Aparıcı mühasib tələb olunur

Vakansiya Aparıcı MühasibVakansiya: Aparıcı Mühasib

İşəgötürən: Buta Group

Vakansiya barədə məlumat

– Mühasibat və vergi uçotunun aparılması;
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
– Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
– Əmək haqqı, məzuniyyət  haqqlarinın  hesablanması;
– Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının  aparılması;
– Aylıq maliyyə hesabatlarının  hazırlanması və rəhbərliyə təqdim edilməsi;
– Mənfəət  və  ya  Zərər  haqqında  hesabat   hazırlanması   və rəhbərliyə təqdim edilməsi;
– Maliyyə   vəziyyəti  haqqında  hesabat  hazırlanması  və rəhbərliyə təqdim edilməsi;
– Pul  vəsaitlərinin  hərəkəti  haqqında  hesabat  hazırlanması  və  rəhbərliyə təqdim edilməsi;
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab – Fakturaların tərtib olunması və göndərilməsi;
– Bank, Kassa, Satış, Əmək haqqı , avans, mal-material  və s.  sənədlərinin proqram təminatına daxil edilməsi;
– Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımı dəyişiklikləri işləmək;

Aparıcı Mühasib üçün tələblər

– Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
– Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;
– Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
– Mühasibat hesablaşmaları
– Vergi  məcəllələrini  yüksək  səviyyədə  bilməli
– Logo proqramlarında  yüksək  səviyyədə  işləmə bacarığı
– İş təcrübəsi: müvafiq vəzifədə  3 ildən  yuxarı
– Dil bilikləri: Azərbaycan dili  (yazmaq, oxumaq  və   danışmaq   mükəmməl  səviyyədə)
– Məsuliyyətli, stressədavamlı

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
– Həftədə  6 iş günü,  bazar  istirahət  günü
– Müəssisə Kiçik sahibkarlıq  subyekti  meyarına  daxildir. (İllik  dövriyyəsi  böyük  deyildir)

Qeyd: iş yeri Bakı şəhərində (vəyaxud Zirə qəsəbəsi)  yerləşir.

Əmək haqqı müsahibə yolu ilə təyin olunur.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Aparıcı   Mühasib” qeyd edərək  öz  CV lərini   mükəmməl   şəkildə  hr@butagroup.com / info@finstaff.az email ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: jobsearch.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergiödəyicisinin artıq ödənilmiş vəsaitləri geri qaytarıla bilər

posted in: Vergi, Xəbər | 0

Nazirlik rəsmisi: Vergiödəyicisinin artıq ödənilmiş vəsaitləri geri qaytarıla bilər

Vergi Məcəlləsində vergiödəyicilərinə verilmiş hüquqlardan biri də artıq ödənilmiş və ya tutulmuş vergi məbləğlərinin geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etməkdir. Bu hüquq yarandığı halda, vergiödəyicisi dərhal müvafiq vergi orqanına ərizə ilə müraciət etməklə artıq ödənilmiş vəsaitləri geri qaytara bilər.

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov vergiödəyicisinin səhvi ucbatından belə hallar baş verdikdə artıq ödənilmiş vəsaitin geri qaytarılması prosesinin Vergi Məcəlləsinin 87-ci maddəsinin tələblərinə əsaslanmalı olduğunu qeyd edib. Həmin maddəyə əsasən, vergiödəyicisi tərəfindən ərizə ilə vergi orqanlarına müraciət olunur və həmin vəsaitin qaytarılması 45 gün ərzində həyata keçirilir.

“Bundan başqa, artıq ödənilmiş vəsait vergiödəyicisinin öz istəyi ilə növbəti vergi öhdəliklərinin hesabına aid edilə bilər. Burada bir məqamı nəzərə çatdırmaq lazımdır ki, Vergi Məcəlləsinin 179-cu maddəsində, digər vergilərdən fərqli olaraq, əlavə dəyər vergisində (ƏDV) yaranmış artıq vəsaitlərin qaytarılması ilə bağlı xüsusi norma nəzərdə tutulub.

Bu norma ondan ibarətdir ki, əgər ödəyicinin dövriyyəsinin 50 faizdən çoxu vergiyə sıfır dərəcə ilə cəlb olunursa, bu halda ƏDV-dən yaranmış əlavə ödəmə vergiödəyicisinin ərizəsi təqdim edildiyi tarixdən 20 gün ərzində, digər hallarda isə ərizə təqdim olunduğu tarixdən 20 gündə, digər hallarda isə ərizə təqdim olunduğu tarixdən 4 ay ərzində qaytarılır”, – deyə o bildirib.

Mənbnə: azertag.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Auditorlar palatası ödənişsiz təlim keçirir

posted in: Audit, Xəbər | 0

Təsərrüfat subyektləri rəhbərlərinin və sahibkarların nəzərinə!

Ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlara dəstək verilməsi, sahibkarlıq subyektləri tərəfindən  maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi, şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, vergidən yayınma hallarının qarşısının alınması sahəsində qabaqcıl təcrübənin tətbiqi və bu sahədə sahibkarlara, iş adamlarına, müəssisə və təşkilatlara metodiki yardım göstərilməsi məqsədilə, Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 2019-cu il 15 – 19 iyul tarixlərində saat 10:00-da “Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində qanunvericiliyin və beynəlxalq standartların tətbiqi” mövzusunda 5 günlük təlim keçiriləcəkdir.

