2019-cu ilin iyul ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, ödənilməli vergilər və sığorta haqqları barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

2019-cu ilin iyul ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər barədə

Y A D D A Ş

Gəlir və mənfəət vergisinin ödəyiciləri tərəfindən

      2019-cu ilin 2-ci rübü üzrə hesablanmış cari ödəmələr 2019-cu ilin iyul ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

 

2019-cu ilin iyun ayına görəvergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları

  • Əlavə dəyər vergisinin bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisinin bəyannaməsi,
  • Mədən vergisinin bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi

2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • 2019-cu ilin 2-ci rübünə görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları Sadələşdirilmiş verginin bəyannaməsi (daşınan və daşınmaz əmlak üçün icarə haqqı ödənildiyi halda 2 nömrəli Əlavə ilə birlikdə)  2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
  • 2019-cu ilin 2-ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla)

– 2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli

– 2019-cu ilin iyun ayı üzrə hesablanmış vergi  isə həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

2019-cu ilin 2-ci rübünə görə sığortaedənlər tərəfindən

  • Məcburi dövlət sosial sığortası üzrə rüblük  hesabat
  • İşsizlik sığortası üzrə rüblük hesabat

  2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli

–  2019-cu ilin iyun ayı üzrə hesablanmış sığorta haqları isə 2019-cu ilin iyul ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

  • 2019-cu ilin 2-ci rübünə görə vergi ödəyiciləri tərəfindən Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi 2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
  • Xüsusi notariusun gəlir vergisi bəyannaməsi 2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2019-cu ilin iyun ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
  • Dövlət rüsumu haqqında hesabat  2019-cu ilin iyul ayının 22-dək vergi orqanına təqdim edilməlidir (notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür).

 

Qeyd : 20.07.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixlərdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin və hesablanmış vergilərin ödənilməsinin son müddəti 22.07.2019-cu il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu işçilərin əmək haqlarının 50 faizini İşsizlikdən sığorta fondu maliyyələşdirəcək

posted in: Xəbər | 0

Yeni proqram əsasında işə qəbul olunan işçilərin əməkhaqlarının 50 faizini İşsizlikdən sığorta fondu maliyyələşdirəcək

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, işəgötürənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin göndərişi əsasında əmək müqaviləsi bağlayaraq müvafiq iş yerinə işə qəbul olunmuş işsiz şəxslərin əməkhaqqının 50 faizinin İşsizlikdən sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilməsi proqramında iştirak edə bilərlər.

Bu zaman əməkhaqqından tutulmaları da (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) həmin fond maliyyələşdirəcək.

Proqramda:

  • son 1 ildə fəaliyyətdə olan və müraciət tarixinə qədər yerinə yetirilməmiş vergi öhdəliyi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan;
  • son 1 ildə iş yerlərinin sayını azaltmayan (ixtisar etməyən və ya ləğv etməyən);
  • işçilərinin orta illik sayının 40 faizindən çoxunu sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər təşkil edən;
  • Vakansiya Bankına müvafiq məlumatları təqdim edən;
  • kiçik və orta sahibkarlıq subyekti hesab olunan və müflis elan edilməsi barədə müraciəti olmayan

işəgötürənlər iştirak edə bilər.

Proqramın icrası zamanı əlilliyi olan şəxslərə, gənclərə, cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.

Əməkhaqlarının maliyyələşdirilməsi nəzərdə tutulan iş yerləri üzrə vakansiyalar ən azı 3 ay əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində Vakansiya Bankına  təqdim edilməlidir.

2 ildən az olmayan müddətə bağlanan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının 50 faizinin maliyyələşdirilməsi işin xüsusiyyətindən asılı olaraq 3 (üc), 6 (altı), 9 (doqquz) ay və yaxud 1 (bir) il müddətində Razılaşmaya uyğun həyata keçirilir.

Proqramda iştirak etmək istəyən işəgötürənlər Dövlət Məşğulluq Xidmətinə  müraciət edə bilərlər.

