Bakıda işçilərin orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0

Bakıda işçilərin orta aylıq əmək haqqı 4% artıb

Bu ilin yanvar-aprel aylarında Bakıda işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 3,9% artaraq 820 manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.
Mənbə: apa.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi ödəyiciləri ilə görüşlər keçirilib

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyiciləri ilə görüşlər keçirilib

Yeni qeydiyyatdan keçmiş (vergi uçotuna alınmış), habelə fəaliyyəti bərpa olunmuş, vergilər üzrə tədiyyə növlərində dəyişiklik baş vermiş vergi ödəyiciləri ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində keçirilmiş görüşlərdə iştirakçılara vergitutma məqsədləri üçün uçotun aparılması, mükəlləfiyyətlər üzrə bəyannamələrin təqdim olunması, vergi öhdəlikləri və onların qanunla müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsi barədə məlumat verilib, “Nağdsız hesablaşmalar haqqında” Qanunun və “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələbləri izah olunub.
Görüşlərdə əvvəlki hesabat dövrləri ərzində müvafiq bəyannamələri təqdim etməmiş, gecikmə ilə və ya eyni uyğunsuzluqları yenidən təkrarlamaqla təqdim etmiş vergi ödəyiciləri də iştirak ediblər. Onlara bəyannamələrin təqdim olunması və vergilərin vaxtında hesablanması üzrə vergi ödəyicilərinin vəzifələri və bu vəzifələrin yerinə yetirilməyəcəyi təqdirdə, vergi ödəyicilərinə tətbiq edilən məsuliyyət tədbirləri barədə məlumat verilib. İnteraktiv şəkildə keçən tədbirlər zamanı müvafiq strukturların vəzifəli şəxsləri vergi ödəyicilərini maraqlandıran sualları cavablandırıblar.
Mənbə: vergiler.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Borclarla bağlı sənədlərin Siyahısının təsdiq edilməsi haqqında Qərarda dəyişiklik edilib

posted in: Qanun, Xəbər | 0

Borclarla bağlı sənədlərin Siyahısının təsdiq edilməsi haqqında Qərarda dəyişiklik edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, № 9, maddə 682; 2002, № 3, maddə 145; 2003, № 6, maddə 342; 2005, № 8, maddə 782; 2006, № 10, maddə 903; 2008, № 2, maddə 106; 2010, № 3, maddə 264, № 12, maddə 1123; 2014, № 10, maddə 1315; 2016, № 9, maddə 1585; 2017, № 12 (II kitab), maddə 2544; 2018, № 12 (II kitab), maddə 2735; 2019, № 1, maddə 169, № 3, maddə 555; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 233 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 13-1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. altıncı abzasdan “və yaranmış borcun məbləği göstərilməklə və onun ödənilmədiyi qeyd olunmaqla, tələbkarın arayışı” sözləri çıxarılsın;
1.2. yeddinci abzas aşağıdakı redaksiyada verilsin: “Bu Siyahının 13-1-ci hissəsinin üçüncü-altıncı abzaslarında nəzərdə tutulmuş sənədlərin təqdim edilməsi mümkün olmadıqda, yaşayış sahəsinin faktiki istifadəçisi və müvafiq kommunal xidmətin göstərilməsi barədə tələbkarın arayışı.”;
1.3. aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

“Bu hissədə nəzərdə tutulan kommunal xidmətlərin istifadə edilməsi ilə bağlı istehlakçının kodu üzrə ona təqdim edilən son hesab (tələbin əhatə etdiyi dövr üzrə aylarla) və təchizatçının müvafiq informasiya sistemindən tələbin əhatə etdiyi dövr üzrə (aylarla) borcun məbləği göstərilməklə təfsilati çıxarış əlavə olaraq təqdim edilir.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228, 1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1, maddə 74, № 5, maddələr 552, 589, № 6, maddə 746, № 8, maddə 1019, № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, maddə 611, № 4, maddələr 777, 814, № 6, maddə 1226, № 8, maddə 1449, № 11, maddə 1937; 2017, № 1, maddə 135, № 3, maddə 493, № 6, maddə 1245, № 7, maddə 1491, № 9, maddə 1721, № 10, maddə 1883, № 12 (II kitab), maddə 2545; 2018, № 2, maddə 347, № 3, maddə 628, № 4, maddə 789, № 5, maddə 1122, № 6, maddələr 1360, 1367, № 9, maddə 1929, № 10, maddə 2166; 2019, № 1, maddə 169, № 3, maddələr 513, 564; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 may tarixli 201 nömrəli və 20 may tarixli 233 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci hissəsinin ikinci abzasından “və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini” sözləri çıxarılsın və dördüncü abzası ləğv edilsin.

Azərbaycan Respublikasının
Baş Naziri                            Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Elektron qaimə-faktura: malların alğı-satqısı necə sənədləşdirilir?

posted in: Vergi, Xəbər | 0

Elektron qaimə-faktura: malların alğı-satqısı necə sənədləşdirilir?

İstənilən fəaliyyət sahəsində gəlir və xərclərin rəsmiləşdirilməməsi, vergitutma obyektlərinin uçotunun aparılmaması vergidən yayınma hesab olunur. Azərbaycanda belə hallara yol verilməsinin qarşısının alınması üçün vergi qanunvericiliyinə bir sıra əlavə və dəyişikliklər edilib.
Dəyişikliklərə görə, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir.

Bu, hər şeydən əvvəl, həm istehsalçı müəssisələrin, həm də topdan və pərakəndə satış fəaliyyəti göstərən sahibkarların maraqlarına uyğundur. Çünki elektron qaimə-faktura istehsalçıların məhsullarını satan ticarət obyektləri arasında aparılan əməliyyatların rəsmiləşdirilməsi prosedurunun sadələşdirilməsinə, operativliyin təmin olunmasına, inzibatçılıq xərclərinin azaldılmasına xidmət edir. Malların alğı-satqısının qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməsi həm də sahibkarların öz xərclərini təsdiq edən sənədlərə malik olması deməkdir. Bu isə vergi orqanları ilə yarana biləcək fikir ayrılıqlarının qarşısının bəri başdan alınması, şəffaflığın təmin olunması deməkdir.

Bəs istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicilərində malların alğı-satqısının rəsmiləşdirilməsi üçün hansı sənədlər tələb olunur? Vergi Məcəlləsinin 130-cu maddəsi gəlirin və xərcin uçotunun aparılması qaydasını müəyyən edir. Həmin maddəyə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.


Malların alğı-satqısının qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməsi
vergi orqanları ilə yarana biləcək fikir ayrılıqlarının qarşısının
əvvəlcədən alınması, şəffaflığın təmin olunması deməkdir

Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 130.1.1 maddəsində deyilir ki, iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müəyyənləşdirilmiş qaydalara əsasən, istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi orqanlarında uçotda olan şəxslərdən, o cümlədən malsatan və podratçılardan satın alınan istehsal ehtiyatları aşağıdakı kimi sənədləşdirilir:

  • İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri istehsal ehtiyatlarını əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb olunur və belə malların anbara təhvil verilməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir.
  • İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri istehsal ehtiyatlarını ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb olunur və belə malların anbara təhvil verilməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir.
  • İstehsal ehtiyatları vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” tərtib edilir. Həmin aktda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) dəqiq göstərilməsi mütləqdir. Belə istehsal ehtiyatlarının anbara təhvil verilməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir.
  • Vergi ödəyicisi istehsal ehtiyatlarını təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə, yəni inzibati-təsərrüfat fəaliyyəti və əməliyyatlar üzrə hesablaşmaları, o cümlədən mal və xidmətlərin alışını həyata keçirənə vəkalətnamə (etibarnamə) verir. İstehsal ehtiyatlarının alışı zamanı təhtəlhesab şəxs satıcıya vəkalətnamə (etibarnamə) təqdim etdikdən sonra satıcı vəkalətnamə (etibarnamə) verən vergi ödəyicisinin adına sənədləşdirilmiş istehsal ehtiyatlarının satışına dair qaimə-fakturanı və ya elektron qaimə-fakturanı, yaxud elektron vergi hesab-fakturasını təhtəlhesab şəxsə təqdim edir. Təhtəlhesab şəxsin istehsal ehtiyatlarını anbara və ya istehsal sahəsinə təhvil verməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir.
  • İdxal olunan istehsal ehtiyatlarının anbara və ya istehsal sahələrinə mədaxili alış dəyərini təsdiq edən sənəd və istehsal ehtiyatlarının anbara və ya istehsal sahələrinə təhvil verilməsi ilə bağlı tərtib olunan “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir. İdxal olunan istehsal ehtiyatları uçota alınarkən həmin istehsal ehtiyatlarının idxalına dair gömrük bəyannamələri, faktura (invoys) və istehsal ehtiyatlarının satın alınmasına dair müqavilə əsas götürülür. Həmin sənədlərə idxal olunan istehsal ehtiyatlarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə – müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, əmtəə-nəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal olunan istehsal ehtiyatları uçot sənədlərində qeydiyyata alınarkən həmin istehsal ehtiyatlarının alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, yüklənmə, boşaldılma, yenidən yüklənmə və sığorta xərclərinin cəmi nəzərə alınır.
  • İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus istehsal ehtiyatlarının təsərrüfatdaxili (anbardan-anbara) hərəkəti “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. İstehsal fəaliyyəti göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, topdan və ya pərakəndə satış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların (hazır məhsulların) istehsal fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.