Onlayn kassa aparatları şəffaflığın təmin edilməsində çox böyük zəmin yaradacaq
Onlayn kassa aparatları şəffaflığın təmin edilməsində çox böyük zəmin yaradacaq
You can display the Full post on your Blog Page
Onlayn kassa aparatları şəffaflığın təmin edilməsində çox böyük zəmin yaradacaq
Azərbaycanda yeni onlayn kassa aparatlarının tətbiqi ilə bağlı qərar qəbul olunub və bu məsələ qanunvericilikdə öz əksini tapıb.
Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5 maddəsində göstərilən malların təqdim edilməsindən əldə olunan gəlirlərindən (Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulmalıdır. Lakin aparılan müşahidələr göstərir ki, bu maddənin tətbiqi bir çox hallarda mübahisələr yaradır. Məsələn, ortaya belə bir sual çıxır: kənd təsərrüfatı məhsulları istehsalçısı olmayan şəxs kəndlərdən meyvə-tərəvəz yığaraq vergi ödəyicisinə satırsa, o zaman 2 faiz ödəmə mənbəyindən vergi tətbiq edilməlidirmi?
“Vergi ödəyicisi k/t istehsalçısından mal aldıqda onun kənd təsərrüfatı istehsalçısı olduğunu sübut edən sənəd kimi hansı sənədləri tələb etməlidir” sualı da aktualdır. Natiq Şirinov bildirib ki, burada iki məsələni aydınlaşdırmaq lazımdır: “Vergi ödəyicisi həm ailə kəndli təsərrüfatlarından, həm də adi rejimdə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki şəxslərdən kənd təsərrüfatı məhsulları ala bilər. Vergi ödəyicisi kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki şəxslərdən malları alırsa, malların alış aktı – ciddi hesabat blankı üzrə alğı-satqı əməliyyatları həyata keçirilməlidir. Fiziki şəxsin adı və soyadı, şəxsiyyət vəsiqəsinin rekvizitləri, alınan malların tərkibi həmin alış aktında mütləq qaydada qeyd olunmalıdır”. Bu zaman əlavə olaraq hansı sənədlərin tələb olunması məsələsi ilə bağlı qeyd edilib ki, k/t məhsullarının istehsalçısı olan fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı torpaqlarının təsdiqedici sənədləri də bu alış aktına əlavə edilməlidir. Həmçinin ödənilmiş məbləğlər barədə ödəyən şəxs tərəfindən vergi orqanlarına məlumat verilməlidir.
Kənd təsərrüfatı məhsullarının alışı fiziki şəxslərdən deyil, ailə kəndli təsərrüfatlarından həyata keçirildikdə alğı-satqı fərqli qaydada rəsmiləşdirilir: “Yəni ailə kəndli təsərrüfatları hüquqi şəxs deyil, adi rejimdə fəaliyyət göstərirlər və onlar vergi ödəyicisi hesab olunmurlar. Bir şərtlə ki, onların illik dövriyyəsi müəyyən edilmiş həddi keçməsin. Əgər illik dövriyyəsi müəyyən edilmiş həddi keçmirsə, ailə kəndli təsərrüfatları bələdiyyələrdə qeydiyyata alınır və onlara “Bədədiyyələrin qeydiyyat vəsiqəsi” təqdim edilir. Bu halda yuxarıda qeyd etdiyimiz sənədlərlə yanaşı, “Bələdiyyələrin qeydiyyat vəsiqəsi” də əlavə edilməlidir. Eyni zamanda, ailə kəndli təsərrüfatlarına ödənilən vəsait barədə bədəiyyələrə məlumat verilməlidir”.
Artıq vergi orqanlarında könüllü kimi çalışmaq mümkündür
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur.
Vakansiya: Mühasib
İşəgötürən: Şirin MMC
– Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Vergi hesabatlarının hazırlanması,
– Statistika hesabatlarının hazırlanması
– Mühasibat hesabatlarının tərtib edilməsi və qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Avans hesabatlarının hazırlanması
– İş qrafiki: həftənin I-V günləri, 08:00-dan 17:00-dək
– İstirahət günləri: Şənbə, bazar
– Ali təhsil
– Mühasib sahəsində minimum 5 il iş təcrübəsi
– Elektron vergi əməliyyatlarını icra etmək bacarığı
– Əsas vəsait, əmək haqqı uçotunu, bank-kassa əməliyyatlarını aparmaq bacarığı
Mənbə: boss.az