Auditorlar Palatası bu gun vebinar keçirəcək

posted in: Xəbər | 0

Auditorlar Palatası vebinarAuditorlar Palatası tərəfindən 2020-ci il 08 may tarixində saat 12:00-da “Koronovirusun auditə təsiri” ilə əlaqədar növbəti vebinar keçiriləcəkdir.

Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü olan auditor təşkilatlarına və sərbəst auditorlara pandemiya şəraitində Auditorlar Palatasında keçiriləcək növbəti vebinar barədə

Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 2020-ci il 08 may tarixində saat 12:00-da auditor təşkilatlarına və sərbəst auditorlara növbəti distant vebinar keçiriləcək və eyni qayda ilə saat 11:30-da link elektron poçt vasitəsi ilə sizə göndəriləcək.

Xahiş edirik ki, həmin vaxtda vebinarın işinə qatılasınız və “Koronovirusun auditə təsiri” ilə bağlı təklif və tövsiyələrinizi verəsiniz.

(Əlaqələndirici şəxslər: İşçi Qərargahın üzvləri, Vasif Cavadov – 050-612-04-73; 012-564-80-62; Fəqan Qarayev-055-727-74-77; Nəcəf Talıbov-050-330-55-22)

Azərbaycan Respublikasının Auditorlar Palatası

Mənbə: audit.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qeyri-rezidentin əldə etdiyi gəlirə azadolma tətbiq edilməsi Ərizəsi (DTA-03 Forması)

posted in: Vergi, Xidmət, Xəbər | 0

azadolma tətbiq edilməsiXidmətin adı: “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə (DTA-03 Forması).

Tələb olunanlar: – VN tərəfindən verilmiş gücləndirilmiş elektron imza.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 24-cü maddəsi

– VN Kollegiyasının 12.06.2017-cü ilə tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.etaxes.gov.az)

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələri, MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİnin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri Beynəlxalq vergitutma və vergi monitorinqi departamentinin rəyi əsasında

İcra müddəti: Sənədlər daxil olduğu gündən sonra 20 iş günü – əlavə araşdırılmasına vaxt tələb edildikdə 20 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: Razılıq məktubu

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda əlillik qrupları ləğv edilir

posted in: Xəbər | 0

Azərbaycanda əlillik qrupları ləğv edilir

əlillik qrupları

Azərbaycanda əlillik qruplarının ləğv edilməsi təklif olunur.

Bununla bağlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliklə qanunvericilikdə I qrup əlillik ifadəsi – I dərəcəli əlillik, II qrup əlillik ifadəsi – II dərəcəli əlillik və III qrup əlillik ifadəsi isə III dərəcəli əlillik ifadəsi ilə əvəz edilir.

Qanunda əlillik dərəcələri üzrə meyarlara da dəyişiklik olunacaq.

Qanuna dəyişiklik layihəsi yaxın vaxtlarda Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

posted in: Xəbər | 0

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

vakansiyalarMaddə 2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11,

maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; Azərbaycan Respublikasının 2020-ci il 17 mart tarixli 27-VIQD nömrəli Qanunu) 477-1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 477-1.1.1-ci, 477-1.1.3-cü və 477-1.1.6-cı maddələr ləğv edilsin;

2.2. 477-1.1.7-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:

“477-1.1.7. sığorta haqqının hesablanmasını və uçotunu aparmamasına, hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat verməməsinə, habelə sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanılmasını təmin etməməsinə görə – ”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2020-ci il .

Mənbə: president.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun