Bu gün “Öz biznesinə başla” adlı onlayn seminar keçiriləcək

posted in: Xəbər | 0

Bu gün “Öz biznesinə başla” adlı onlayn seminar keçiriləcək

onlayn seminar Öz biznesinə başlaHörmətli Sahibkar!

Sizi, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkil etdiyi növbəti onlayn seminar-da iştirak etməyə dəvət edirik.
Belə ki, 07 may 2020-ci il tarixində saat 16:00-da geniş təcrübəyə malik Beynəlxalq Əmək Təşkilatının master təlimçisi Azad Rəhimov və ASK-nın Baş katib əvəzi Kristina Məmmədovanın moderatorluğu ilə “Öz Biznesinə Başla” mövzusunda canlı yayım təşkil olunacaq.

Canlı yayımda aşağıdakı məsələlərə toxunulacaq:
– Öz biznesinə kimlər başlaya bilər?
– Sahibkar olmaq üçün haradan başlamaq olar?
– ÖBBT proqramı nədir? Onun üstünlükləri nədir?
– Biznes planın əhəmiyyəti nədədir?
– Yaxşı biznes plan nədən ibarət olmalıdır?

Canlı yayımda iştirak etmək üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının facebook səhifəsini izləməyinizi xahiş edirik: facebook.com/sahibkarlar

Mənbə: ask.org.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

DGK-ya göndəriləsi lisenziyaların və icazələrin siyahısı müəyyənləşdi

posted in: Xəbər | 0

icazələr lisenziyalar DGKNazirlər Kabineti “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nı təsdiq edib.

Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin siyahısı” müəyyənləşib:

1. Lisenziyalar: 1.1. prekursorların idxalı, ixracı və tranzit nəql edilməsi; 1.2. təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması; 1.3. bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı.
2. icazələr: 2.1. təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasına, o cümlədən ölkə ərazisindən tranzit keçirilməsinə icazə;

2.2. dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılıq;

2.3. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə;

2.4. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə;

2.5. ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə;

2.6. ixrac məqsədli neft-qaz fəaliyyətinə görə güzəştləri əldə etmək üçün Azərbaycan Respublikasına idxal ediləcək avadanlıq və materialların siyahısının (idxal siyahısının) qeydə alınması;

2.7. zooloji kolleksiyaların yaradılmasına, zənginləşdirilməsinə, onlarla ticarətə, habelə Azərbaycan Respublikasına gətirilməsinə, onun hüdudlarından kənara göndərilməsinə və aparılmasına icazə; 2.8. kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazə (sertifikat);

2.9. ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatı;

2.10. idxal və istehsal olunan baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsi;

2.11. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamə;

2.12. bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı;

2.13. ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə;

2.14. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə;

2.15. standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat;

2.16. qida təhlükəsizliyi sertifikatı; 2.17. dərman vasitəsinin dövlət qeydiyyatı haqqında qeydiyyat vəsiqəsi;

2.18. dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə;

2.19. Birləşmiş Millətlər Təşkilatının “Psixotrop vasitələr haqqında” 1971-ci il tarixli Konvensiyasının 1-ci və 2-ci siyahılarında nəzərdə tutulmuş psixotrop maddələrin idxalına və ixracına icazə;

2.20. elektrik enerjisinin ixrac və idxal edilməsinə icazə; 2.21. xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsi; 2.22. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarış; 2.23. sənaye parkının qeydiyyat şəhadətnaməsi; 2.24. texnologiyalar parkının qeydiyyat şəhadətnaməsi; 2.25. texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsi; 2.26. sənaye, yaxud texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru, habelə investisiya təşviqi sənədi almış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənəd;

2.27. investisiya təşviqi sənədi; 2.28. malın mənşə ölkəsini təsdiq edən sertifikat; 2.29. mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsi;

2.30. sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Aprel ayının əvvəlindən kuryerlərə tələbat 4 dəfə artıb

posted in: Məqalə, Xəbər | 0

Aprel ayının əvvəlindən kuryerlərə tələbat 4 dəfə artıb.

kuryerlərə tələbatSelecty rekrutinq agentliyinin məlumatına görə, aprel ayının əvvəlindən koronavirusun yayılması təhlükəsi üzündən tətbiq olunan məhdudiyyətlər səbəbindən kuryerlərə tələbat dörd dəfə artıb, “Rossiyskaya qazeta” belə yazır.

Belə ki, kuryerləri əsas işəgötürənlər, qidaları yalnız çatdırılma ilə satışına icazə verilən ərzaq riteylerləri – barlar, restoranlar və ictimai iaşə obyektləridir.

Həmçinin məhdudiyyətlər dövründə bütün istiqamətlərdən olan İT mütəxəssislərinə də tələbat artıb. Rekrutinq agentliklərində belə yüksək ixtisaslı heyətin axtarışı üçün sifarişlərin həcmi 20 faiz artıb.

