İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

posted in: Qanun, Xəbər | 0

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilir

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1379-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7,

maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44; Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1476-VQD nömrəli, 19 fevral tarixli 1516-VQD nömrəli, 5 mart tarixli 1520-VQD, 1522-VQD nömrəli, 29 mart tarixli 1534-VQD, 1538-VQD, 1549-VQD nömrəli, 9 aprel tarixli 1558-VQD, 1561-VQD, 1562-VQD nömrəli, 03 may tarixli 1577-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 43.1-ci maddəyə “290.3,” rəqəmlərindən sonra “295.6, 295.7,” rəqəmləri əlavə edilsin.

1.2. Aşağıdakı məzmunda 295.6-cı və 295.7-ci maddələr əlavə edilsin:

“295.6. Daşıyıcılar tərəfindən Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikası ərazisini tərk edəcək hava gəmisinin sərnişinlərinə dair “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə –

vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

295.7. Daşıyıcılar tərəfindən Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikası ərazisini tərk edəcək hava gəmisi ekipajının hər bir üzvünün vəzifəsi və ona dair “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların hava gəmisinin yola düşməsinə ən geci 24 saat qalmış, habelə hava gəmisinin ekipajının tərkibi dəyişdikdə, həmin məlumatlar dəyişiklik edildikdən dərhal sonra, lakin hər bir halda hava gəmisi yola düşənədək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə –

vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.”.

Maddə 2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 295.6-cı və 295.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyət müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi ilə bağlı müəyyən etdiyi qayda qüvvəyə mindikdən sonra yaranır.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2019-cu il.

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi tutulan əməliyyatların dayandırılması

posted in: Vergi, Xəbər | 0

Vergi tutulan əməliyyatların dayandırılması zamanı rəsmiləşdirmə necə aparılır?

Vergi Məcəlləsi

Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq, vergi orqanına Vergilər Nazirliyinin müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.

Vergilər Nazirliyinin açıqlamasına görə, vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasındakı məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir (VM, maddə 34.1-ci və 34.3). Bundan əlavə, Məcəllənin 34.7.2-ci maddəsində göstərilir ki, vergi ödəyicilərinin uçot məlumatlarında dəyişikliklər onların Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş forma üzrə təqdim etdikləri ərizə əsasında aparılır. Vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu barədə vergi ödəyicisinə bildiriş göndərilir. Bildiriş göndərildikdən 5 iş günü müddətində vergi ödəyicisi dəyişikliklərə dair ərizə təqdim etməzsə, uçot məlumatlarında dəyişikliklər vergi orqanı tərəfindən aparılır və bu barədə 3 iş günü müddətində vergi ödəyicisinə məlumat verilir.

Göründüyü kimi, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda Vergi Məcəlləsinin 34.3-cü və 34.7.2-ci maddələri ilə deyil, məhz 16.3-cü maddə ilə müəyyən edilmiş vəzifənin icra olunması məsələsi meydana çıxır. Başqa sözlə, Vergi Məcəlləsinin 34.3-cü və 34.7.2-ci maddələrində müəyyən edilmiş vəzifənin icrası vergi ödəyicisinin uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişikliyin baş verməsi ilə yaranır. Onu da qeyd edək ki, vergi ödəyicisinin uçota alınmaq üçün verdiyi ərizə formasında onun “aktiv” və ya “passiv” olmasına dair hər hansı məlumat nəzərdə tutulmur.

Vergi Məcəlləsində vergi orqanının öz təşəbbüsü ilə vergi ödəyicisinin fəaliyyətini dayandırmaq hüququnun olmadığını nəzərə alaraq, vergi ödəyicisinin müraciəti olmadan onun fəaliyyətinin birtərəfli dayandırılması yolverilməzdir. Belə hallara yol verməklə Vergi Məcəlləsinin tələblərini pozan vergi orqanının vəzifəli şəxsləri barəsində ciddi intizam tənbehi tətbiq ediləcəkdir.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Fiziki şəxsin vergi uçotundan çıxarılması

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: Fiziki şəxsin vergi uçotundan çıxarılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” (fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda – məhkəmənin qərarı, fiziki şəxs vəfat etdikdə – ölüm haqqında şəhadətnamə)

– vergi şəhadətnaməsinin əsli (vergi orqanından təhvil götürüldüyü halda) (vergi şəhadətnaməsi itmişdirsə – bu barədə yazılı məlumat (fiziki şəxs vəfat etdikdə, ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda – varisi olmadıqda və vergi şəhadətnaməsi tapılmadıqda təqdim edilməsi tələb edilmir)

əlavə olaraq təqdim edilə bilər:

– “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunmasına dair ərizə” (ƏDV qeydiyyatında olduqda) və “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi”nin əsli (vergi orqanından götürüldüyü halda) – “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış” (təsərrüfat subyekti olduqda)

 – “Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması)

haqqında ərizə” (NKA-sı olduqda) (POS-terminal olduqda  qeydiyyatdan çıxarılmaqla)

– vergi ödəyicisinin aktiv bank hesablarının bağlanılmasına dair məlumat (ləğvetmə prosedurlarının yerinə yetirilməsi zamanı hesablaşmaların aparılması üçün istifadə olunacaq bank hesabları istisna olmaqla)

