» » » Vergilər Nazirliyi 5 aylıq gəlirlərin toplanmasını uğurla icra edib

Vergilər Nazirliyi 5 aylıq gəlirlərin toplanmasını uğurla icra edib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər Nazirliyi 5 aylıq gəlirlərin toplanmasını uğurla icra edib

Dövlət başçısının son sərəncamları ilə əmək haqlarının ayrı-ayrı sahələr üzrə 20-40 faizlik artımı ümumilikdə 18,7 faizlik məcburi dövlət sosial sığorta haqları üzrə artım üçün əsas mənbə hesab ediləcək.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışında bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 2019-cu ildə 200 milyon manat (5,1 faiz) artırılıb.

Həmin məbləğ nəticəsində Fondun dövlət büdcəsindən asılılığının səviyyəsi 38,3 faizdən 32,8 faizədək azalması gözlənilir: “200 milyon manat vəsaitin artması büdcə qaydalarının pozulmasına gətirib çıxarmayıb. Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 150 milyon manat azaldılıb, büdcənin özündə də bu məbləğ artırılır və hüquq-mühafizə orqanlarının xərclərinə yönəldilir. Dövlət Sosial Müdafiə Fondunda artım əmək haqlarının gəlirlərinin artmasından ibarət olur”.

Deputat əlavə edib ki, bu ilin 5 ayında da Vergilər Nazirliyi tərəfindən gəlirlərin toplanması uğurla icra olunub: “Xüsusən fiziki şəxslərin gəlir vergisi sahəsində uğur əldə edilib. Fiziki şəxslərin gəlir vergisi sahəsində büdcənin özündə də artım nəzərdə tuta bilərdik.

Hazırda artım nəzərdə tutulmadığı bir şəraitdə bu, yalnız dövlət büdcəsinin kəsirinin maliyyələşməsi üçün əlavə mənbə yaradacaq. Bu, Dövlət Neft Fondundan transfertin azalmasına səbəb ola bilərdi”.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.