Ciddi hesabat blanklarının tətbiq olunmaması zamanı vergi cərimələri tətbiq oluna bilərmi?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Ciddi hesabat blanklarının tətbiq olunmaması zamanı vergi cərimələri tətbiq oluna bilərmi?

Sual:

Azərbaycan Respublikasının Prezidentinin 16 iyun 2017-ci il tarixli “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” da sadalanan sənədlərin (ciddi hesabat blanklarının) tətbiq olunmaması zamanı hansı vergi cərimələri tətbiq oluna bilər? Xatırlatmaq istəyirəm ki, söhbət elekton sənədlərdən getmir (elektron qaimə faktura və elektron vergi hesab fakturası)

Cavab:

Bildiririk ki, qeyd olunan qanunvericilik aktında sadalanan sənədlər ciddi hesabat blanklarıdır və onların formasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir. Ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir.

Eyni zamanda, ilkin uçot sənədləri  maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.

Ciddi hesabat formalarının tətbiqi ilə bağlı daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə mühasibat uçotunun təşkili və aparılması sahələrində  tənzimlənməni həyata keçirən Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Həmçinin bildiririk ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa  qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədlərin, habelə elektron daşıyıcılarındakı məlumatların müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, habelə elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə  sanksiyası tətbiq edilir.

Əsas:

Vergi Məcəlləsinin 16.1.3-cü, 16.1.7-ci, 57.3-cü, 130.1-1-ci maddələri, 16 iyun 2017-ci il tarixli 1460 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın yekun müddəaları, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının  29 iyun 2004-cü il tarixli 716-IIQ saylı Qanunu.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibatlıq/maliyyə şöbəsinə Təcrübəçi tələb olunur

Vakansiya: Təcrübəçi / İşəgötürən: Blue Planet Distribution LLC

Ümumi məlumat

Kimlər müraciət edə bilər: IV kurs və magistraturada oxuyan tələbələr

Təcrübəçi üçün tələblər

– Kopyuter biliyi yüksək dərəcədə
– İngilis dili mütləq olmalıdır

İş rejimi- part time, saat 09:00 –dan saat 13:00-dək  və ya 14:00-dan 18:00-dək
İş günü Bazar ertəsindən Cüməyədək
Təcrübə proqramı 3 ay davam edəcək və ödənişsizdir.

Maraqlanan namizədlər elektron məktubunuzda “mövzu” sətrində vakansiyanı qeyd etməklə, CV-zi hr@blueplanet.az  / info@finstaff.az elektron ünvanına göndərə bilərsiniz.

Mənbə: jobsearch.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu qurumların auditdən keçməsi ilə bağlı vəziyyət pisləşib

posted in: Audit, Xəbər | 0

Azərbaycanda bələdiyyələrin auditdən keçməsi ilə bağlı vəziyyət pisləşib

Azərbaycanda məcburi audit subyekti olan 1 608 bələdiyyədən 980-ı və yaxud 60,95%-i 2018-ci ildə auditdən keçib.

Auditorlar Palatası bu barədə məlumat verir.

Xatırladaq ki, 2017-ci ildə 1 265 bələdiyyə və yaxud bütün yerli özünü idarəetmə qurumlarının 78,7%-i auditdən keçmişdi. Başqa sözlə, bələdiyyələrin auditdən keçməsi ilə bağlı vəziyyət pisləşib.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1700 manat əmək haqqı ilə Baş Mühasib tələb olunur

Baş mühasib vakansiyaVakansiya: Baş Mühasib / İşəgötürən: CAN-PA MMC

Əmək Haqqı: 1200 – 1700 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 50 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Gülnar xanım
  • Telefon: (012) 511-30-41 / (012) 511-30-41
  • E-mail: hr@can-pa.cominfo@finstaff.az
Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi,
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək, qanunvericilikdə aparılmış dəyişikliklər barədə məlumatın olması
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– Əsas vəsait, əmək haqqı uçotunu, bank-kassa əməliyyatlarını aparmaq bacarığı
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
– Ödəmələrə nəzarət
– Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək
– İş qrafiki: Bazar ertəsi – şənbə, 09:00-dan 18:00-dək
– Bazar günü istirahət günüdür
– Nahar şirkət tərəfindən verilir

Baş Mühasib üçün tələblər

– Ali təhsilli
– B1-B3, Microsoft Office proqramlarını bilmək
1 C 8.2 və 8.3 logo proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
– www.e-gov.azwww.e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
– Mal-material, əsas vəsait, əmək haqqı uçotunu, bank-kassa əməliyyatlarını aparmaq bacarığı amortizasiya metodlarının müəyyənləşdirilməsi və tətbiqinə nəzarət edilməsi, gəlir və xərclərin müəyyən olunması
– Balansın çıxarılması üzrə biliklərə sahib olmalı

CV-lərinizi foto ilə birlikdə hr@can-pa.com / info@finstaff.az ünvanına “Baş Mühasib” başlığı altında göndərməyiniz xahiş olunur. Əks təqdirdə cv-lərə baxılmayacaq.

Mənbə: boss.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.