– yekun bəyannamələr

– təqdim edilməmiş bəyannamələr (mövcud olduqda)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 34 maddəsi

– VN-nin Kollegiyasının 19.05.2015-ci il tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),    Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləriüçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin, BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti

vergi orqanında yerinə yetirilməli olan bütün prosedurlar başa çatdırıldıqdan sonra 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Fiziki şəxsin uçotdan  çıxarılması haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi

Qismənelektronlaşıb (bax 3.3.6-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az


 

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Əmək müqaviləsi ilə işləyənlərin vergi və sığorta öhdəliyi

posted in: Müqavilələr, Vergi, Xəbər | 0

Əmək müqaviləsiƏmək müqaviləsi ilə işləyənlərin vergi və sığorta öhdəliyi.


Vergi Məcəlləsində edilmiş dəyişikliklər arasında vergi və sığorta qanunvericiliyi ilə bağlı maddələr də var. Ən çox maraq kəsb edən məsələlərdən biri  əmək müqaviləsi ilə muzdla işləyən fiziki şəxslərin gəlir vergisi və sığorta ödənişlərindəki dəyişikliklərdir.

Mütəxəssisin fikrincə…

Vergi üzrə mütəxəssis Emin Səttarov bildirib ki, fiziki şəxslərin gəlir vergilərində dəyişiklikləri iki hissəyə bölmək olar: «Birincisi, növbəti ildən gəlir vergisinə cəlb edilməyən hissə 173 manatdan 200 manata qaldırılır: bu, dövlət və qeyri-dövlət, neft və qeyri-neft bölməsindən asılı olmayaraq, bütün sahələrdə çalışanlara şamil olunacaq. İkincisi, gələn ildən qeyri-neft qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət bölməsində muzdla işləyənlər (yəni əmək müqaviləsi ilə çalışanlar) aylıq qazancları 8.000 manata qədər olarsa, gəlir vergisi ödəməkdən azad edilir. 8.000 manatdan yuxarı olduqda isə 8.000 manatdan çox olan məbləğin 14 faizini ödəyəcək. Bu dəyişiklik dövlət bölməsinə şamil olunmur və növbəti 7 ildə qüvvədə olacaq».

Qeyd olunub ki, muzdla işləyənlərin (əmək müqaviləsi ilə çalışanların ) sosial-sığorta haqqı – aylıq gəlirləri 200 manata qədər olduqda, əvvəlki kimi, işçi üçün 3 faiz, işəgötürən üçün isə  22 faiz olaraq qalır. Yalnız qeyri-neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət bölməsində çalışanların aylıq gəliri 200 manatdan çox olduqda isə işçi 6 manat və 200 manatdan çox olan məbləğin 10 faizi, işəgötürən isə 44 manat və 200 manatdan çox olan hissənin 15 faizini sosial sığorta ayırması kimi ödəyəcəkdir.

Mütəxəssis bildirib ki, bununla da sahibkarın vergi və sığorta ödənişi, işçinin isə dövlət qarşısında  sosial yükü azalmış olacaq: «Gələn ildən istər fiziki şəxs,  istərsə də sahibkar olsun, öz əmək münasibətlərini  müqavilə ilə rəsmiləşdirsələr, qeyri-leqal əməkhaqqı sistemindən uzaq dursalar, bu, onlar üçün faydalı olacaq, əks halda, ciddi sanksiyaya məruz qala bilərlər».

İqtisadçı rəyi…

İqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə,  2019-cu ilin dövlət büdcəsini həm də iqtisadi islahatlar büdcəsi adlandırmaq olar: «Büdcə zərfinə əlavə edilmiş sənədlər toplusunda növbəti ildə ölkənin vergi sistemində və digər sahələrdə əsaslı islahatların aparılması nəzərdə tutulub. Təbii ki, iş adamlarının və biznes aləminin maraqlarını yüksək səviyyədə təmin edəcək vergi islahatları ölkə iqtisadiyyatının real sektorunun inkişafında inqilabi dönüşün baş verməsinə, «kölgə iqtisadiyyatı»nın leqallaşdırılmasına hesablanıb. Hökumət biznesin və muzdla çalışanların vergi yükünü 30-35 faiz azaltmaqla büdcə gəlirlərində müəyyən azalmalara yol versə də, əvəzində qeyri-neft sektorunun sürətli inkişafına, bir sıra neqativ halların aradan qaldırılmasına çalışır və bu yolla dövlətin xəzinəsinə daxilolmaların xeyli artacağına inanır. Bir sözlə, haqqında danışdığımız islahatlar həm biznesə, həm sadə vətəndaşlara, həm də dövlətə mühüm dividendlər gətirən bir iqtisadi strategiyadır».

Misal: Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət bölməsində (məsələn,ticarətdə) əmək müqaviləsi ilə muzdla çalışan şəxs 500 manat maaş alırsa, o, gələn ildən gəlir vergisi ödəməkdən azad olunacaq, amma 36 manat (6 manat + 300 manatın 10 faizi), onu işə götürən isə işçiyə görə 89 manat (44 manat + 300 manat- dan 15 faizi) sosial sığorta ödənişi edəcək.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.