssisə elektron vergi hesab-fakturası əsasında 118.000 manat dəyərində (o cümlədən 100.000 manat malın dəyəri, 18.000 manat ƏDV məbləği) xammal almışdır. Malın dəyəri müəssisə tərəfindən satıcı təşkilatın bank hesabına nağdsız qaydada, ƏDV isə depozit hesabına ödənilmişdir. Alınmış xammaldan istehsal edilmiş mal elektron vergi hesab-fakturası əsasında 177.000 manata (o cümlədən 150.000 manat malın dəyəri, 27.000 manat ƏDV məbləği) təqdim edilmişdır.

Beləliklə, vergi tutulan dövriyyədən hesablanan verginin məbləği 27.000 manat, (150.000 x 18% = 27.000) əvəzləşdirilməli olan verginin məbləği 18.000 manat (100.000 x 18% = 18.000), ƏDV üzrə büdcəyə ödənilməli olan fərq məbləği isə 9.000 manat (27.000 – 18.000 = 9.000) manat təşkil edəcəkdir.

Misaldan göründüyü kimi, ƏDV üzrə büdcəyə ödənilməli olan 9.000 manat xammalın dəyərinə əlavə edildiyindən, həmin məbləğ müəssisə tərəfindən ödənilsə də, faktiki olaraq, istehlakçıdan alınmışdır.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycan Respublikasında yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi barədə məlumat

posted in: Vergi, Xəbər | 0

Azərbaycan Respublikasında yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi barədə

Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasında yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində işlər davam etdirilir.

Artıq Bakı, Gəncə və Sumqayıt şəhərlərində müvafiq fəaliyyət sahələrində yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi üzrə birinci mərhələ çərçivəsində işlər icra olunur. Bu aparatlar ilkin mərhələdə yanacaqdoldurma məntəqələrində və şəbəkə sistemli marketlərdə quraşdırılır.

Görülmüş işlər nəticəsində yeni nəsil nəzarət-kassa aparatları şəbəkə sistemli marketlərdə də quraşdırılmaqdadır. Hazırda Bakı şəhərinin iri marketlər şəbəkəsində sistemin işə düşməsi üçün proqram təminatlarının Vergilər Nazirliyinin informasiya sistemi ilə inteqrasiya edilməsi üzrə işlərin yekunlaşdırılması və vergi ödəyicilərinin texniki imkanlarının yeni tələblərə uyğunlaşdırılması prosesi gedir. Bu proseslər əsas marketlər üzrə iyul ayı ərzində yekunlaşacaq.

“Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin birinci mərhələsində “Bravo Supermarket”, “Bazarstore Supermarket”, “Al Market”, “Bizim Market”, “OBA Market”, “Araz Supermarket”, “Spar Supermarket”, “FAVORİT Supermarket”, “Neptun Market”, “Grand Mart”, “Avromart”, “Market FR”, “Səbət Market”, “Fresco Supermarket”, “Bolmart Supermaket”, “Port Baku Bazar”, “Megastore Market”, “Rahat Market”, “Kontinental Supermarket”, “West Mart”, “AİLƏ Supermarket”, “Sərham Market”, ”Caspian Cristal Gastranomy”, “Armo Store Market” mağazalar şəbəkələrinin inteqrasiyası nəzərdə tutulub.

Vergilər Nazirliyi bildirir ki, yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulmuş qrafik üzrə təsərrüfat subyektlərində təmin ediləcəkdir. Bu kassaların quraşdırılmasından imtina edilməsi, quraşdırılmasından sonra kassalardan istifadə olunmaması və yaxud nağd hesablaşma qaydalarının pozulması halları vergi qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinə səbəb ola bilər.

Yeni kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradacaq.