Əlaqə telefonu: 596 37 59 Xəzər İsmayılov

e-mail: khazar.ismayilov@mlspp.gov.az

Mənbə: sosial.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Aktiv ƏDV ödəyicilərinin sayı məlum olub

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda vergi ödəyicilərinin sayı 13% artıb

Bu ilin iyun ayının 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1% artaraq 452 242 təşkil edib.
Vergilər Nazirliyindən verilən məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 40% artaraq 21 394-ə çatıb.
Cari ilin 1 iyun tarixinə aktiv hüquqi şəxslərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1% artaraq 71 930-a, aktiv fiziki şəxslərin sayı isə 12,2% artaraq 380 312-yə çatıb. Bu dövrdə hüquqi şəxs olan aktiv ƏDV ödəyicilərinin sayı 33,9% artaraq 17 610-a, fiziki şəxs olan aktiv ƏDV ödəyicilərinin sayı 78,2% artaraq 3784-ə çatıb. 2019-cu ilin 1 iyun tarixinə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,2% artaraq 145 377-ə çatıb.
Mənbə: apa.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyi proqnoz tapşırığına 10% artıq əməl edib

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi proqnoz tapşırığına 10% artıq əməl edib

2019-cu ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 milyard 139,3 milyon manat vergi səfərbər edilib, proqnoza 110,1% əməl olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3% və ya 239,9 milyon manat çox vəsait toplanıb.

Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ödənilən vergilərin 69 faizi qeyri-neft-qaz sektorunun, 31faizi neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının artımı proqnoza nisbətən 13,8 faiz, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 16,1 faiz (299,7milyon manat) təşkil edib.

Cəmi vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi 76,8 faizə yüksəlib. Qeyri-neft-qaz sektorunun özəl bölməsındən vergi ödəmələri 17,6 faiz artıb, onun qeyri-neft-qaz sektorundan vergi daxilolmalarda xüsusi çəkisi 77,3 faizə, cəmi vergi daxilolmalarında xüsusi çəkisi 53,3 faizə çatıb.

2019-cu ilin yanvar-may aylarında regionlardan vergi daxilolmaları 18,6 faiz artıb, regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 9,8 faizə yüksəlib.

Cari ilin iyun ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq452 242 təşkil edib. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 40 faiz artaraq 21 394-ə çatıb. Cari ilin 1 iyun tarixinə aktiv hüquqi şəxslərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1 faiz artaraq 71 930-a, aktiv fiziki şəxslərin sayı isə 12,2 faiz artaraq 380 312-yə çatıb.

Bu dövrdə hüquqi şəxs olan aktiv ƏDV ödəyicilərinin sayı 33,9 faiz artaraq 17 610-a, fiziki şəxs olan aktiv ƏDV ödəyicilərinin sayı 78,2 faiz artaraq 3784-ə çatıb. 2019-cu ilin 1 iyun tarixinə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,2 faiz artaraq 145 377-ə çatıb.

“Dövlət büdcəsinə vergi daxilolmalarının təmin olunması, vergitutma bazasının genişləndirilməsi, səmərəli vergi inzibatçılığının və vergi nəzarətinin həyata keçirilməsi, vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən irəli gələrək vergi uçotunun düzgün qurulması Vergilər Nazirliyinin əsas fəaliyyət istiqamətləridir.

2019-cu ilin əvvəlindən vergi yükünün azaldılması və yeni vergi güzəştlərinin tətbiqi ilə əlaqədar, “kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin mühüm hissəsinin “ağarması” və iqtisadiyyatda ilkin şəffaflaşma əlamətlərinin müşahidə edilməsi nəticəsində vergi daxilolmalarında istər proqnoz göstəriciləri, istərsə də ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artım olub.

Cari ilin yanvar-may aylarında vergi daxilolmalarının artım tempi (8,3 faiz) ÜDM-in nominal artım tempini (2,8 faiz), qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artım tempi isə (16,1 faiz) sektorda ÜDM-in nominal artım tempini (7,7 faiz) üstələyib. Aktiv ödəyicilərin, o cümlədən aktiv ƏDV ödəyicilərinin, qeydə alınmış obyektlərin (təsərrüfat subyektlərinin) sayının stabil artması, nağd hesablaşmalarda azalmanın müşahidə olunması, əmək müqaviləsi bağlanmış muzdlu işçilərin sayında və əməkhaqqı fondunda, habelə iqtisadiyyatın ayrı-ayrı sektorlarında dövriyyələrin yüksək artımı, o cümlədən könüllü vergi ödəmələrinin cəmi vergi daxilolmalarında xüsusi çəkisinin əhəmiyyətli dərəcədə yüksəlməsi vergi daxilolmalarına müsbət təsir edən amillərdir”, – Nazirliyin açıqlamasında deyilir.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.