Vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin vergi uçotundan çıxarılması

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: Vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin vergi uçotundan çıxarılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış”

əlavə olaraq təqdim edilə bilər:

– “Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə” (obyektdə quraşdırılmış NKA qeydiyyatdan çıxarılmamışdırsa (POS-terminal olduqda və qeydiyyatdan çıxarılmamışdırsa qeydiyyatdan çıxarılmaqla))

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə  xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),    Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin, BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti

çatışmazlıqlar aşkar edilmədikdə 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması haqqında bildiriş və ya Vergi ödəyicisinin filialının,

nümayəndəliyinin və digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılmasının təxirə salınması barədə məktub

(e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi

Qismən elektronlaşıb (bax 3.3.7-e  nömrəli xidmətə)

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi münasibətləri üzrə vahid standartlar müəyyən edilib

posted in: Vergi, Xəbər | 0

İqtisadi fəaliyyət növlərinin vergi münasibətləri üzrə vahid standartları müəyyən edilib

Vergilər Nazirliyi “İqtisadi fəaliyyət növlərinin vergi münasibətləri üzrə vahid standartları”nı hazırlayıb. Sənəddə ayrı-ayrı fəaliyyət növləri üzrə vergi ödəyicilərinin uçotunun aparılması, vergidən azad olunan sahələrin dəqiqləşdirilməsi əksini tapıb.
Vergi nəzarəti ilk növbədə vergi ödəyicilərinin uçotundan başlayır və vergi ödəyicisinin seçdiyi fəaliyyət növündən asılı olaraq tədiyyəçisi olduğu vergilər, tətbiq edilən azadolmalar, güzəştlər və digər uçot məsələləri müəyyən olunur.
Vergilər nazirinin 4 iyun 2019-cu il tarixli əmri ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə vergi orqanları tərəfindən göstərilən xidmətlərin günün tələblərinə uyğun təşkil edilməsinə və vergi inzibatçılığının təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın 4-cü bəndinin icrası ilə əlaqədar mövcud qanunvericilik nəzərə alınmaqla iqtisadi fəaliyyət növləri təhlil edilib və “İqtisadi fəaliyyət növlərinin vergi münasibətləri üzrə vahid standartları” hazırlanıb. Bununla əlaqədar olaraq, vergi orqanlarına uçot-məlumat bazasında müvafiq dəqiqləşdirmələrin aparılması ilə bağlı tapşırıq verilib.
İqtisadi fəaliyyət növlərinin vergi münasibətləri üzrə vahid standartları ilə tam tanış olmaq üçün faylı yükləyin:
İqtisadi fəaliyyət növlərinin vergi münasibətləri üzrə vahid standartları (371 downloads )

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu sahədə çalışan işçilər sığorta olunacaq

posted in: Xəbər | 0

Tikintidə çalışan işçilər sığorta olunacaq

Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Beynəlxalq Sığorta Forumunda bildirib ki, Azərbaycanın sığorta bazarına yeni sığorta məhsullarının gətirilməsi istiqamətində işlər aparılır.

Yeni məhsullardan bəziləri haqqında məlumat verən İ.Alışovun sözlərinə görə, sığorta şirkətləri həkimlərin peşə məsuliyyətinin sığortasını həyata keçirəcək, bundan başqa, sığorta agentlərinin də məsuliyyəti sığortalanacaq.

Şirkətlər üçün hazırlanan yeni sığorta məhsullarından biri də riskləri ilə daim diqqət çəkən tikinti sektoruna aiddir. Palata rəsmisinin sözlərinə görə, inşaat sektorunda çalışan işçilərin icbari sığortası da yeni məhsullar sırasındadır. Həmin sığorta məhsulu bazara daxil olarsa, tikinti şirkətlərində rast gəlinən bir sıra neqativ hallar, o cümlədən işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsi daha da aktuallaşacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatası saxlanc yerlərində müvəqqəti saxlanan malların icbari sığortasını da təklif edib. Nəzarət-buraxılış məntəqələrində, gömrük məntəqələrində və digər saxlanc ərazilərində saxlanılan sahibkarlara məxsus malların sığortalanmasına nail olmaq üçün işlər aparılır.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Baş Mühasib tələb olunur

Vakansiya Baş MühasibVakansiya: Baş Mühasib / İşəgötürən: Optimal Electronics LLC

Əmək Haqqı: Razılaşma ilə

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 30 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR Department
  • E-mail: recruitment@optimal.azinfo@finstaff.az
Vakansiya barədə məlumat

• Mühasibatlıq uçotunda müəssisədaxili əməliyyatların 1C proqraminda qeydi və hesabda əks olunmasını təmin etmək;
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
• Daxil olan və çıxan pul vəsaitinin uçotunu, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının mühasibat,uçotunu təşkil etmək və nəzarət etmək;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
• Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanıb təqdim edilməsi;
• Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətləri hesablanmasını və DSMF-yə göndərilməsi
• Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
• Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
• Maliyyə-mühasibat göstəriciləri və maliyyə durumunu göstərmək üçün zəruri halda milli və ya beynəlxalq mühasibat uçotu standartları əsasında hesabatlar hazırlamaq;

Baş Mühasib üçün tələblər

• Pərakəndə satış sektorunda Mühasib olaraq ən az 3 il iş təcrübəsi;
• İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
• Hər növ Mühasibatlıq hesabatlarını hazırlamaq və Mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilmək.;
• A.R. Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
• Milli Mühasibat və Beynəlxalq Mühasibat uçot standartlarını bilmək. (Beynəlxalq dərəcə sertifikatları olanlara üstünlük veriləcək. ACCA, CİMA, və s.)
• Azərbaycan dili (Rus və İngilis dili bilmək arzuolunandır.);
• MS Office, 1C 8.2, 8.3, ERP;
• Təşəbbüskar, analitik və obyektiv olmaq;
• Pozitiv iş münasibətləri qura bilən, dəqiq və məsuliyyətli;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Baş mühasib” qeyd edərək öz CV-lərinizi recruitment@optimal.azinfo@finstaff.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

*Müraciətlər yalnız elektron formada qəbul edilir.
*İşədüzəltmə şirkətlərinin və namizədlərin nəzərinə: Optimal Elektronika şirkəti işə qəbul prosesində hər hansı bir işədüzəltmə şirkəti və ya digər tərəflərlə əməkdaşlıq etmir, seçim prosesi yalnız şirkətin İnsan Resursları Departamenti tərəfindən aparılır.

Mənbə: kadr.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.