Selecty agentliyinin məlumatına görə, bu günlərdə böyük beynəlxalq şirkətlərdən biri onlayn satış kanalını inkişaf etdirə biləcək bir İT mütəxəssisinə bir milyon rubl maaş təklif edib.

Bundan əvvəl Beynəlxalq Əmək Təşkilatının mütəxəssisi Ernst Ekkehard koronavirus pandemiyasının əmək bazarına təsirindən danışmışdı. Onun sözlərinə görə, indi tibb işçilərinə, pərakəndə satış və çatdırılma sahələrində çalışanlara böyük tələbat var. Gələcəkdə bir çoxları rəqəmsal iqtisadiyyat, o cümlədən pərakəndə ticarət müəssisələri sahəsinə keçməyə çalışacaqlar. Bu isə öz növbəsində rəqəmsal texnologiya sahəsində çalışan mütəxəssislərə olan tələbatın artmasına gətirib çıxaracaq.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müxtəlif ölkələrdə “sosiallar”: yoxsula harada yaşamaq asandır? (1-ci hissə)

posted in: Xəbər | 0

sosial sosiallarMüxtəlif ölkələrdə “sosiallar”: yoxsula harada yaşamaq asandır?

1-ci hissə

20 il bundan əvvəl prezident Bill Klinton Respublikaçılar tərəfindən hazırlanmış müvəqqəti müavinət sistemində islahatlara ehtiyac duyan ailələrə (TANF) dair qanun imzalayıb, adi danışıq zamanı adətən bunu “welfare” (velfer-rifah) adlandırırlar.

Digər ingilis dilli ölkələrdən fərqli olaraq, Amerikada bu söz heç də tam şəkildə sosial təminatla bağlı deyil, onun konkret elementi ilə – aşağı gəlirli tənha valideynlərə birbaşa pul ödənişləri ilə assosiasiya olunur.

Beləliklə, bu sistem onun indiki görünüşünü qazandı.

Digər zəngin ölkələrlə müqayisədə bu, necə görünür? Kasıblığa yüklənmiş nəsillərə harada yaşamaq daha asandır: Amerika, Kanada, Fransa, Böyük Britaniya və yaxud Yaponiyada?

ABŞ

1996-cı ilə kimi maliyyələşdirməni ştatlar aparırdı, lakin, ödəniş etmək hüququna malik olan insanların kateqoriyaları və ümumiyyətlə, xərc maddələri federal hökumət tərəfindən müəyyən edilirdi.

“Pulun böyük hissəsi natamam ailələrə birbaşa əlavə pul ödənişlərinə gedirdi, – deyə büdcə siyasətinin prioritetlərinin hazırlanması Mərkəzinin baş elmi işçisi Liz Şot bildirir. –  Sonra vəsaitləri xərcləməyə qərar vermək üçün ştatlar böyük azadlıq qazandılar. Uşaqların müxtəlif peşə təhsili, qorunması və inkişaf proqramları üzrə, həmçinin övladlığa götürənlərə dəstək üzrə xərclər yüksəlib”.

Ümumiyyətlə, ayrılan vəsaitin həcmi inflyasiya nəzərə alınmaqla təxminən 1996-cı ilin səviyyəsindədir.

2015-ci ildə ümumi məbləğin orta hesabla 25% -i birbaşa ödənişlərə gedirdi, baxmayaraq ki, fondların bölüşdürülmə siyasəti ştatdan ştata çox fərqlənirdi.

Sosial asılılığı məhdulaşdırmaq məqsədilə 1996-cı il qanunu, işləyərək “welfare” (yardım) alan işçilərlə bağlı ştatlara olan tələbləri sərtləşdirdi. Pozuntu halında, ştatda cərimələr tətbiq olunur ki, bu da praktikada yardım alanların sayının azalmasına gətirib çıxarır.

“Sosial dəstək səviyyəsində ştatlar arasındakı fərq son dərəcə böyükdür”, – Liz Şot qeyd edir.

Ən tipik “welfare” iki uşağı olan tək valideyndir. Ən “kasıb” Missisipi ştatında hazırda belə ailə ayda 153 dollar, ən “səxavətli” Alyaska ştatında isə 642 dollar alır. Ölkə üzrə isə orta rəqəm 418 dollar dollar təşkil edir.

“Welfare”i həyatın boyu ümumilikdə beş il ərzində ala bilərsən.

ABŞ – da aztəminatlı insanlara digər yardım növləri də var – ərzaq kuponları, “Medikeyd” tibbi proqramı və əlillərə ödənişlər.

Son 20 ildə “Welfare” alanların sayı azalıb, ərzaq kuponları isə əksinə, artıb.


Müxtəlif ölkələrdə “sosiallar”: yoxsula harada yaşamaq asandır? (2-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun