DSMF-nin strukturunda növbəti dəyişiklik edilib

posted in: Xəbər | 0

DSMF-nin strukturunda növbəti dəyişiklik edilib

dsmfƏhaliyə xidmətin keyfiyyətinin artırılması və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda növbəti dəyişiklik edilib.

ƏƏSMN-dən verilən məlumata görə, bununla əlaqədar Xəzər və Pirallahı rayonları üzrə əmək şəraitinə görə güzəştli qaydada pensiya təyin edilmiş və əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən olunmaqla pensiya təyin edilmiş şəxslərin (dövlət qulluqçuları, xüsusi rütbəli şəxslər və b.) pensiya işləri DSMF-nin həmin rayonlar üzrə şöbələrindən Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə verilib.

Bununla əlaqədar həmin şəxslərə pensiya ödənişinin daha tez həyata keçirilməsi, yəni onların pensiyalarının 2020-ci ilin may ayından etibarən hər ayın 14-16 aralığında ödənilməsi təmin olunacaqdır.

Eyni zamanda Xəzər və Pirallahı rayonları üzrə qeyd edilən pensiyaçılar (güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərdən) pensiya məsələləri ilə bağlı bundan sonra Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edə bilərlər.

İdarənin ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti – 43; əlaqə nömrələri: (012) 563-55-46, (012) 563-55-47.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi ödəyicilərinin qəbulu başlayır

posted in: Vergi, Xəbər | 0

vergi ödəyicilərinin qəbuluVergi ödəyicilərinin qəbulu əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır

Hörmətli, vergi ödəyicisi!

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.

Aşağıdakı link vasitəsi ilə onlayn növbə tuta və ya öncədən tutulmuş növbəni ləğv edə bilərsiniz:

Onlayn növbəyə yazılmış şəxslər xidmət mərkəzinə yaxınlaşdıqda özləri ilə şəxsiyyət vəsiqələrini (Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və ya qaçqın vəsiqəsini) və ya Fiziki şəxsin uçotu haqqında şəhadətnaməni (Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə və s.), müraciət edən şəxs elektron xidmətin istifadəçisinin səlahiyyətli nümayəndəsi olduqda müvafiq qaydada təsdiq olunmuş etibarnaməni və onlayn növbəyə yazılma ilə bağlı elektron poçt ünvanına göndərilmiş bildirişi mərkəzin məsul şəxsinə təqdim etməlidirlər.

Nəzərinizə çatdırırıq ki, tibbi maskasız xidmət mərkəzinə müraciət edənlərin qəbulu həyata keçirilmir.

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etməyiniz xahiş olunur.

Əlavə olaraq bildiririk ki, 12 may 2020-ci il tarixdən vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyəti bərpa olunduğundan yeni koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülmüş tədbirlər çərçivəsində vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin müvəqqəti dayandırıldığı dövründə vergi ödəyicilərinin müraciətlərinin qəbulunun həyata keçirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilmiş telefon nömrələri və elektron poçt ünvanları vasitəsi ilə müraciətlərin qəbulu dayandırılır.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Sosial sığorta haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb

posted in: Xəbər | 0

Parlamentin iclasında “Sosial sığorta haqqında” Qanuna təklif olunan dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb

Sosial sığortaMilli Məclisin mayın 8-də keçirilən plenar iclasında “Sosial sığorta haqqında” Qanuna dəyişikliklərlə bağlı məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Qanuna təklif edilən dəyişikliklərə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının dərəcələri azaldılıb.

Qüvvədə olan Qanuna görə, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Hazırda minimum aylıq əməkhaqqı 250 manatdır.

Hazırda sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, yəni 125 manat, digər sahələrdə 25 faizi miqdarında, yəni 61-62 manat sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Layihəyə əsasən, bu il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahəsində 50 faizi deyil, 25 faizi, digər sahələrdə isə 25 faizi deyil, 15 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək. 2021-ci il 1 yanvardan 2026-cı il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək. Beləliklə, ərazidən asılı olaraq diferensial dərəcə tətbiq olunmaqla bərabər ticarət sahəsinə tikinti sahəsindən fərqli yanaşma tətbiq olunacaq.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV-nin geri qaytarılması

posted in: Vergi, Xəbər | 0

ƏDV-nin geri qaytarılmasıVergi Məcəlləsinə 1 yanvar 2019-cu ildən əlavə edilən 165.5-ci maddə ilə fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin geri qaytarılması müəyyən edilmiş, həmin proseduru tənzimləyən müvafiq qaydalar isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 21 mart 2020-ci ildə təsdiq edilmişdir. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15 faizini, nağd ödənişlərdə isə 10 faizini təşkil edir. İstehlakçıların bu hüquqdan istifadə etmək üçün alış-veriş edərkən diqqət yetirməli olduqları məqamlara Vəkillər Kollegiyasının üzvü, vergi hüququ üzrə ekspert Sirac Piriyev aydınlıq gətirib.

Əvvəlcə, ödənişin tərkibindəki ƏDV-ni müəyyən etmək qaydalarına diqqət yetirək:

  • ödənilən məbləğ x 18/118 = ödənilən ƏDV;
  • ödənilən məbləğ – (ödənilən məbləğ / 1,18) = ödənilən Əlavə Dəyər Vergisi.

İstehlakçıların alış-veriş edərkən diqqət yetirməli olduqları məqamlar isə bunlardır:

  • alıcı malları yalnız fiziki şəxs qismində əldə etməlidir;
  • malsatan mütləq ƏDV ödəyicisi olmalıdır. İri supermarket şəbəkələrinin, demək olar ki, hamısı ƏDV ödəyiciləridir;
  • alıcıya təqdim edilən nəzarət-kassa aparatı çekində malın sürətli məlumat kodu, başqa sözlə Fiskal ID və ya QR kod olmalıdır.

Qeyd edilən formada kassa aparatları yeni nəsil elektron kassa avadanlıqlarıdır ki, hazırda onların quraşdırılması prosesi sürətlə davam edir.

ƏDV-nin geri qaytarılması prosesi isə “edvgerial.az” portalı vasitəsilə həyata keçirilir. İstehlakçı həmin portalda şəxsiyyət vəsiqəsinin məlumatları və mobil nömrə ilə qeydiyyatdan keçərək alınan malın kassa çekinin üzərindəki tarixdən 90 gün ərzində çekdəki 12 saydan ibarət fiskal ID nömrəsini daxil etməklə çeki sistemə yükləyir. Bundan əlavə, çekin üzərindəki QR kodu “BirBank” mobil tətbiqi vasitəsilə oxutmaqla bu xidmətdən daha rahat yararlanmaq mümkündür.

İstehlakçının aldığı malı 14 gün ərzində dəyişdirmək və ya geri qaytarmaq hüququ olduğundan daxil edilən kassa çeki “gözləyən” statusunda qalır və həmin müddət başa çatdıqdan sonra aktivləşir. Sonradan isə məlumat müvafiq banka göndərilir və sonuncu tərəfindən 30 gün müddətində vəsait istehlakçıya qaytarılır.

Alınan malların dəyəri bonus, hədiyyə kartları, hədiyyə kuponları və s. ilə ödənildikdə, ödəniş avans şəklində olduqda, həmçinin geri qaytarılmalı Əlavə Dəyər Vergisi məbləği 0.01 manatdan aşağı olarsa (alış məbləği 0.66 manatdan aşağı) ödənilən ƏDV geri qaytarılmır və bu zaman daxil edilən çek üzrə sistemdə xəta əks olunur.

Əgər istehlakçı malı POS-terminal vasitəsilə nağdsız qaydada alırsa, həmin qurğunun nəzarət-kassa aparatına inteqrasiya olunub-olunmadığı dəqiqləşdirilməlidir. Olunmayıbsa, kassa çekindən əlavə, POS-terminaldan çıxarış da tələb etməlidir ki, ödənişin nağdsız qaydada həyata keçirildiyini təsdiqləyə bilsin.

Bəzən ödənilən məbləğ kassa çeki sistemə daxil edildiyi zaman əks olunan Əlavə Dəyər Vergisi məbləğinə uyğun gəlməyə bilər ki, bu da ƏDV-dən azad olan və ya Əlavə Dəyər Vergisi hesablanmayan malların əldə olunması ilə əlaqədardır.

İstehlakçı aldığı malı sonradan geri qaytararsa, satıcı həmin çeki sistemdə yoxlayır. İstehlakçıya ƏDV məbləği qaytarılmadıqda ödənilmiş məbləğ tam şəkildə, qaytarıldıqda isə ƏDV məbləği çıxılmaqla qalan məbləğ təqdim olunur.

Onu da qeyd edək ki, portala daxil edilən Əlavə Dəyər Vergisi məbləği elektron kabinet yaradılan zaman aktiv olan virtual “pul qabı”na yerləşdirilir. Həmin vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirməklə yanaşı, ölkədaxili bank kartlarına köçürmələr də etmək mümkündür.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun