Müəssisələrin əsas vəsaitlərinə amortizasiya məbləğinin hesablanması qaydası

posted in: Xəbər | 0

Əsas vəsaitlər üçün amortizasiya məbləğinin hesablanması

2019-cu il üçün Əmək Haqqı Cədvəli AmortizasiyaVergi Məcəlləsinin 114.6-cı maddəsinə əsasən, amortizasiya hesablanması məqsədləri üçün vergi ilinin sonuna qalıq dəyərini tapmaqdan ötrü əsas vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin ilə hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) VM 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə Vergi Məcəlləsinin 115-ci maddəsinə əsasən müəyyən edilmiş təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir. Vergi ilində təqdim olunmuş, ləğv edilmiş və qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Bu maddələrin tətbiqinin əsas məqsədi amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər üzrə vergi ilinin sonuna qalıq dəyərini tapmaq və alınan dəyərə amortizasiya norması tətbiq etməklə həmin əsas vəsaitə hesablanmış amortizasiya məbləğini müəyyənləşdirməkdir.

114.6-cı maddəni daha yaxşı anlamaq üçün amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər üzrə vergi ilinin sonuna qalıq dəyərini hesablamaq qaydasında diqqət yetirilməli məqamları nəzərdən keçirək.

Əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinin (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) üstünə Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri və cari ildə Vergi Məcəlləsinin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi gəlinir. Bundan vergi ilində təqdim olunmuş, ləğv edilmiş əsas vəsaitlərin qalıq dəyəri və qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olan əsas vəsaitlərin qalıq dəyəri çıxılır, nəticədə əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri alınır.

Misal: Tutaq ki, əvvəlki ilin sonuna (həmin il üçün hesablanmış amortizasiya ayırmaları çıxıldıqdan sonra) hüquqi şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi əsas vəsaitlərinin qalıq dəyəri 50.000 manat təşkil edib. Cari ildə o, 10.000 manat dəyərində əsas vəsait alıb, təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi isə 5.000 manat təşkil edib. Kateqoriyaya aid qalıq dəyəri 1.000 manat olan əsas vəsait təqdim edib, qalıq dəyəri 1.500 manat olan əsas vəsait isə ləğv edilərək 400 manat qalıq dəyəri olan əsas vəsaiti olub və ilkin dəyəri 50.000 manat olan digər əsas vəsaitın qalıq dəyəri isə 2.000 manat, yəni onun ilkin dəyərinin 5 faizindən az olub.

Bu hal üzrə hüquqi şəxsin amortizasiya məqsədləri üçün əsas vəsaitlərinin cari ilin sonuna qalıq dəyərini hesablayaq:

Əvvəlcə əsas vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyərini (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) müəyyənləşdirək. Misalda əsas vəsaitin əvvəlki ilin sonuna qalıq dəyəri 50.000 manat olduğu üçün növbəti addım olaraq bu məbləğin üzərinə cari ildə daxil olmuş 10.000 manat dəyərində əsas vəsaiti əlavə edirik. Üçüncü, bu məbləğin üzərinə cari ildə təmir xərclərinin məhdudlaşdırmadan artıq olan 5.000 manat məbləği əlavə edirik, dördüncü, bu məbləğdən vergi ilində təqdim olunmuş 1.000 manat və ləğv edilmiş 1.500 manat məbləğində əsas vəsaitlərin qalıq dəyərini çıxırıq. Nəhayət, bu məbləğdən qalıq dəyəri 500 manatdan az olduğu üçün 400 manat və ilkin dəyərin 5 faizindən az olduğu üçün 2.000 manat məbləğində əsas vəsaitlərin qalıq dəyərini çıxdıqdan sonra qalan 60.100 manat (50.000 + 10.000 + 5.000 – 1.000 –1.500 – 400 – 2.000 = 60.100) məbləği əsas vəsaitin vergi ilinin sonuna qalıq dəyərini təşkil edir. Bu məbləğə də müvafiq amortizasiya normasını tətbiq etməklə hesablanmalı amortizasiya məbləğini tapmaq olar.

Mənbə: vergiler.az

esas vesaitler

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək müqaviləsinin rəsmiləşdirilməsinin üstünlükləri nələrdir?

posted in: Müqavilələr, Xəbər | 0

Əmək müqaviləsinin rəsmiləşdirilməsinin üstünlükləri nələrdir?


İşçi əmək müqaviləsiz fəaliyyət göstərdiyi halda hansı hüquqlarından məhrum olur?

  • Əmək kitabçası açılmır və iş stajı hesablanmır;
  • Müqavilədə əmək haqqının göstərilməməsi gələcəkdə pensiya təminatına mənfi təsir edir. Belə ki, xidmət müqaviləsi ilə işləyən işçilər əksər hallarda sosial ödənişləri etmirlər ya da bu öhdəlik düzgün məbləğdə icra edilmir;
  • İşçilər ödənişli məzuniyyət, yəni 21 təqvim günündən az olmayan əsas əmək məzuniyyəti, iş stajına görə əlavə məzuniyyət, əmək şəraitinə və işin xarakterinə görə əlavə məzuniyyət hüququ, hamiləliyə və doğuşa görə qismən ödənişli sosial məzuniyyət hüquqlarından məhrum olurlar və onlarla imzalanmış müqaviləyə xitam verilərkən istifadə edilməmiş məzuniyyətin pul əvəzi verilmir;
  • Əmək xəsarəti aldıqda və ya peşə xəstəliyinə tutulduqda müavinət ala bilmirlər;
  • Müvəqqəti olaraq əmək qabiliyyətini itirərsə və xəstəlik vərəqəsi təqdim edərsə müavinət ala bilmirlər;
  • Əmək müqaviləsi bağlanmadıqda və aylıq əmək haqqı göstərilmədikdə: işçi hər hansı bir mübahisə yaranarsa, faktiki aldığı əmək haqqını tələb etmək hüququnu və qanunla ona ödənilməli olan müavinətləri itirir;
  • İşəgötürən müxtəlif bəhanələrlə onunla əmək münasibətlərinə Əmək Məcəlləsində göstərilən tələblərə əməl etmədən şifahi qaydada xitam verə bilər;
  • Əmək müqaviləsi bağlandıqda burada hər bir işçinin qəbul olunduğu peşə və ya vəzifə göstərilir. İşçi və işəgötürən bu peşə və ya vəzifə üzrə öz üzərlərinə müəyyən vəzifə və ya öhdəliklər götürürlər. Əmək müqaviləsi bağlanmadıqda işəgötürən öz üzərinə qanunla götürməli olduğu öhdəliklərdən imtina edə bilər, digər tərəfdən isə, işçinin faktiki olaraq yerinə yetirdiyi işə görə deyil, başqa əmək funksiyalarını yerinə yetirməmək əsası ilə və işdən azad etməklə əmək münasibətlərinə xitam verə bilər;
  • Əmək müqaviləsinin bağlanmaması işəgötürən tərəfindən işçinin sağlamlığına, əməyin mühafizəsinə, sanitariya və gigiyena normalarına cavab verən iş yeri yaratmaq barədə qanunla nəzərdə tutulan öhdəliyindən imtina etməsinə, iş və istirahət vaxtı üzrə əmək qanunvericiliyinə əməl etməməsinə şərait yaradır. İşəgötürən tərəfindən işçinin sosial müdafiə olunma, güzəşt və imtiyazlardan istifadə etmə, məcburi və əlavə sığortalar və s. kimi öhdəliklərdən imtina etməsi ilə nəticələnir.

Əmək münasibətlərinin olmasını təsdiq edən müqavilənin bağlanması zamanı işçilər bu müqavilənin Əmək Məcəlləsinin şərtlərinə uyğun əmək müqaviləsi şəklində tərtib edilməsinə də diqqət yetirməlidirlər. Bir çox hallarda işəgötürənlər əsasən Mülki Məcəllə ilə tənzimlənən və mülki hüquqi müqavilə olan podrat və ya xidmət müqaviləsi bağlamaqla işçiləri Əmək Məcəlləsində onlara verilən hüquq və güzəştlərdən məhrum edirlər. Belə podrat və ya xidmət müqaviləsi bağlamaqla işçilər Əmək Məcəlləsi ilə onlara verilən hüquq və ya imtiyazları itirmiş olurlar.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi ödəyicisinin təsərrüfat subyektinin onlayn qeydiyyatdan çıxarılması

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatdan çıxarılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 33-34-cü maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” – VN Kollegiyasının 07.10.2013-cü il tarixli 1317050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn

qeydiyyatdan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer

İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi

VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti

Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)

Xidmətin nəticəsində təqdim edilən sənədlər
– Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatdan çıxarılması haqqında bildiriş (e-qutuya  göndərilir)
Elektronlaşdırma səviyyəsi
Tam elektronlaşıb
Mənbə: taxes.gov.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vakansiya: Baş Mühasib tələb olunur

Vakansiya: Baş Mühasib / İşəgötürən: Palitro

Əmək Haqqı: 600 – 800 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Cins: Qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Gülnur xanım
  • Telefon: (050) 265-94-73 / (012) 447-47-43
  • E-mail: hr@palitro.azinfo@finstaff.az
Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– Qanunvericilikdə aparılmış dəyişikliklər barədə məlumatın olması
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək
– Əsas vəsait, əmək haqqı uçotunu, bank-kassa əməliyyatlarını aparmaq bacarığı
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– www.e-gov.az, www.e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı,
– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
– İş qrafiki:həftənin 6 günü saat 08:30-dan 18:00-dək
– Həftənin bazar günü istirahət günüdür

Baş Mühasib üçün tələblər

– Xanım namizəd olmalı
– Ali təhsil (Maliyyə, mühasibat uçotu sahəsində)
– 3 ildən 5 ilə kimi mühasib kimi iş təcrübəsi olmalıdır
– Tələbkar, məsuliyyətli

Zəhmət olmazsa, mövzu yerinə elanın adını yazaraq və şəkilli CV-nizi öz adınızla adlandıraraq, info@evro-inshaat.com elektron ünvanına göndərilməsi xahiş olunur. CV-lərə baxıldıqdan sonra, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Mənbə: kadr.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.