İlk dəfə olaraq minimum əməkhaqqı yaşayış minimumunu üstələyib

posted in: Xəbər | 0

İlk dəfə olaraq minimum əməkhaqqı yaşayış minimumunu üstələyib

yaşayış minimumu minimum əməkhaqqı

 

Oktyabrın 1-dən minimum pensiya da pensiyaçılar üçün yaşayış minimumundan 34,2 faiz çox olacaq

Prezident İlham Əliyevin 2019-cu il 18 iyun tarixli Sərəncamı ilə minimum əməkhaqqının 250 manata çatdırılması ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının yaşayış minimumunu üstələməsinə imkan verib. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV nümayəndələrinə müsahibəsində deyib.

O, hazırkı yaşayış minimumunun 180 manat olduğunu, artıq bu il sentyabrın 1-dən minimum əməkhaqqının həmin yaşayış minimumunu 40 faizə yaxın üstələyəcəyini deyib. Eyni zamanda, Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi, əmək pensiyasının minimum məbləği cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq və bununla da minimum pensiya pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələmiş olacaq.

S.Babayev qeyd edib ki, bu, Azərbaycan dövlətinin sosial siyasətinin növbəti uğuru olmaqla, ölkəmizdəki sosial inkişafın daha bir göstəricisidir. Minimum əməkhaqqının artımı 950 min insanı, dövlət sektoru üzrə müxtəlif sahələrdə əməkhaqlarının artımı isə 400 min insanı əhatə edir.

Nazir bu ay reallaşan sosial paketin ümumilikdə 1 milyon 350 min insanın əməkhaqlarının, 750 mindən çox pensiyaçının pensiyaçının, nəticə etibarilə 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiya formasında gəlirlərinin ciddi şəkildə artımına imkan verdiyini deyib. S.Babayev bu artım üzrə dövlətin əlavə maliyyə yükünün isə 2 milyard manat təşkil etdiyini bildirib.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri ilə bağlı qanunda dəyişiklik edilib

posted in: Qanun, Xəbər | 0

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri ilə bağlı qanunda dəyişiklik edilib

“Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 475; 2001, № 11, maddə 676; 2002, № 5, maddə 258; 2004, № 3, maddə 133; 2005, № 10, maddə 871; 2009, № 2, maddə 46; 2010, № 3, maddə 178; 2014, № 4, maddə 329; 2016, № 6, maddə 1003; 2017, № 7, maddələr 1282, 1292; 2018, № 3, maddə 371) 1-ci maddəsinin on birinci abzasında “219-1, 226, 227, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya həmin məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi” sözləri “219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin, yaxud terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 58; 2010, № 3, maddə 178, № 4, maddə 276; 2011, № 12, maddə 1104; 2013, № 11, maddə 1274; 2014, № 2, maddə 81, № 10, maddə 1159, № 11, maddə 1361; 2015, № 11, maddə 1294; 2016, № 3, maddə 413; 2017, № 5, maddələr 696, 711, № 7, maddə 1295, № 11, maddə 1959; 2018, № 7 (I kitab), maddə 1407, № 10, maddə 1973, № 11, maddə 2233; 2019, № 1, maddə 24) 6.5-ci maddəsində “4.0.9-cu” sözləri “4.1.9-cu” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 may 2019-cu il.

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Endirim və güzəştlər ƏDV bəyannaməsində necə nəzərə alınmalıdır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

endirim və güzəştlər

Endirim və güzəştlər ƏDV bəyannaməsində necə nəzərə alınmalıdır?


Sual:

Müəssisə ƏDV və mənfəət vergisi ödəyicisidir, ticarət sahəsi üzrə fəaliyyət göstərir. Fəaliyyəti zamanı bəzi debitorlarla hesablaşmalar zamanı güzəşt tətbiq edir. Mühasibat uçotunda haqqında qanunvericiliyə əsasən verilmiş güzəştlər tətbiq edir və nəticədə müştərinin son qalıq borcundan müştəri borcuna azalma edir.

Amma bu azalma zamanı tətbiq edilən azalma məbləği müştəriyə verilən tək sonuncu e-qaiməyə (VHF) görə deyil , əvvəllər satışı olmuş və müştəri tərəfindən borcu ödənilmiş e-qaimələrə və VHF əsasən də müəyyən mallara ola bilər. Beynəlxalq mühasibat uçotu qaydalarına əsasən bu verilmiş güzəşt müştərinin son qalıq borcundan azaldıla bilər.

Amma burada bir sıra mühasibat uçotu ilə vergi uçotu arasında uyğunsuzluqlar yaranır. Belə ki, verilmiş bu güzəştlər nəticəsində bəzi malların maya dəyəri aşağı düşmüş ola bilər, amma bu tam belə deyildir. Belə ki, müəssisə məhsul satışına görə istehsalçı müəssisədən satış dövriyyəsinə uyğun olaraq illik və rüblük bonuslar (satışdankənar gəlirlər) əldə edir və bu satışdankənar gəlirlər müəssisə tərəfindən bəyan edilməklə illik mənfəət vergisinə cəlb olunur.

Məhz bu satışdankənar gəlirlər vasitəsilə müəssisə bu cür bəzi məhsullara görə alıcılara güzəşt tətbiq edə bilir və burada beynəlxalq mühasibat uçotu qaydaları ilə heç bir uyğunsuzluqlar mövcud deyildir.

Xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimə əsasən vergi uçotuna əsasən bu cür tətbiq edilmiş verilmiş güzəştlərin qanunla qadağan olunub olunmaması barədə və bu əməliyyatların aparılması qaydaları barədə məlumat verəsiniz. Həmçinin ƏDV bəyannamələrində VHF dəqiqləşmə aparılarkən uyğunsuzluqlar yaranacaqmı?

Bütün bunlar haqqında ətraflı məlumat verməyinizi xahiş edirəm.

Cavab:

Bildiririk ki, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) vergi tutulan əməliyyatlar dəqiqləşdirilməklə həmin hesabat dövri üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir.

Yuxarıda qeyd olunanlara əsasən siz azaldılmış gəlirləri qiymətləndirmədə dəyişikliyin baş verdiyi ayda ƏDV bəyannaməsində qeyd etməlisiniz.

Eyni zamanda, mallar güzəştli qiymətlə təqdim edilərkən güzəştli qiymət vergi ödəyicisinin 30 gün ərzində eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdiyi qiymətlərin səviyyəsi 30 faizdən aşağı olduqda ƏDV hesablanarkən vergitutma məqsədləri üçün satış qiyməti olaraq məhsulun bazar qiyməti əsas götürülür.
Əsas: Vergi Məcəlləsinin 14-cü, 163-cü maddələri.
Mənbə: taxes.gov.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1000 manat məvaciblə Mühasib tələb olunur

vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: Texno Plus Electronics

Əmək Haqqı: 700 – 1000 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Sevinc Alməmmədova
  • Telefon: (012) 374-58-56 / (070) 374-58-56
  • E-mail: info@texnoplus.azinfo@finstaff.az
Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: Bazar ertəsi – şənbə, 09:00-dan 19:00-dək
– Bazar günü istirahət günüdür

Mühasib üçün tələblər

– Ali təhsil
– Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
– Vergi və əmək məcəlləsi üzrə biliklər
– Mal-material, əsas vəsait, əmək haqqı uçotunu, bank-kassa əməliyyatlarını aparmaq bacarığı
– Elektron vergi əməliyyatlarını (EQF, EHF, bəyannamə) icra etmək bacarığı
– Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemləri müstəqil həll edə bilmək bacarığı

Yuxarıdakı tələblərə uyğun gələn namizədlərdən CV-lərini hr@texnoplus.az elektron ünvana “Mühasib” başlığı altında göndərməyi xahiş olunur.

Mənbə: kadr.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.