Yeni nəsil kassa aparatlarına keçidin ilk mərhələsi başa çatdırılıb

posted in: Vergi, Xəbər | 0

Azərbaycanın üç şəhərində yeni nəsil kassa aparatlarına keçidin ilk mərhələsi başa çatdırılır.


Bakı, Gəncə və Sumqayıt şəhərlərində müvafiq fəaliyyət sahələri üzrə yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə keçidin birinci mərhələsinin başa çatdırılması planlaşdırılır.

Vergilər Nazirliyindən verilən məlumata görə hazırda elektron informasiya sisteminə real vaxt rejimində kassa əməliyyatları barədə məlumatları ötürməyə imkan verən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiq olunması sahəsində işlər aparılır.

Yeni kassa aparatları vasitəsi ilə alınan və emal edilən çek məlumatları, habelə e-kassada həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Nazirliyin informasiya sistemləri bazasına ötürülməsi təmin ediləcək.

Bu kassalar ticarət, ictimai iaşə və digər sahələrdə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə ediləcək. Köhnə nəsil kassa aparatları, yenilərlə müqayisədə bir çox üstünlüklərə malikdir. Əsas üstünlüklərə məlumatların onlayn ötürülməsi, kriptoqrafik prosedurlardan istifadə edilməsi, yeni çek formalarının tətbiq edilməsi və aparılan əməliyyatlar üzrə təhlil imkanlarının yaradılması daxildir.

Qeyd olunan kriptoqrafik prosedurlar kassa əməliyyatları zamanı formalaşdırılan çeklərin tamlığına və autentifikasiyasına nəzarət məqsədilə istifadə olunur. Yeni çek formalarının əsas üstünlüklərindən biri – üzərində qeyd edilən QR kodudur. Onun vasitəsilə istehlakçılar, həmin çekin Vergilər Nazirliyinin informasiya sistemləri bazasında olub-olmamasını yoxlamaq imkanını əldə edəcək.

Vergi ödəyicisinə gündəlik dövriyyəsi, əməliyyatlarının həcmi barədə məlumatları şəxsi kabineti vasitəsilə məsafədən ala bilməsi üçün imkanların yaradılması da nəzərdə tutulur. Bununla yanaşı, vergi orqanı ödəyicilərin məlumatları ilə tanış olmaq imkanı əldə edəcək. Belə ki, məsafədən təhlil imkanları nəticəsində vergi ödəyicilərinin kassa intizamına əməl edib-etmədiyinə dair qənaətə gəlmək mümkün olacaq.

Qeyd olunan üstünlüklər vergi yoxlamalarının ümumi sayının qismən azalmasına, sistemin şəffaflığının artırılmasına, kassa əməliyyatlarının uzaqdan idarə olunmasına, satış əməliyyatlarının sadələşməsinə və digər müsbət dəyişikliklərə yol açacaq.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu ölkədə ƏDV üzrə bütün güzəştlər ləğv ediləcək

posted in: Vergi, Xəbər | 0

Özbəkistanda ƏDV üzrə bütün güzəştlər ləğv ediləcək

güzəştlər ƏDVÖlkədə həyata keçirilən vergi islahatlarına həsr olunmuş brifinqdə Özbəkistan Dövlət Vergilər Komitəsi sədrinin müavini Mubin Mirzəyev bildirib ki, bu, ədalətli normadır, istehsalçıları öz aralarında rəqabət aparmağa və normal bazar sistemi qurmağa vadar edir: “Bizə sabit iqtisadi artım və büdcə daxilolmaları lazımdır”.
Qeyd edilib ki, diqqət mərkəzində saxlanılan amillər vergi yükünün artması və əlavə dəyər vergisi ödəyicilərinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı inflyasiya səviyyəsinin yüksəlməsi idi. 2018-ci ildə ölkədə fəaliyyət göstərən 350 min sahibkarlıq subyektindən cəmi 7,1 mini, başqa sözlə 2 faizi ƏDV ödəyicisi idi.
Qəbul edilmiş vergi konsepsiyasında bu problemin həlli, eləcə də həm kiçik, həm də iri biznes üçün ədalətli vergi sisteminin formalaşdırılması nəzərdə tutulmuşdu. Konsepsiya çərçivəsində ƏDV ödəyicilərinin sayına 17 min yeni təsərüfat subyektinin əlavə olunacağı və rəqəmin 25 minə çatdırılacağı gözlənilirdi. Lakin bu il onların sayı 40 mini keçib və 4 min təsərrüfat subyekti könllü şəkildə ƏDV ödəyicisi olmaq seçimini edib.
Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Maliyyə və Mühasibatlıq üzrə Ödənişli Yay Təcrübə Proqramı elan olunur

Maliyyə və Mühasibatlıq Ödənişli Yay Təcrübə Proqramı elan olunur

Yay Təcrübə Proqramı Maliyyə MühasibatlıqAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Aqrar Ticarət Şirkəti Ödənişli Yay Təcrübə Proqramı elan edir!

