» » » Artıq vergi orqanlarında könüllü kimi çalışmaq mümkündür

Artıq vergi orqanlarında könüllü kimi çalışmaq mümkündür

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Artıq vergi orqanlarında könüllü kimi çalışmaq mümkündür

imtahan Vergilər naziri vergi könüllüAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirilməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi, gənclərin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi və asudə vaxtının səmərəli təşkil edilməsi məqsədi ilə Vergi orqanlarında müvafiq tədbirlər keçirilir.
Vergilər nazirinin müvafiq əmri ilə “Vergi orqanlarında könüllü fəaliyyətin təşkilinə dair Tədbirlər Planı”nı və Vergilər Nazirliyinin və könüllülərin vəzifə və hüquqlarını özündə əks edən “Haqqı ödənilməyən (könüllü) fəaliyyət haqqında müqavilə” təsdiq edilmişdir.
15.04.2019-cu il tarixdən etibarən Bakı şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzlərində 15 könüllü fəaliyyət göstərməyə başlamışdır. Onlarla görüşlər keçirilmiş, müvafiq təlimatlandırma aparılmışdır. Ümumiyyətlə ilkin mərhələdə Bakı, Sumqayıt, Şirvan, Lənkəran, Gəncə, Goranboy və Şəmkir şəhərlərində yerləşən xidmət mərkəzlərində 30 nəfər könüllülərin fəaliyyət göstərəcəyi nəzərdə tutulur.
Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.