Xidmətin adı: Fiziki şəxsin vergi uçotundan çıxarılması
Xidmətin göstərilməsi üçün tələb olunanlar
– Gücləndirilmiş elektron imza
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər
– VM-nin 34-cü maddəsi
– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri
– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”
– VN Kollegiyasının 19.05.2015-ci il tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları
– VN Kollegiyasının 27.01.2017-ci il tarixli
1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament”
Xidmətin göstərildiyi yer
İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)
Müraciəti emal edən struktur vahidi
VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi
İcra müddəti
vergi orqanında yerinə yetirilməli olan bütün prosedurlar başa çatdırıldıqdan sonra 2 iş günü
Xidmətin nəticəsində təqdim edilən sənədlər
– Ərizənin qəbul edilməsi barədə bildiriş (e-qutuya göndərilir)
Elektronlaşdırma səviyyəsi
Qismən elektronlaşıb
Mənbə: taxes.gov.az