“Qərar” nədir və necə yazılır?

posted in: Xəbər | 0

QərarQərar nədir və necə yazılır?

“Qərar” ərəb mənşəli çoxmənalı sözdür. Elmi ədəbiyyatda “qərar” sözünün 8 məna çaları olduğu göstərilir. Qərar sözünün ən geniş yayılmış mənası müəyyən bir məsələni müzakirə etdikdən sonra hamının və ya əksəriyyətin gəldiyi nəticədir. Dilimizdə “qərar” sözü ilə bağlı çoxlu ifadə yaranmışdır. Qərar vermək, qərar çıxarmaq, qərara gəlmək, qərarını dəyişmək və s. “Qərar” sözü fikir, mülahizə mənasında da işlənir. (onu qərarından döndərmək çətindir).

Qərarlaşmaq – sözləşmək, dilbir olmaq, söz vermək mənasında işlənir. “Qərar” hüquqi termin kimi də işlədilir. Dövlət orqanının və yaxud vəzifəli şəxsin öz səlahiyyəti dairəsində hüquqi nəticələr əmələ gətirən aktdır.

Qərarı Respublika rəhbərləri, Respublika hökuməti, icra hakimiyyətinin rəhbərliyi, idarə və müəssisələrin kollektiv orqanı qəbul edir.

Müzakirə edilən hər hansı bir məsələ ilə bağlı bir neçə qərar qəbul edilə bilər. Qərarı müəssisənin rəhbəri və ya iclasa sədrlik edən şəxs və katib imzalayır.

Nümunə

Azərbaycan Dillər Universitetinin Ümumi dilçilik və Azərbaycan dilçiliyi kafedraları Azərbaycan Aviasiya Akademiyasının müəllimi, kafedranın dissertantı Sevda Əliyevanın filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün «Azərbaycan dilində aviasiya terminləri» mövzusunda yazdığı dissertasiya işini müzakirə edərək qərara alır:

  1. Dissertasiya işini tamamlanmış hesab etmək olar.
  2. Çap edilmiş məqalələr dissertasiyanın ümumi məzmununu əks etdirir.
  3. Dissertasiyanın müdafiəsi üçün müəyyən tədbirlərin görülməsi

Universitetin rektorluğundan xahiş edilsin.


Bax: 


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hansı əmanətlər sığortalıdır?

posted in: Xəbər | 0

əmanətlərBu yazımızda yeni dəyişiklik edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” Qanundan irəli gələrək sığortalı əmanətlər barədə məlumat verəcəyik.

Əvvəla qeyd edək ki, yeni dəyişikliklərdən sonra 02.03.2016-cı ildən başlayaraq 4 il 9 ay müddətinə banklarda olan və Əmanətlərin Sığortalanması Fondu (Fond) tərəfindən müəyyən edilmiş dərəcələr üzrə faizdə qoyulmuş əmanətlər sığortalıdır.

Mövzu çərçivəsində qeyd etmək mümkündür ki, qorunan əmanətlər üzrə faiz dərəcəsi

– 01.07.2019-cu ilədək milli valyutada 15%

Xarici valyutada 3%

– 01.07.2019-cu ildən sonra isə milli valyutada 10%, xarici valyutada 2.5% olaraq yuxarı həddə müəyyən edilib.

Bu o deməkdir ki, qeyd edilən müddətlərdə müvafiq faiz həddində olan və əmanət müqaviləsində sığortalı əmanət kimi göstərilən əmanətlər adıçəkilən Fond tərəfindən sığortalanmışdır.

Bu hallarda Fond əmanətçiyə kompensasiya ödəmək öhdəliyi daşıyır:

– iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud

– qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və

– bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının nəzarət orqanı tərəfindən təsdiq edilməsi.

02.03.2016-cı il 4 il 9 ay müddətinə əmanətin məbləğindən asılı olmayaraq Fondun müəyyən etdiyi faiz həddində olan əmanətlərlə bağlı göstərilən hadisələr baş verərsə, Fond əmanəti tam həcmdə ödəmək öhdəliyi daşıyır.

Əmanətlərin tam sığortalanması müddəti bitdikdən sonra baş verən bu hadisələrdə isə 30 min manatadək olan hissədə sığortalanmış əmanətlər Fond tərəfindən kompensasiya olunur. Qalan hissədə isə əmanətçi məbləği bankdan tələb etməli olacaq.

Əlavə olaraq qeyd edək ki, şəxsin bir bankda yaxud filial və şöbələrində 1 neçə əmanəti olsa da, onlar göstərilən hadisələr zamanı 1 əmanət kimi toplanır və kompensasiya edilir. Bir neçə bankda olduqda isə ayrılıqda hesablanır. Əmanət üzrə faizlər isə hadisə gününə hesablanmış məbləğdə verilir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov

Bax:

Pul vəsaitlərinin uçotdan gizlədilməsi halları necə müəyyən edilir?

posted in: sual-cavab, Xəbər | 0

Pul vəsaitlərinin uçotdan gizlədilməsi halları necə müəyyən edilir?

pul vəsaitlərinin uçotdan gizlədilməsiSual: VM-nin 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir;

Burada pul vəsaitlərinin uçotdan gizlədilməsi və uçota alınmaması dedikdə, konkret hansı hallar nəzərdə tutulur?

