Bu halda muzdlu işlə əlaqədar əldə edilən gəlir vergiyə necə cəlb edilir?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Bu halda muzdlu işlə əlaqədar əldə edilən gəlir vergiyə necə cəlb edilir?

Sual:

Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu işlə əlaqədar əldə edilən gəlir vergiyə necə cəlb olunur? Vergi dərəcəsi hansı maddəyə əsasən müəyyən edilir? Hansı vergi hesabatı təqdim edilir? 102-ci maddədə olan azadolma və güzəştlər tətbiq edilir?

Cavab:

Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs daimi yaşayış yeri, həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yer və Azərbaycan Respublikasının vətəndaşlığı meyarları üzrə müvafiq ardıcıllıqla Azərbaycan Respublikasının rezidenti sayılır.

Bu halda Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu işlə əlaqədar gəlir əldə edən Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxs gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı (fəaliyyət növünün kodu kimi 97002 (muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs) seçilməklə) və il ərzində əldə etdiyi 14 faiz həcmində gəlir vergisini hesablamalı və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına “Gəlir vergisinin bəyannaməsi”ni elektron və ya kağız formada təqdim edərək hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Əsas:

Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 96.1-ci, 101.2-ci, 127-ci, 130-cu, 149.1.4-cü, 149.2-ci, 152.1-ci maddələri

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1C Operator tələb olunur

posted in: 1C, Vakansiya, Xəbər | 0

Mühasibat Excel üsul 1C Operator vakansiyaVakansiya: 1C Operator

İşəgötürən: ICGROUP

  • Şəhər: Bakı
  • Yaş: 18 – 28 yaş
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: Fərəh Əliyeva
Vakansiya barədə məlumat

– İş qrafiki 5 günlükdür
– İş vaxtı 09:30-dan 18:30-dək
– 1-3 ay müddətinə praktika
– 1C proqramında uçotun aparılması
– Verilən tapşırıqların yerinə yetirilməsi
– Praktika müddəti zamanı əmək haqqı verilmir

Namizədə tələblər

– Ofis proqamları: MS office (word,excel)
– Problem həll etmək bacarığına malik
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Ünsiyyətqurma və komandada işləmək bacarığı
– Analitik təhlil və operativlik bacarığı
– Verilən tapşırıqların düzgün yerinə yetirilməsi
– Rus dilini bilmək vacibdir

Mənbə: boss.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Fiziki şəxsin vergi uçotundan çıxarılması

posted in: Vergi, Xidmət, Xəbər | 0

Fiziki şəxsin vergi uçotundan çıxarılmasıXidmətin adı: Fiziki şəxsin vergi uçotundan çıxarılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– Gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

–  VM-nin 34-cü maddəsi

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 19.05.2015-ci il tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

– VN Kollegiyasının 27.01.2017-ci il tarixli

1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş

 “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer

İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi

VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti

vergi orqanında yerinə yetirilməli olan bütün prosedurlar başa çatdırıldıqdan sonra 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Ərizənin qəbul edilməsi barədə bildiriş (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi

Qismən elektronlaşıb

Mənbə: taxes.gov.az


 

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nəqliyyat vasitələrinə görə illik amortizasiya norması nə qədərdir?

posted in: Vergi, Xəbər | 0

Nəqliyyat vasitələrinə görə illik amortizasiya norması nə qədərdir?

mənfəət vergisindən azadolmaƏDV qeydiyyatında olmayan və illik dövriyyəsi 200.000 manatadək olan mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərən hüquqi şəxsin balansında olan nəqliyyat vasitələrinə görə illik amortizasiya normasının yuxarı həddi nə qədərdir?
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, ƏDV qeydiyyatında olan şəxslər istisna olmaqla, aparılmış əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olmayan vergi ödəyiciləri amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilmiş amortizasiya normalarına 2 əmsalı tətbiq etməklə gəlirdən çıxırlar.
Qeyd olunanlara əsasən, bu kateqoriyadan olan vergi ödəyicisi balansında olan nəqliyyat vasitələrinə görə illik amortizasiya normasına (25 faizə) 2 əmsalı tətbiq etməklə (25% x 2 = 50%) daha artıq məbləği gəlirdən çıxmaq hüququna malikdir.
Əsas: Vergi Məcəlləsi, 114.3-1-ci maddə
Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.