» » » Vergiödəyicisinin artıq ödənilmiş vəsaitləri geri qaytarıla bilər

Vergiödəyicisinin artıq ödənilmiş vəsaitləri geri qaytarıla bilər

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Nazirlik rəsmisi: Vergiödəyicisinin artıq ödənilmiş vəsaitləri geri qaytarıla bilər

Vergi Məcəlləsində vergiödəyicilərinə verilmiş hüquqlardan biri də artıq ödənilmiş və ya tutulmuş vergi məbləğlərinin geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etməkdir. Bu hüquq yarandığı halda, vergiödəyicisi dərhal müvafiq vergi orqanına ərizə ilə müraciət etməklə artıq ödənilmiş vəsaitləri geri qaytara bilər.

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov vergiödəyicisinin səhvi ucbatından belə hallar baş verdikdə artıq ödənilmiş vəsaitin geri qaytarılması prosesinin Vergi Məcəlləsinin 87-ci maddəsinin tələblərinə əsaslanmalı olduğunu qeyd edib. Həmin maddəyə əsasən, vergiödəyicisi tərəfindən ərizə ilə vergi orqanlarına müraciət olunur və həmin vəsaitin qaytarılması 45 gün ərzində həyata keçirilir.

“Bundan başqa, artıq ödənilmiş vəsait vergiödəyicisinin öz istəyi ilə növbəti vergi öhdəliklərinin hesabına aid edilə bilər. Burada bir məqamı nəzərə çatdırmaq lazımdır ki, Vergi Məcəlləsinin 179-cu maddəsində, digər vergilərdən fərqli olaraq, əlavə dəyər vergisində (ƏDV) yaranmış artıq vəsaitlərin qaytarılması ilə bağlı xüsusi norma nəzərdə tutulub.

Bu norma ondan ibarətdir ki, əgər ödəyicinin dövriyyəsinin 50 faizdən çoxu vergiyə sıfır dərəcə ilə cəlb olunursa, bu halda ƏDV-dən yaranmış əlavə ödəmə vergiödəyicisinin ərizəsi təqdim edildiyi tarixdən 20 gün ərzində, digər hallarda isə ərizə təqdim olunduğu tarixdən 20 gündə, digər hallarda isə ərizə təqdim olunduğu tarixdən 4 ay ərzində qaytarılır”, – deyə o bildirib.

Mənbnə: azertag.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.