» » » Kanada vergi sistemi haqqında bilmədiklərimiz (1-ci hissə)

Kanada vergi sistemi haqqında bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

Kanada vergi sistemiKanada vergi sistemi haqqında bilmədiklərimiz 

1-ci hissə

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda Kanada vergi sistemi haqqında danışacağıq.

Kanadadakı vergilər Fransada olduğu qədər sərt deyil. Ölkənin vergi sistemi özlüyündə dövlətin ərazisində vergi və yığımların səmərəli toplanışını təmin edən məcmu alətlərdən və metodlardan ibarətdir.

Kanada vergi sistemi üç səviyyəyə bölünür: yerli, əyalət və federal. Son iki səviyyə dövlət xəzinəsinə bütün vergi daxilolmalarının 90%-ni təşkil edir. Gəlirdən vergilər isə dövlət büdcəsinin əsas hissəsini təşkil edir. Əyalət səviyyəsində gəlirlər bir neçə hissədən ibarətdir. Bunlar satış, aksiz, icarədən gələn vergilər, lisenziya verilməsi zamanı yığımlar, gəlirlər və kapitaldan tutulan vergilərdən ibarətdir.

Dolayısı vergilər və gəlir vergisi ən mühüm rol oynayır. Ölkədə vergilərin toplanılması ilə dövlət  məşğul olur. Vəsaitlər axınına və onların sonrakı paylaşdırılmasına görə məsuliyyəti də məhz, dövlət daşıyır. Bələdiyyələrin gəlirləri müxtəlif tariflərdən, həmçinin mülkiyyətdən daxil olan vergilərdən ibarətdir.

Kanadada vergi yığımlarına görə Agentlik, vergi və yığım nazirliyi məsuliyyət daşıyır. Agentlik bütün Kanada üzrə yığımlarla məşğul olur. Ontario əyaləti ayrıca diqqətə layiqdir, hansı ki, orada gəlirlərdən vergiləri gəlirlər nazirliyi toplayır. Bu əyalətdə aşağıdakı növ vergilər toplanır:

  • Sığorta haqları və digər tutulmalar.
  • Royaltilər.
  • Yanacağa görə vergilər.
  • Torpağa görə vergilər.
  • Satışdan vergilər.
  • Torpağa görə əyalət vergisi.
  • Gəlirdən vergi.

Kanadada yerli səviyyədə vergi daxilolmaları  çox sadə hesab olunur. Yerli vergilər iki növə bölünür:

  • Daşınmaz əmlakdan vergilər.
  • Sahibkarlıqdan vergilər.

Federal vergilərdən söz açmalı olsaq, ilk növbədə əyalət vergisilə bir ümumiliyi qeyd etmək olar. Bu, gəlir vergisi, royalti, həmçinin fərdi və korporativ gəlirlərdən tutulan vergilərdir. Bundan başqa, federal səviyyədə ƏDV, aksiz və gömrük rüsumları da var.

Ölkənin vergi sistemi müxtəlif səviyyələrdə vergi bazasından eyni zamanda istifadə olunmasını nəzərdə tutur. Bu həm federasiyaya və həm də əyalətlərə aiddir. Yerli səviyyədə birtipli vergi ödənişi paralel sistemindən istifadə olunmur.

Kanada qanunlarında vergilərin təbiətinə və mənbəyinə görə dəqiq bölüşdürülməsi mövcuddur. Dövlətdə vergiyə cəlb olunan gəlirlər əməkhaqqına, mülkiyyətdən gəlirlərə, həmçinin kapitalın artımından daxil olan gəlirlərə bölünür. Ölkə qanunlarına görə, müəyyən məbləğlər bu və ya digər gəlirlərə daxil edilə bilər. Həmçinin elə növ gəlirlər də mövcuddur ki, onlar yuxarıda göstərilən heç bir növə aid etmək olmur. Bu növ gəlirlərdən vergi tutulumur. Buna misal kimi, lotoreya uduşunu göstərmək olar.

Kapitala vergilərdən danışsaq, onda qeyd etmək lazımdır ki, kapital artımının  yalnız yarısı vergi ödənişinə cəlb olunur. İşləməklə bağlı gəlirlər özündə yalnız əməkhaqqını deyil, həm də ölkə sakinlərindən yerinə yetirdiyi işlə bağlı əldə etdiyi bonusları da özündə ehtiva edir.

Mülkiyyətdən daxil olan gəlirlər də, Kanadada gəlir hesab olunur. Bu sıraya icarə, faizlər və dividendləri daxil etmək olar. Lakin, əgər həmin gəlirlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı əldə olunubsa, onda bu sahibkarlıq fəaliyyəti kimi təsnifləşdirilir. Ödəyici öz fəaliyyəti zamanı zərərə düşdüyü hallarda isə, o, bu ödənişi başqa bir vaxta qədər ertələyə bilər. Bu halda zərər gəlirlərdən çıxılır.

Kanada qanunvericiliyinə görə “gəlir” və “vergiyə cəlb olunan gəlir” fərqli əhəmiyyət daşıyır. Vergiyə cəlb olunan gəlir, təmiz gəlirə bərabər olur, öz növbəsində, oradan müəyyən məbləğ çıxılan ümumi gəlirlər əsasında hesablanır. Və ödəniş etmək üçün təmiz gəlir bazasından verginin məbləği hesablanır.

Kanada vergi sistemi üçün ən yüksək vergilər hansılardır?
Kandada ən yüksək vergi gəlir vergisidir. Onun məbləği gəlirlərin həcmindən asılıdır. Daşınmaz əmlakdan tutulan vergi, əldə olunan əmlakın dəyərinin 1 faizindən 2 faizinədək təşkil edir. Bu vergi ildə bir dəfə ödənilir. Həmin vergi təkcə mülkiyyət sahibləri tərəfindən deyil, həm də daşınmaz mülkiyyət icarəçiləri tərəfindən də ödənilir.
Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.