Əlavə olaraq bildirmək istərdik ki, yeni nəsil nəzarət-kassa aparatlarına dair daha ətraflı məlumatı bu günlərdə istifadəyə verilmiş https://e-kassa.gov.az internet səhifəsindən əldə etmək olar.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qrant alınması ilə bağlı qaydalarda dəyişiklik edildi

posted in: Xəbər | 0

Qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi qaydalarında dəyişiklik edilib

Prezident İlham Əliyev “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Bu dəyişiklik dəqiqləşdirmə xarakterlidir.
İndiyədək Nazirlər Kabinetinə sazişlərə dair danışıqlara başlanması haqqında təklifləri mərkəzi və digər icra hakimiyyəti orqanları təqdim edirdi.
Dəyişikliklə isə bunu mərkəzi icra hakimiyyəti orqanları ilə yanaşı, dövlətə məxsus müəssisələr də edə biləcək.
Beləliklə, Nazirlər Kabineti texniki yardım və ya qrant alınmasını məqsədəuyğun hesab edərsə, müvafiq icra hakimiyyəti orqanlarının və dövlətə məxsus müəssisələrin rəhbərlərinə müvafiq donorla danışıqlara başlanmasına dair razılıq verir. Sazişi imzalamaq səlahiyyəti Nazirlər Kabineti tərəfindən müvafiq icra hakimiyyəti orqanının və dövlətə məxsus müəssisənin rəhbərinə verilir.
Mənbə: report.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Kanada vergi sistemi haqqında bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Kanada vergi sistemiKanada vergi sistemi haqqında bilmədiklərimiz 

2-ci hissə (1-ci hissəni buradan oxuya bilərsiniz)

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda Kanada vergi sistemi haqqında danışacağıq.

Qeyd etmək lazımdır ki, bu zaman hansı ölkə vətəndaşının Kanada ərazisində mülkiyyət almasının heç bir fərqi yoxdur. Vergi stavkası hamı üçün eynidir. Əgər daşınmaz əmlakın dəyəri 250-400 min Kanada dolları olarsa, həmin stavka 1,5% təşkil edəcək. Əmlakn dəyəri 400 min dolları ötürsə, onda dövlət xəzinəsinə 2% həcmində ödəniş etməli olursan. Kanada daşınmaz əmlakla bağlı verginin həcminə görə Böyük Britaniyadan sonra ikinci yeri tutur.

Kanada ərazisində ƏDV termini də tez-tez işlədilir. Burada həmin ödəniş istehlak və ya məhsul və xidmətlərə görə vergi adlandırılır. Bu verginin orta stavkası 6% təşkil edir, amma o, həm də dövlətin ərazi zonalarından asılı olur.

Kanadada gəlir vergisi necədir?

Məlum olduğu kimi Kanadada vergilər bir neçə növə bölünür. Gəlir vergisi federal vergilərə aiddir. Vergi stavkası əldə edilən gəlirin həcminə uyğun proporsional artır. Bu stavka 2002-ci ildə qəbul edilib və 15 ildir ki, dəyişilməz olaraq qalmaqdadır.

Gəlirdən asılı olaraq vergi stavkası 15, 22, 26 və 29% təşkil edir. Əgər Kanada sakininin maaşı 7,5 min dolları keçirsə, lakin 42,7 mindən azdırsa, onda ən aşağı – 15%-lik vergi stavkası tətbiq olunur.

Bu ölkədə maaşlar 42,7 min dolları ötərsə, amma 85,4 dolları keçməzsə, belədə 22% vergi tutulur. Məvacib 85 400 – 132 000 dollar təşkil edirsə, vergi stavkası 26% təşkil edir. Əgər, hər hansı bir nəfərin əməkhaqqı 132,4 mini keçərsə, onda 29%-lik vergi tutulur.

Bir nümunə gətirək. Əgər, hər hansı bir şəxs 7,5 min dollar qazanıbsa, o, 1125 dollar vergi ödəməyə borcludur.

Qeyd edək ki, bu, ölkədə ən aşağı vergi məbləğidir. 15%-lik stavka ilə maksimal vergilər 6404, 99 dollar (42699,99*0,15) təşkil edir. 225%-lə minimal stavka 10384 dollar (47200 * 0,22) təşkil edəcək. Bu stavka ilə ən yüksək vergi məbləği – 18787,99 dollar (85399,9*0,22) olacaq.

