» » » Aliment öhdəlikləri barədə bilmədiklərimiz

Aliment öhdəlikləri barədə bilmədiklərimiz

posted in: Xəbər | 0
birbank biznes

AlimentAliment öhdəlikləri barədə bilmədiklərimiz


Boşanma işlərinin çoxalması və uşaqların maddi təminatının mühüm olması səbəbindən bu dəfəki yazıda aliment ilə bağlı yazmağı vacib hesab edirik.

Aliment və ya uşaqların saxlanması üçün vəsait ya tərəflərin razılığına əsasən, ya da məhkəmə qaydasında tutulur.

Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay

– 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi,

– 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi,

– 3 və daha çox uşağa görə isə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur.

Aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa,

– ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,

– yaxud onun qazancı və ya sair gəliri yoxdursa,

– habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

Aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.

Yekunda isə xatırlatmaq istərdik ki, 2019-cu ildə uşaqlar üçün yaşayış minimumu 160 manat müəyyən edildiyindən sabit pul məbləğində olan aliment də həmin həddə nəzərdə tutulur.

Qeyd: Sağlam bir cəmiyyətin təməli sağlam ailələrdir. Buna görə də hər bir uşaq ailəsi ilə birgə yaşamalıdır.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Aliment öhdəlikləri