Layihə kənd təsərrüfatı sahəsinə marağı olan gənclərə təcrübə proqramında iştirak edərək ixtisası üzrə bilik və bacarıqlarını real iş şəraitində tətbiq etməyə, aqrar sahədə biliklərini artırmağa, maraqlı və məsuliyyətli layihələrdə iştirak etməyə və gələcəkdə bu istiqamətdə karyera qurmağa imkanlar yaradır.

Təcrübə keçiləcək istiqamətlər:
  • Maliyyə və Mühasibatlıq
  • Məhsulların yaradılması və Layihələrin İdarə edilməsi
  • Marketinq və ictimaiyyətlə əlaqələr
  • İnformasiya Texnologiyaları
  • Satınalma və təchizatın təşkili
Təcrübəçinin qazancları:
  • Təcrübəçilər təcrübə müddətində (aylıq 200 AZN) kompensasiya xarakterli ödənişlə  təmin olunacaqlar.
  • Təcrübə müddətində fəaliyyət göstərdikləri sahə ilə bağlı nəzəri və praktiki biliklər əldə edəcəklər.
  • Təcrübə müddətinin sonunda sertifikat və tövsiyə məktubu təqdim olunacaqdır.
Proqramın şərtləri:
  • Təcrübə proqramının iş qrafiki həftə içi 5 gün, saat 09:00 – 18:00 olmaqla nəzərdə tutulur.
  • Nahar Fasiləsi bir saatdır (13:00 – 14:00), şirkət tərəfindən nahar təmin olunması nəzərdə tutulmamışdır.
  • Təcrübə proqramı 2 ay müddətində davam edəcək və tərəflərin razılığı əsasında 6 aya qədər uzadıla bilər.
  • Fəaliyyət sahəsindən asılı olaraq vəzifə öhdəlikləri iş yerində yazılı və ya şifahi formada təcrübə rəhbəri tərəfindən təqdim olunacaqdır.
  • Təcrübəçilərə işlə təmin olunma zəmanəti verilmir.
Namizədə qoyulan tələblər:
  • Hal-hazırda ali təhsilini davam etdirməli və ya son iki ildə ali təhsil müəssisələrindən məzun olmalıdır.
  • Ofis Proqramlarında sərbəst işləyə bilməli;
  • Rus/Ingilis dillərindən ən az birini yaxşı səviyyədə bilməli;
  • Aqrar sahəyə və ya qida sektoruna xüsusi marağı olmalı;
  • Həvəsli, məsuliyyətli və çalışqan və dürüst olmalı;
  • Araşdırma bacarıqları olmalı;
  • Yaradıcı və analitik düşüncə, problem həll etmə bacarıqlarına sahib olmalı;
  • Təşəbbüskar olmalı və daim yeni təkliflər irəli sürməli;
  • Ünsiyyətcil, pozitiv və gülərüz olmalı, komandada işləmə bacarığı olmalı;
  • Yüksək işgüzar etika nümayiş etdirməlidir;
  • Müraciət etdiyi sahə üzrə təməl biliklərə sahib olmalıdır.

Son müraciət tarixi
: 26.06.2019-cu il

Ödənişli yay təcrübə proqramında iştirak etmək istəyən namizədlər öz CV-lərini hr@agrotrade.gov.az elektron poçt ünvanına göndərməlidirlər. E-mailin başlığında seçilən istiqamət qeyd olunmalıdır. Daxil olmuş müraciətlər arasından seçilmiş uğurlu namizədlərlə 28 iyun tarixinədək əlaqə saxlanılacaqdır.

Mənbə: agrotrade.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vakansiya: Mühasib tələb olunur

Mühasib vakansiyaVakansiya: Baş Mühasib / İşəgötürən: İNTELLA LLC

Əmək Haqqı: 300 – 600 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 22 – 35 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Taleh bəy
  • Telefon: (012) 530-87-02, (051) 408-48-87
  • E-mail: intella-i@yandex.cominfo@finstaff.az
Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (ƏDV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: Bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək, şənbə günü isə 09:00-dan 14:00-dək
– Bazar günü istirahət günüdür

Mühasib üçün tələblər

– Maliyyə və Mühasibat və ya riyaziyyat sahəsində ali təhsil
– Mühasibatlıq üzrə minimum 1-3 il iş təcrübəsi (istehsal, ticarət)
– MS Office (xüsusilə MS Excel), 1c 8.3, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran
– Yaş: 22-35 arası

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini intella-i@yandex.cominfo@finstaff.az ünvanına göndərə bilərlər.

Mənbə: kadr.az 

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.