Əgər, illik əməkhaqqı 132399,99 dollar təşkil edərsə, onda 34423,99 dollar vergi ödəməli olursan.

Kanada ərazisində orta illik əməkhaqqı təxminən 63 min dollar təşkil edir. Belə bir məvacib zamanı 22 faizlik vergi stavkası tərbiq olunur. Beləliklə, hər bir ölkə sakini il ərzində dövlət büdcəsinə orta hesabla 14 min Kanada dolları ödəyir.

Kanada vergi sistemi ölkə iqtisadiyyatına çox güclü təsir göstərir. Ötən əsrin sonlarında dövlət elə vergi tənzimlənməsi yaratmağa cəhd etdi ki, ona ehtiyacın stimullaşdırılmasını həyata keçirmək nəsib olsun. Amma, burada ikinci məqsəd də  olmamış deyildi. Burada həm də dövlətin öz məsrəflərinə daha çox diqqət yönəldilmişdi.

Həmin dövrdən ölkə iqtisadiyyatında Kanada əyalətlərinin rolu yüksəlməyə başladı. Son illərdə əyalətlərin ÜDM-də payı iki dəfə artıb. Bu, hətta əlkənin federal hökumətini payından da çoxdur.

Rəzidentlərin Kanada ərazisində əldə etdikləri gəlirlərlə yanaşı, pul vəsaitləri ölkə xaricində də qazanıla bilər. Bu gəlirlərdən də vergi ödənişləri zəruridir. Lakin elə ölkələr var ki, onlarla Kanada arasında ikiqat vrgidən yayınmaqla bağlı müqavilələr bağlanıb. Belə hallarda Kanadadan olan rezident vergini yalnız işgüzar fəaliyyət göstərdiyi və gəlir əldə etdiyi işlədiyi ölkədə ödəyir.

Kanadaya hər il çoxsaylı mühacirlər gəlir. Burada sakin statusu alınana qədər onların mülkiyyəti vergiyə cəlb olunmur. Yox, əgər, həmin əmlak məs, belə bir status alındıqdan sonra satılarsa, onda yenə də vergi ödənilməyəcək.Bu qayda investisiya vasitələrinə və daşınmaz əmlaka da aiddir.

Əyalətlər də gəlirlərin paylaşdırılması nəticələrini öz üzərlərinə götürürlər, çünki onlar da federal vergilər tuturlar, deməli, vergi daxilomaları ilə əlaqəli bütün strukturu qəbul edirlər. Kanada əyalətləri vergi stavkalarını sərbəst şəkildə müəyyən edə bilsəydilər, belədə onlar daha səmərəli fəaliyyət göstərə bilərdilər. Lakin, bunun bir mənfi tərəfi olardı, o, bütün Kanada vergi sistemini əhəmiyyətli dərəcədə mürəkkəbləşdirə bilərdi.

Bütün hallarda əyalətlər öz büdcələrinə daxilolmaları artıra bilərlər, lakin, bunu həyata keçirməkdən ötrü vergi stavkaları əhəmiyyətli dərəcədə yüksəldilməli olardı. Kanada inkişaf etmiş bir səviyyədə desentralizasiyaya uğramış bir ölkədir.  Bu, sosial siyasətin regionların ehtiyaclarına uyğunlaşmasına imkan verərək, əyalət büdcələrini gəlirlər ilə təmin edir.

Kanadada mühasiblərin əməkhaqqına gəldikdə, bu sahədə çalışan adamlar il ərzində 41967 Kanada dolları (3384,35 ABŞ dolları), ayda isə 3497,25 dollar (2820,3 ABŞ dolları)  pul qazanırlar. Orta məktəb müəllimləri isə daha çox əməkhaqqı alırlar. Belə ki, orta məktəblərdə dərs deyən müəlimlərin illik maaşı 73000 Kanada dolları (58871 ABŞ dolları), aylıq isə 6083 dollar (4906 ABŞ dolları) təşkil edir.


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.