Dövlət Vergi Xidməti ötən il 87 milyon manata yaxın mənfəət əldə edib

posted in: Xəbər | 0

orta aylıq əmək haqqıDövlət Vergi Xidməti ötən il 87 milyon manata yaxın mənfəət əldə edib.

2019-cu ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (keçmiş Vergilər Nazirliyi) 86 845 min manat mənfəət əldə edib.

Bu, 2018-ci ilə nisbətən 11,7% azdır.

Ötən il Dövlət Vergi Xidməti 121 482 manat və yaxud əvvəlki ilə nisbətən 5,5% az gəlir əldə edib. Bunun 121 472 min manat qeyri-birja əməliyyatlarından, 10 min manatı isə sair əməliyyatlardan əldə olunub.

Hesabat dövründə qurumun xərcləri isə 34 637 min manat və yaxud illik müqayisədə 14,8% çox olub. Bunun 18 363 min manatı əməkhaqqı və işçilərlə bağlı digər xərclər, 1 101 min manatı sərf edilmiş materialların dəyəri, 1 693 min manat amortizasiya xərcləri 13 480 min manatı sair əməliyyat xərcləri, 735 min manatı isə əmlakın ləğv edilməsi və yaxud əvəzsiz verilməsi üzrə xərclərdir.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏƏSMN-nin bu səlahiyyəti İqtisadiyyat Nazirliyinə verilir

posted in: Xəbər | 0

Mikayıl Cabbarov sahibkarlarAzərbaycan İqtisadiyyat Nazirliyi (İN) yeni inzibati protokol tərtib etmə səlahiyyəti alıb.

Bununla bağlı Prezident İlham Əliyev 7 may 2020-ci il tarixdə fərman imzalayıb.

Fərmanda deyilir,

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli 3.4-cü bəndində “dövlət büdcəsinə məcburi ödənişlər üzrə borclara münasibətdə Vergilər Nazirliyi, büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə borclara münasibətdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.1-ci bəndə “473.3” rəqəmlərindən sonra “, 477-1.1.7 (hər iki halda)” sözləri əlavə edilsin;

2.2. 4.33-cü bəndə “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra “, 477-1.1.7-ci maddəsində (hər iki halda) “orqan (qurum)” sözləri əlavə edilsin;

(burada iki qurum – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vergilər Nazirliyi nəzərdə tutulurdu, bir orqanla (İN) əvəzlənib.

2.3. 5.4-cü bənddə “477-1-ci” sözləri “477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci” sözləri ilə əvəz edilsin;

2.4. aşağıdakı məzmunda 5.58-1-ci bənd əlavə edilsin:

“5.58-1. həmin Məcəllənin 477-1.1.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır;”.

( Həmin bənd – 477-1.1.7. sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunu düzgün aparmamasına və bu barədə sığortaçıya hesabatı təqdim etməməsinə, sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanılmasını təmin etməməsinə görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.)

Mənbə: banker.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolmanın tətbiq edilməsi (DTA-03 Forması)

posted in: Vergi, Xidmət, Xəbər | 0

DTA-03 Forması azadolmaXidmətin adı: Beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı vergi dərəcəsinin qeyri-rezidentə münasibətdə tətbiq edilməsi (DTA-03 Forması).

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə (DTA-03 Forması)

– Qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı

– gəlirin ödənilməsinə əsas verən və gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu sübut edən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və s.) müvafiq qaydada təsdiq edilmiş (leqallaşdırılmış) surətləri Gəlirin növündən asılı olaraq, əlavə edilməli olan təsdiqedici sənədlər əsasən aşağıdakılardır:

– Göstərilmiş xidmətlərdən gəlir: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, müqavilə və ona əlavə sənədlər, işlərin görülməsi, xidmətlərin göstərilməsinin müddətini təsdiq edən sənədlər, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Dividend: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, iştirak payını təsdiq edən sənəd, dividendlərin bölüşdürülməsi barədə qərar, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Faiz: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, borc müqaviləsi, güzəştli vergitutmanın tətbiq edilməsi üçün hər hansı dövlət zəmanəti və ya resipientin dövlət və ya hökumət institutu olması tələb edilirsə, bu halları təsdiq edən sənədlər, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Royalti: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, royalti obyekti olan hüquq və ya əmlakdan istifadə hüququnun verilməsi haqqında müqavilə, müqavilənin obyekti olan hüquq və ya əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Beynəlxalq daşımalardan gəlir: daşıyıcının beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyini təsdiq edən sənəd, nəqliyyat vasitəsi özünün olmadığı halda, onun icarəyə götürülməsini, marşrutu, mövcud olduğu halda yüklərin daşınmasını təsdiq edən yol sənədləri (CMR, uçuş icazəsi, liman sənədləri və s.), habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Digər gəlirlər: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, gəlirin əldə edilməsi hüququnu təsdiq edən sənəd, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 24-cü maddəsi

– VN Kollegiyasının 12.06.2017-cü ilə tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələri, MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİnin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri Beynəlxalq vergitutma və vergi monitorinqi departamentinin rəyi əsasında

İcra müddəti:

Sənədlər daxil olduğu gündən sonra 20 iş günü – əlavə araşdırılmasına vaxt tələb edildikdə 20 iş günü.

Xidmətin nəticəsində təqdim edilən sənədlər: Razılıq məktubu.

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi sistemlərinin inkişaf tarixindən 27 dərs (3-cü hissə)

posted in: Vergi, Xəbər | 0

vergi sistemiVergi sistemlərinin inkişaf tarixindən 27 dərs

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Böyük imperiyaların vergilərlə özlərini məhv etdiyi tezisi getdikcə daha çox təsdiqini  tapır. Vergilər çox vaxt böyük sosial partlayışlara  gətirib çıxaran bir qığılcım idi. Alimlərdən birinin rəyinə görə, Mayya sivilizasiyasının çöküşü, sakinlərinin vergilər üzündən cəngəlliklərə  qaçmasıdan  sonra başlanmışdı. Gəlin baxaq görək, vergitutmanın çoxəsrlik tarixi bizə hansı dərslər verir.

Budur, vergi sistemləri və sivilizasiyaların inkişafı tarixindən əsas dərslər:
  1. Vergilər digər səbəblərdən daha çox inqilablara gətirib çıxarıb. Əgər dövlətdə vergilər ağılla tətbiq olunursa, insanlar çox nadir hallarda qiyam qaldırır və hakimiyyətə qarşı çıxırlar.
  2. Müdrik hökmdar səmərəli vergi sistemini heç vaxt dəyişdirmir. Əgər sizə kəskin şəkildə vacibdirsə (Meksikada Kortes kimi), sosial qaydaları vurub-dağıdın. Amma effektiv işləyən vergi sisteminə heç vaxt toxunmayın, onu dağıtmayın.
  3. Müharibə vergilərin və vergi tariflərinin yüksəlişinə gətirib çıxaran əsas səbəbdir. Müharibə bitdikdən sonra da bir çox hökumətlər yüksək vergi yükünü qoruyub saxlamağa cəhd edirlər.
  4. Vergi yükünün artırılması, vergilərdən yayınma prosesinin intensivliyinə gətirib çıxarır.
  5. Əgər vergidən yayınma ictimai normaya çevrilibsə, bu bəlanı düzəltmək çox çətin olur.
  6. Vergilərdən yayınma heç də həmişə şər kimi qəbul olunmamalıdır. Belə hərəkətlər çox vaxt zorakılıq və qiyamdan özünəməxsus mühafizəedici klapan rolunu oynayır.
  7. Hökumətlər “varlıları son qəpiyinə kimi soymaq lazımdır” prinsipi ilə hərəkət etməyə başlayan kimi böyük sərvərt dərhal yoxa çıxır. Zənginlərin həmişə vergi ödəməkdən yayınmaq yolları var.
  8. Gəlir vergisi zənginliyə görə vergiləri əvəzlənmənin korlanmış, çürümüş üsuludur. Çünki insan nə qədər zəngindirsə, o qədər də vergiləri ödəməkdən qaçmaq asan olur. İnsanın kapitalının həcmi və ödəmə qabiliyyəti, gəlir vergisi üçün vergi tutulan bazası ilə birbaşa əlaqəli deyil.
  9. İnsanlar vergilərə aşağıdakı üsullarla müqavimət göstərirlər: 1) mövcud mühasibat uçotu və qanunvericilik təcrübəsi ilə qanuni vergidən yayınma; 2) əgər belə davranış forması mümkün deyilsə, deməli, vergi ödənişindən qanunsuz olaraq yayınmaq və ya başqa vergi yurisdiksiyasına keçmək üçün istifadə olunur; 3) qiyam; 4) nəhayət, başqa bir alternativ yoxdursa, insanlar təhkimçiliyə keçirlər, təhkimçilik olduqca yüksək vergitutmadan qurtulmanın yeganə mümkün formasıdır.
  10. Mütərəqqi vergi dərəcələri heç bir prinsipə və ya standarta əsaslanmır. Onlar tez bir zamanda özlərini geniş seçki dəstəyi ilə təmin edə bilməyən varlıların kiçik bir qrupuna qarşı sərt təzyiq üsuluna transformasiya olunurlar.

    Teleqram qrupumuza üzv olun



    Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

    Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

    Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun