Vergilərin yığılmasına icra hakimiyyətləri dəstək göstərəcək

posted in: Vergi, Xəbər | 0

Yerli vergilərin yığılmasına icra hakimiyyətləri dəstək göstərəcək

“Bələdiyyələrin statusu haqqında” Qanuna dəyişikliklərlə bağlı layihə Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılıb.
Komitənin sədri Arif Rəhimzadə layihə barədə məlumat verərək bildirib ki, əsas dəyişikliklərdən biri yerli əhəmiyyətli vergilərin yığılmasına bələdiyyə orqanlarına kömək göstərilməsini nəzərdə tutur. Qanuna təklif edilən 49.1-ci maddədə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkil olunmasına kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür.
Qanuna təklif edilən 10.1-ci maddədə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsini təşkil edir.
Mənbə: vergiler.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyi 5 aylıq gəlirlərin toplanmasını uğurla icra edib

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi 5 aylıq gəlirlərin toplanmasını uğurla icra edib

Dövlət başçısının son sərəncamları ilə əmək haqlarının ayrı-ayrı sahələr üzrə 20-40 faizlik artımı ümumilikdə 18,7 faizlik məcburi dövlət sosial sığorta haqları üzrə artım üçün əsas mənbə hesab ediləcək.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışında bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 2019-cu ildə 200 milyon manat (5,1 faiz) artırılıb.

Həmin məbləğ nəticəsində Fondun dövlət büdcəsindən asılılığının səviyyəsi 38,3 faizdən 32,8 faizədək azalması gözlənilir: “200 milyon manat vəsaitin artması büdcə qaydalarının pozulmasına gətirib çıxarmayıb. Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 150 milyon manat azaldılıb, büdcənin özündə də bu məbləğ artırılır və hüquq-mühafizə orqanlarının xərclərinə yönəldilir. Dövlət Sosial Müdafiə Fondunda artım əmək haqlarının gəlirlərinin artmasından ibarət olur”.

Deputat əlavə edib ki, bu ilin 5 ayında da Vergilər Nazirliyi tərəfindən gəlirlərin toplanması uğurla icra olunub: “Xüsusən fiziki şəxslərin gəlir vergisi sahəsində uğur əldə edilib. Fiziki şəxslərin gəlir vergisi sahəsində büdcənin özündə də artım nəzərdə tuta bilərdik.

Hazırda artım nəzərdə tutulmadığı bir şəraitdə bu, yalnız dövlət büdcəsinin kəsirinin maliyyələşməsi üçün əlavə mənbə yaradacaq. Bu, Dövlət Neft Fondundan transfertin azalmasına səbəb ola bilərdi”.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“KOB klaster şirkəti”nin meyarları” təsdiq edildi!

posted in: Vergi, Xəbər | 0

“KOB klaster şirkəti”nin meyarları” təsdiq edildi!

“KOB klaster şirkəti”nin meyarları”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 8.1.1-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR

 

1. “KOB klaster şirkəti”nin meyarları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzinə tapşırılsın ki, bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edildikdən sonra bu Qərarla təsdiq edilmiş normativ hüquqi aktın Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

4. Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Nazir,
2-ci dərəcəli dövlət vergi xidməti müşaviri                                    Mikayıl Cabbarov

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 8
may 2019-cu il tarixli 1917050000007900 nömrəli Qərarı
ilə təsdiq edilmişdir.
“KOB klaster şirkəti”nin meyarları
 
1. Ümumi müddəalar

 

Bu Meyarlar “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 8.1.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun kommersiya hüquqi şəxs kimi “KOB klaster şirkəti”nin meyarlarını müəyyən edir.

2. “KOB klaster şirkəti”nin meyarları

 

2.1. “KOB klaster şirkəti” kimi aşağıdakı vergi ödəyiciləri çıxış edir:

2.1.1. Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınan;

2.1.2. əhəmiyyətli qərarların Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra – Agentlik) ilə razılaşdırmaqla yerinə yetirməsi nizamnaməsində əks edilən;

2.1.3. həyata keçiriləcək KOB klaster layihəsinin çərçivəsində “KOB klaster şirkəti”nin qarşılıqlı surətdə asılı olmayan azı 10 mikro, kiçik və orta sahibkarlıq subyekti ilə təsərrüfat əqdlərini bağlaması və klaster üzrə hazırlanan məhsulun xammal və materialının dəyərinin 50 faizinin klasterin iştirakçısı olan yerli istehsalçılardan təchiz edilməsi;

2.1.4. fəaliyyət sahəsinin aşağıdakı 3 istiqamətdən birinə uyğun olması:

2.1.4.1. Azərbaycan Respublikasında istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsul yaradılması;

2.1.4.2. istehlakın 50 faizdən artıq hissəsinin idxal hesabına ödənilən məhsulun yaradılması;

2.1.4.3. qonaqlama və yerləşdirmə xidmətlərinin (mehmanxana, motel, kempinq və s.) göstərilməsi.

2.2. “KOB klaster şirkəti”nin həyata keçirəcəyi layihə üzrə investisiyanın minimum həcmi aşağıdakı miqdarda müəyyən edilir:

2.2.1. Bakı şəhəri (Bakı ətrafı qəsəbələr istisna olmaqla)          – 5 milyon manat;

2.2.2. Bakı ətrafı qəsəbələr və Abşeron rayonu                         – 3 milyon manat;

2.2.3. Sumqayıt və Gəncə şəhəri                                               – 2,5 milyon manat;

2.2.4. 2.2.1-2.2.3-cü və 2.2.5-ci yarımbəndlərdə göstərilməyən şəhər və rayonlar üzrə – 1,5 milyon manat;

2.2.5. Naxçıvan Muxtar Respublikası, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Goranboy, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən və Qusar rayonları üzrə – 0,5 milyon manat.

2.3. 2.2.5-ci yarımbənd üzrə nəzərdə tutulan investisiyaların həyata keçirilməsi məqsədilə vergi ödəyicilərinin “KOB klaster şirkəti” statusunun alması üçün bu Meyarların 2.1.2-ci və 2.1.4-cü bəndləri üzrə nəzərdə tutulan meyarlara cavab verməsi tələb olunmur.

2.4. “KOB klaster şirkəti”nə dair tələblər aşağıdakılardır:

2.4.1. “KOB klaster şirkəti”nin layihə çərçivəsində illik dövriyyəsinin Agentlik tərəfindən qəbul edilən maliyyə-iqtisadi əsaslandırma sənədində nəzərdə tutulan (bu Meyarların 2.2-ci bəndində müəyyən edilən minimumdan az olmayaraq) investisiya həcminin 20 faizindən az olmamaqla müəyyən edilməsi;

2.4.2. əməliyyatların tam həcmdə qanunla müəyyən olunmuş qaydada sənədləşdirilməsi (elektron qaimə-faktura, elektron vergi hesab-fakturası, yük gömrük sənədləri, ciddi hesabat sənədi olan alış aktları);

2.4.3. əməliyyatlar üzrə hesablaşmaların nağdsız qaydada aparılmasına üstünlük verilməsi;

2.4.4. bu Meyarların 2.1.3-cü yarımbəndi nəzərə alınmaqla son məhsulun (xidmətin) “KOB klaster şirkəti”nin iştirakçısı tərəfindən istehsal olunan hissələrdən komplektləşdirilməsi və bu zaman iştirakçıdan əldə edilmiş malların emal prosesinə məruz qalmaqla (əlavə dəyər yaratmaqla) təqdim edilməsi;

2.4.5. “KOB klaster şirkəti”nin rəhbərinin və ya hər hansı təsisçisinin vergidən yayınma üzrə cinayət məsuliyyətinə cəlb edilməmiş olması.

2.5. “KOB klaster şirkəti” maliyyə-iqtisadi əsaslandırma üzrə fəaliyyətə başlaması barədə Agentliyə və Vergilər Nazirliyinə 3 gün müddətində məlumat verir. “KOB klaster şirkəti” tərəfindən bu Meyarların 2.4.1-ci yarımbəndi üzrənəzərdə tutulan tələblərin tam həcmdə yerinə yetirilməsi vəziyyəti barədə arayış fəaliyyətə başladıqdan sonra hər təqvim ili başa çatdıqdan sonra 3 ay müddətində Agentliyə və vergi orqanına təqdim edilir.

2.6. Bu Meyarların 2.2-ci bəndi üzrə nəzərdə tutulan investisiyanın obyekti kimi əvvəllər sahibkarlıq fəaliyyətində istifadə edilmiş aktivlər, o cümlədən əsas vəsaitlər çıxış etmir və həmin aktivlərin dəyəri “KOB klaster şirkəti”nin həyata keçirəcəyi layihə üzrə investisiyanın həcminə daxil edilmir. “KOB klaster şirkəti”nin aktivi kimi yalnız “KOB klaster şirkəti”nin tərəfindən bu Meyarlarla müəyyən olunmuş investisiya qoyuluşu çərçivəsində gömrük qanunvericiliyinə uyğun olaraq idxal gömrük sənədləri əsasında əldə edilmiş aktivlər və ya Vergi Məcəlləsinə uyğun olaraq elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası əsasında əldə edilmiş aktivlər çıxış edə bilər.

2.7. “KOB klaster şirkəti”nin bu Meyarlara cavab verməsi Agentlik tərəfindən Vergilər Nazirliyi ilə razılaşdırılmaqla təqdim edilmiş şəhadətnamə ilə təsdiq edilir.

Mənbə: taxes.gov.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Yaşayış minimumuna yenidən baxılacaq

posted in: Xəbər | 0

Yaşayış minimumu məbləğinə yenidən baxılacaq

Nazir müavini: “Zərurət yaransa, yaşayış minimumu və istehlak səbətinə yenidən baxılacaq”

“Minimum pensiyaların və əmək haqlarının artırılması, bir sıra sahələrdə ciddi artım, yaşayış minimumu standartlarına və istehlak səbətinin tərkibinə yenidən baxılması zərurətini ortaya çıxaracaq”.

Bu fikirləri  Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin həm iqtisadi, həm sosial sahələrdə həyata keçirdiyi islahatlar kompleks xarakter daşıyır. Nazir müavini qeyd edib ki, əhalinin sosial müdafiəsi ilə bağlı bütün məsələlərə hökumət tərəfindən baxılacaq.

“Azərbaycanda yaşayış minimumu haqqında qanun qəbul edilib. Qanunun tələblərinə görə, bir sıra yaşayış minimumu ilə bağlı standartlar, minimum əmək haqqının, pensiyaların və dövlət sosial yardımının məbləği yaşayış minimumu ilə əlaqəlidir. Hər il yaşayış minimumu Milli Məclis tərəfindən təsdiq olunur”.

Nazir müavini vurğulayıb ki, mövcud qanunvericiliyə görə, istehlak səbətinin tərkibinə hər üç ildən bir dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə yenidən baxılır.

“Bu məsələdə iki parametr əsas götürülür:

Birincisi, səbətin çeşidi, yəni səbətə daxil olan məhsulların insanın fiziki tələbatını ödəməsi.

İkincisi, səbətə daxil olan məhsulların dəyərinin müəyyən olunması. Əlbəttə hökumətdə bu istiqamətdə işlər görülür.

Zərurət yaranacağı halda, yaşayış minimumu məbləğinə və istehlak səbətinin dəyərinə yenidən baxılacaq”.
Mənbə: report.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.