İnsan Resursları üzrə Təcrübəçi tələb olunur

TəcrübəçiVakansiya: İnsan Resursları üzrə Təcrübəçi

İşəgötürən: Mazarina Trade Company

Təcrübəçi üçün tələblər

• Ali təhsil ;
• Yaş: 21-25;
• Yaxşı ünsiyyətqurma qabiliyyəti;
• İR sahəsi üzrə karyera qurmaq hədəfi;
• MS Office bilikləri;
• Öyrənməyə və inkişafa yüksək həvəs;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
• İş şəraiti:
• İş vaxtı: 09:00 –dan-18:00 dək;
• İstirahət günləri: Şənbə və Bazar;
• Əmək Müqavlisənin müddəti : 3 ay;
• Təcrübə ödənişlidir;
• Təcrübə müddətini uğurla keçən Təcrübəçi işlə təmin edilə bilər.

Qeyd

– MBA(İnsan Resurslar üzrə) və HR Təlimlərində iştirak edən nazmizədlərə üstünlük verilir

Müraciət etmək istəyən namizədlər CV-lərini  vacancy@mazarina.az / info@finstaff.az mail ünvanına mövzu hissəsinə “İnsan Resursları üzrə Təcrübəçi” qeyd edərək göndərə  bilərsiniz

Ünvan

Ələsgər Qayıbov 12/22 (Gülüstan Palace)
https://goo.gl/maps/HL5LGdg3mUpLr24e8
Yaxınlıqda yerləşən obyektlər:
-Rich Hotel ,Caspian Bussines Hotel,EuroHome Tikinti materialları bazarı və CONNECT.

Mənbə: jobsearch.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib

posted in: Qanun, Xəbər | 0

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib

Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məclləsinə dəyişiklik layihəsi müzakirə olunub.

Dəyişiklik Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi qaydalarının pozulması ilə bağlı cəzanın tələblərinin sərtləşdirilməsi ilə bağlıdır.

Məcəllənin 576-cı (Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi qaydalarının pozulması) maddəsində edilən dəyişikliyə əsasən, Azərbaycanda iş axtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən müfaviq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Azərbaycanda iş axtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan vətəndaşlarının xaricdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən toplanılmış informasiya ehtiyatlarına dair müfaviq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla elektron qaydada qarşılıqlı məlumat mübadiləsinin təmin edilməməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq edilir.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sərbəst mühasib dedikdə kim nəzərdə tutulur və onun vergi öhdəlikləri nədir?

posted in: mühasib, sual-cavab, Vergi, Xəbər | 0

Sərbəst mühasib dedikdə kim nəzərdə tutulur və onun vergi öhdəlikləri nədir?

Sual 1:
DSMF üzrə Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər – gəlirlərinin 20 faizi miqdarında; Əgər mən bir müəssisəyə xidmət müqaviləsi ilə ayda 1 dəfə mühasibat xidməti göstərirəm, mən nə qədər dsmf ödəməliyəm, bu günə kimi belə idi. (130*20%, sonra 180*20% gələn ildən inşallah xəbər var 200*25% olacaq), əslində məqsədim sərbəst mühasib dedikdə kim başa düşülür?
Sual 2:

Yeri gəlmişkən DSFM vergiyə aid olduqdan sonra 1 rüb hesabatı verdikdən sonra borc bildirişləri gəlir, halbuki sosial fondun nəzdinde olan zamanlarda artıq ödənişlərimiz üçün hər ay ödənilən vəsatiləri sistemdə görə bilmirik, nə elektron hökümətdə hesabatın içinde görünür nə də vergi sisteminde. Nə üçün?

Cavab:

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.5-ci maddəsinə əsasən vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Buna əsasən vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblərin gəlirləri olduğu halda həmin gəlirlərdən (həmin gəlirlərin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra) 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir.

Sərbəst mühasib dedikdə əmək müqaviləsi bağlamadan fərdi qaydada bir və ya bir neçə müəssisədə mühasibat xidmətinə rəhbərlik etmək, mühasibat uçotu əməliyyatları aparmaq, mühasibat uçotuna dair məsləhətlər vermək və mühasibat uçotu ilə bağlı digər işləri yerinə yetirmək hüququna malik şəxslər başa düşülür.

Əsas: “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi.
Mənbə: taxes.gov.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

E-qaimə tətbiqində bu dəyişikliklər tətbiq ediləcək

posted in: Vergi, Xəbər | 0

E-qaimə-faktura və e-vergi hesab-fakturalarının tətbiqi məsələləri ilə bağlı “dəyirmi masa”

Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə iqtisadçı ekspertlər və sahibkarların ictimai birlikləri arasında görüş keçirilir
İyunun 27-də Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində e-qaimə-faktura və e-vergi hesab-fakturalarının tətbiqi məsələləri, bu zaman ortaya çıxan problemlər və onların həlli yolları ilə bağlı “dəyirmi masa” işə başlayıb. Tədbirdə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri, iqtisadçı ekspertlər, sahibkarların ictimai birlikləri, “böyük dördlük” nümayəndələri, sahibkarlar və onların mühasibat uçotu məsələləri ilə məşğul olan əməkdaşları və mühasiblər iştirak edirlər.

Tədbirin açılışında çıxış edən Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov e-qaimə-fakturanın tətbiqi sahəsində mövcud vəziyyət barədə məlumat verib, vergi ödəyicilərinin bu sahədə rastlaşdıqları problemlərin həlli istiqamətində görülən işlər barədə danışıb.

Bildirib ki, e-vergi hesab-fakturası anlayışının Vergi Məcəlləsindən götürülməsi və vahid e-qaimə-fakturanın tətbiqi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi barədə təkliflər hazırlanır. O, həmçinin, vergi qanunvericiliyinə dəyişikliklər çərçivəsində yeni bir layhə kimi malların elektron alış aktının tətbiqinin planlaşdırıldığını da diqqətə çatdırıb.

Tədbirdə iqtisadçı ekspertlər, müxtəlif şirkətlərin nümayəndələri təcrübə zamanı ortaya çıxan problemlər və çətinliklər barədə fikirlərini bölüşüb, bu məsələlərin həlli ilə bağlı təkliflərlə çıxış ediblər.

Təkliflərə münasibət bildirən N.Şirinov qeyd edib ki, ekspert cəmiyyətinin və sahibkarlar təşkilatlarının təqdim etdiyi təkliflər əsasında vergi inzibatçılığında bir sıra dəyişikliklərin aparılması qərara alınıb. Artıq malları təqdim edən tərəf e-qaimə-fakturanı ləğv etmək istədikdə, alan tərəfə 5 (beş) iş günü ərzində münasibət bildirmək imkanı əldə edəcək.

Elektron qaimə fakturada malların “bar kodları”nı əks etdirən sütun əlavə ediləcək. Elektron qaimə tərtib edilən zaman malgöndərənin (satıcı) bank rekvizitlərinə dair məlumatları seçmək imkanı olacaq. Agentin həyata keçirdiyi əməliyyatlar e-qaimə-fakturada nəzərə alınacaq. E-qaimə bölməsində “Reyestr” üzrə axtarış zamanı bir günlük limit artırılacaq, həmçinin göndərilən paketlərdəki qaimə sayı çoxaldılacaq. Paket səhv göndərilibsə, paketin özünü ləğvetmə imkanı olacaq.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.