Cavab: Bildiririk ki, nəzarət tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) mövcud olan malların və pul vəsaitinin uçotunu təsdiq edən uçot sənədlərinin və ya elektron faylların 1 iş günü ərzində vergi orqanının vəzifəli şəxsinə (şəxslərinə) təqdim edilməsi üçün vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə Vergi Məcəlləsinin 42-ci və 50.5-ci maddələri ilə müəyyən edilmiş qaydada dərhal Tələbnamə təqdim olunur.

Tələbnamə əsasında vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər (uçot sənədləri) qanunla müəyyən olunmuş müddət ərzində təqdim edildikdə, malların və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarının aşkar edilməsi məqsədi ilə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən tərtib olunmuş siyahı ilə vergi ödəyicisinin təqdim etdiyi təsdiqedici sənədlər (uçot sənədləri) üzləşdirilir. Üzləşdirmə nəticəsində malların və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması halları aşkar edildikdə, tərtib olunmuş siyahıda qeydlər aparılır.

Operativ vergi nəzarəti tədbiri zamanı malın (işin, xidmətin) satışından daxil olmuş pul vəsaitinin uçota alınmaması faktları aşkar edildiyi halda, həmin vəsait uçotdan gizlədilmiş pul vəsaiti kimi qiymətləndirilir və vergi ödəyicisinin uçot sənədlərində (NKA-ya mədaxil edilməklə və ya ciddi hesabat blankında əks etdirilməklə) bərpa edilir.

Əsas: Vergi Məcəlləsinin 42-ci və 50-ci maddələri, Azərbaycan Respublikasının Vergilər nazirinin 14.01.2020-ci il 2017040100044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalar

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyanın müxtəlif ölkələrində uşaq müavinətləri (2-ci hissə)

posted in: Xəbər | 0

uşaq müavinətləri müavinətDünyanın müxtəlif ölkələrində uşaq müavinətləri

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Uşaq doğulanda dövlət müavinət ödəməklə ailəni maddi cəhətdən dəstəkləyir. Hər bir ölkədə müavinətlərin miqdarı fərqlidir. Bəzi ölkələrdə, məsələn, BƏƏ və ya Küveytdə, ödəmələrin miqdarı çox yüksək olur. Bu da cütlüklərin çoxuşaqlı ailələrə üstünlük verməsini şərtləndirən əsas amillərdən birinə çevrilir. Lakin MDB ölkələri məkanında bunu söyləmək mümkün deyil. Çünki sözügedən ölkələrdə həmin müavinətlərin məbləği çox azdır və ya ümumiyyətlə yoxdur.

BƏƏ-də uşaqlara görə verilən müavinət

Ərəb əmirliklərində dövlət yerli əhali artımına böyük qayğı göstərir, belə ki, ailədə uşaq doğularkən verilən müavinət 50 000 dollardan 200 000 dollara kimi təşkil edir, əgər ailənin öz evi yoxdursa, onda alınan evin pulunu da dövlət ödəyir.

Norveçdə uşaqlara görə verilən müavinət

Bu ölkədə uşaq doğularkən 5 000 dollar birdəfəlik müavinət verilir, aylıq müavinətin həcmi isə 150 dollar təşkil edir.

Küveytdə uşaqlara görə verilən müavinət

Dövlət körpənin doğulmasına görə özünəməxsus müavinətlər icad edib. Uşağın anadan olmasından sonra valideynləri xüsusi şərtlərlə 240 000 dollar kredit götürə bilirlər. Həmin krediti isə ayda 20 dollar məbləğlə ödəmək mümkündür.

Avstraliyada uşaqlara görə verilən müavinət

Bu ölkədə uşaq doğulduqdan sonra birdəfəlik verilən müavinətin həcmi 3000 dollar, aylıq müavinətin məbləği isə 850 dollar təşkil edir.

Kanadada uşaqlara görə verilən müavinət

Kanadada uşaq altı yaşına çatana kimi verilən aylıq müavinət 388 dollar və 18 yaşına kimi verilən müavinət isə 328 dollar təşkil edir.

Çində uşaq müavinətləri

2016-cı ildən başlayaraq, ailələr 2 uşaq dünyaya gətirə bilərlər. Növbəti uşaq doğumlarına görə isə cərimə nəzərdə tutulub. Cərimənin miqdarı pozucuların valideynlərinin yaşadığı region sakinlərinin 8 orta illik gəlirləri qədərdir.

Hazırda bu ölkədə uşaq müavinətlərinin verilməsi nəzərdə tutulmayıb. Lakin, yaxın vaxtlarda ikinci uşağın doğumuna görə 2000 dollar həcmində müavinət verilməsi planlaşdırılır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun