Auditorlar platasında seminar keçirilib

posted in: Audit, Xəbər | 0

Auditorlar platasında seminar keçirilib

Məlumat

Azərbaycan Respublikası Auditorlar Palatasının 2019-cu il üzrə iş planının 4.9-cu “Keyfiyyətə nəzarət üzrə müfəttişlərin ixtisasartırmalarının təşkili” bəndinə müvafiq olaraq 2019-cu il 10-18 iyun tarixlərində aşağıdakı mövzularda seminar keçirilmişdir:
  1. Auditin keyfiyyətinə kənar nəzarətin mahiyyəti.
  2. Auditin keyfiyyətinə nəzarətə qarşı tələblər.
  3. Auditin keyfiyyətinə kənar nəzarətin aparılmasının prinsip və prosedurları
  4. Auditin keyfiyyətinə kənar nəzarətin təşkili.
  5. Cari ildə kənar auditin keyfiyyətinə nəzarətin yoxlanmasının xüsusiyyətləri.
  6. Gəlirlərin tanınmasının yeni beynəlxalq standartı 15 saylı MHBS

Seminarda Auditorlar Palatası Şurası yanında Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri Nəcəf Talıbov, Auditin keyfiyyətinə nəzarət üzrə komitənin sədr müavini Nazim Axundov, Keyfiyyətə nəzarət şöbəsinin müdiri Yaşar Namazəliyev, həmçinin  “Ernst  & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin baş meneceri Elçin Əlizadə və menecer Ziya Mikayılov müvafiq məruzələrdə çıxış etmişdilər.

Seminarın sonunda sual-cavab sesiyası keçirilmiş və müvafiq təkliflər verilmişdir.

Mənbə: audit.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərə xəbərdarlıq edib

posted in: Xəbər | 0

Nazirlik isti hava şəraiti ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib

Yay mövsümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin diqqətinə çatdırır ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.

İşçilərin həyat və sağlamlığının qorunması məqsədi ilə əməyin mühafizəsi tədbirlərinin görülməsi, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılması qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən biridir.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Pensiyaların artırılması ilə bağlı dəyişiklik qəbul edilib

posted in: Xəbər | 0

Parlament pensiyaların artırılması üçün qanunvericiliyə təklif edilən dəyişikliyi qəbul edib

Milli Məclisin keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.
Dəyişiklik əmək pensiyalasının minimum məbləğinin artırılması ilə bağlıdır.
Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.
Mənbə: report.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İşçiyə ödənilən “yemək pulu”-ndan gəlir vergisi tutulur?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

yemək puluİşçiyə ödənilən “yemək pulu”-ndan gəlir vergisi tutulur?

Sual:

Sualım AR Vergi Məcəlləsinin 98.5-ci maddəsinin tətbiqi ilə əlaqədardır. Bildiyiniz kimi, sözügedən maddədə işəgötürən tərəfindən işçinin yemək xərclərinin çəkilməsi işçinin vergi tutulan gəliri hesab edilməməli olduğu göstərilmişdir.

Belə ki, müəssisənin işçisi özü ayrılıqda hər hansı ictimai iaşə müəssisəsində yemək yemiş və oradan aldığı NKA çekini müəssisəyə təqdim edərək ödədiyi məbləği müəssisədən geri almışdır. Bu halda işçiyə təqdim etdiyi NKA çekinə əsasən ödənilən məbləğdən gəlir vergisi hesablanmalıdırmı?

Əlavə olaraq bildirək ki, müəssisə əmək haqqından gəlir vergisini AR Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən hesablayır.

Cavab:

Bildiririk ki, muzdlu işlə əlaqədar alınan gəlirdən gəlir vergisi əmək müqaviləsinə uyğun olaraq hər ay üçün işçiyə hesablanmış muzdlu işlə əlaqədar alınan gəlir məbləğindən tutulur. İşəgötürən tərəfindən işçiyə hər bir iş günü üçün ödənilən yemək pulu işçinin muzdlu işlə əlaqədar alınan gəliri kimi onun aylıq əmək haqqı ilə cəmlənərək Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisinə cəlb edilir.

İşəgötürən tərəfindən işçiyə yemək pulu deyil, yemək verildikdə isə yeməyin dəyəri işçinin gəlirinə daxil edilmir.
Əsas:
Vergi Məcəlləsinin 98.1-ci, 98.2.3-cü, 98.5-ci, 101-ci və 109.3-cü maddələri.
Mənbə: taxes.gov.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.