Təlimdə müəssisə və təşkilatların maliyyə hesabatları hazırlanmasına məsul olan şəxslər iştirak edə bilərlər.

Təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar veriləcəkdir.

Təlim ödənişsizdir.
Təlimlərdə iştirak etmək istəyən şəxslər 2019-cu il 10 iyul tarixinədək Auditorlar Palatasında qeydiyyatdan keçməlidirlər.
Əlavə məlumat almaq üçün Auditorlar Palatası Kadr hazırlığı şöbəsinə müraciət oluna bilər.
Ünvan:S.Y.Bakuvi,35; Əlaqə telefonu:(012)564-80-62 mob:(055)866-44-29,E-mail: (training@audit.gov.az)   
Mənbə: audit.gov.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Türkiyə vergi sistemi haqqında bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Türkiyə vergi sistemiTürkiyə vergi sistemi haqqında bilmədiklərimiz

2-ci hissə (1-ci hissəni buradan oxuya bilərsiniz)

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik. 

Beləliklə, bu dəfəki yazıda Türkiyə vergi sistemi haqqında danışacağıq.

ƏDV ödəməkdən aşağıdakı fəaliyyət növləri azad olunur:

  • Mal və xidmətlərin ixracı
  • Qarşılıqlı prinsiplər əsasında rouminqlə bağlı beynəlxalq sazişlərə uyğun olaraq Türkiyə sərhədlərindən kənarda olan türk istehlakçılara göstərilən rouminq xidmətləri
  • Rüsumsuz zonalarda fəaliyyət göstərən, siafrişçilərlə bağlanmış müqavilələr əsasında istehsal
  • Neft axtarışları ilə bağlı fəaliyyət
  • Limanlar və aeroportlarda dəniz və hava nəqliyyatına aid nəqliyyat vasitələrinə göstərilən xidmətlər
  • İnvestisiya sertifikatına uyğun olaraq maşın və digər qurğuların tədarükü
  • Tranzit daşımaları
  • Qarşılıqlı prinsiplər əsasında beynəlxalq sazişlərə uyğun olaraq diplomatik nümayəndəliklər və konsulluqlar üçün tədarük və xidmətlər
  • Bankçılıq və sığorta əməliyyatları üzrə vergiyə cəlb olunan bank və sığorta əməliyyatlar

Xüsusi istehlak vergisi

Müxtəlif vergi dərəcələrində xüsusi istehlak vergisi tətbiq olunan dörd əsas məhsul qrupu mövcuddur:

  • neft məhsulları, təbii qaz, sürtkü yağları, həlledicilər və onların törəmələri
  • avtomobillər və digər nəqliyyat vasitələri – motosikletlər, təyyarələr, vertolyotlar, yaxtalar
  • tütün və tütün məhsullar, alkoqollu içkilər
  • zinət əşyaları

Hər bir tədarük zamanı vergiyə cəlb edilən ƏDV-dən fərqli olaraq xüsusi istehlak vergisi bir dəfə tutulur.

Bank fəaliyyəti və sığorta əməliyyatları ilə bağlı vergi

Bank və sığorta fəaliyyəti ilə sahəsi məşğul olan şirkətlər ƏDV-yə cəlb olunmurlar, onlar bank fəaliyyəti və sığorta əməliyyatları ilə bağlı vergiyə cəlb olunurlar. Bu vergi bankın gəlirindən tutulur, misal üçün ssudaların faizindən. Bu verginin ümumi tarifi 5% təşkil edir. Bəzi əməliyyatlar, məs. banklarda olan əmanətlərin faizləri ilə bağlı əməliyyatlar isə 1% həcmində vergiyə cəlb olunur. 2008-ci ildən başlayaraq, xarici valyuta satışı vergiyə cəlb olunmur.

Dövlət rüsumu

Dövlət rüsumu bir çox sənədlərə, o cümlədən müqavilələrə, ödəniş veksellərinə, sərmayə yatırımlarına, akkreditivlərə, zəmanətli məktublara, maliyyə-hesabat sənədlərinə və ödəniş cədvəllərinə tətbiq olunur. Bu rüsum özlüyündə sənədin qiyməti ilə əlaqəli faizi nəzərdə tutur ki, bu da 0,189-dan 0,948% arasında tərəddüd edir.

Mülkiyyət vergis

Mülkiyyət vergisinin üç növü mövcuddur:

  • daşınmaz əmlaka görə vergi
  • avtomobil nəqliyyatı vasitələrinə görə vergi
  • miras və vərəsəliyə görə vergi

Türkiyədə yerləşən və mülkiyyətdə olan binalar, yaşayış sahələri və torpaqlar 01%-dən 0,6% tarifi arasında daşınmaz vergiyə cəlb olunur, mədəni irsə aid edilən daşınmaz obyektlərin saxlanılması üçün isə 10% tarifi ilə vergi tətbiq olunur. Nəqliyyat vasitələrinə görə illik fiksasiya olunmuş vergi həmin vasitələrin istehsal tarixi və mühərrikinin həcmindən asılı olaraq müəyyən edilir. Mirasa və vərəsəliyə görə vergi tarifi isə 1%-30% təşkil edir.


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.