Daha çox8
Daha çox8

Sosial yardımın müddəti azaldılacaq

posted in: Xəbər | 0

sosial yardımAzərbaycanda sosial yardım 1 il müddətinə təyin ediləcək

Azərbaycanda sosial yardımın təyin olunması müddəti 2 ildən 1 ilə endirilir.

Bununla bağlı “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 8-ci maddəsinə (Sosial yardımın təyin olunması müddəti) dəyişiklik təklif edilir.

Dəyişikliklə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq.

Qanunun mövcud varinatında isə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin yaxın günlərdə keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nə istədiyinizi bilmirsinizsə, peşə seçimi necə olmalıdır? (2-ci hissə)

posted in: Xəbər | 0

peşə seçimiNə istədiyinizi bilmirsinizsə, peşə seçimi necə olmalıdır?

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Bu gün insan həyatında ən vacib seçim – peşə seçimi barəsində danışaq. Bu seçimə, xüsusən də uşaqlarınıza aid olduqda, çox məsuliyyətlə yanaşmalısınız. Və burada giriş məlumatları çoxdur.

Peşə seçimi həyatda müvəffəqiyyətə təsir etmir!

16 ildən çox böyük biznesdə işləmişəm, böyük kollektivləri idarə etmişəm, yüzlərlə adamı işə qəbul etmişəm. Və işdən çıxarmışam, bir çox uğurlu karyeraların inkişafını müşahidə etmişəm. Və bir sirr olaraq sizə deyim ki, dəyərləndirmələr heç kimə lazım deyil!

Karyerasında və həyatlarında uğura bilirsinizmi kimlər imza atır? Pula görə deyil,öz maraqlarına görə işləyirlər. O adamlar ki, peşəyə həvəslidirlər, qabaqcıl təcrübəyə sahibdirlər. O şəxslər ki, onlara həyatlarında uğur qazanmağa imkan verən enerji var və keyfiyyətlər və bacarıqlar inkişaf edib. Bunları isə məktəbdə və ya universitetlərdə öyrətmirlər!

Təhsil müəssisəsinə daxil olmaq üçün böyük miqdarda pulu atmağa dəyməz

Yuxarıda deyilənləri bir daha oxuyun. Bahalı ali məktəbə qəbul olunmaq üçün borca girmək, 10 yerdə işləməyinə dəyməz. O işdən yapışın ki, ürəyinizcə olsun və sizə əzab verməsin. Təkrar edirəm, bu həyatda heç bir uğura zəmanət verilmir.

Təhsil haqqı ödəmək üçün kreditə və borca girməyin

Bunu uzun-uzadı şərh etməyəcəm. Sizə bir daha yuxarıda yazılanları oxumağı tövsiyə edirəm.

Soft skillis-ə (çevik bacarıqlar) sərmayə yatırın

Ali riyaziyyat, statistika və ya dünya iqtisadiyyatından yaxşı qiymətlər mühümdür, lakin, aşağıda qeyd edəcəyim bacarıqlar daha əhəmiyyətlidir: danışıqlar aparmaq, öz nöqteyi-nəzərini müdafiə etmək, ticarət etmək, danışıqlar aparmaq və ən faydalı şərtləri əldə etmək, öz vaxtını, işini və pullarını təşkil etmək, öz həmkarların və müştərilərlə (iş üzrə) normal kommunikasiya qurmaq, eşitmək və qulaq asmaq, öz səhvlərini qəbul etmək və s. Məktəblərdə və universitetlərdə öyrədilməyən məhz, bu bacarıqlar karyera və həyat yolunda uğur qazanmağa kömək edəcəkdir.

Tələbələr öz təhsillərində iştirak etməlidirlər

Valideynlərə… Biz, insanlar elə təşkil olunmuşuq ki, asan yolla bizə çatanları dəyərləndirmirik. Və zamanımıza, işimizə qoyulan “qan və təri”, pullarımızı isə çox yüksək dəyərləndiririk. Ona görə, əgər istəyirsinizsə ki, uşağınız bu qədər əziyyət çəkdiyiniz işlərə məsuliyyətsiz yanaşmasın deyə, onu da həmin işlərdə iştiraka cəlb edin. “Qoy hələ oxusunlar, sonra işləyərlər” və ya “uşaqlarım mənim kimi əziyyət çəkməməlidir, qoy oxusunlar” kimi deyimləri bir kənara qoyun – belə etməsəniz, bu, öz uşaqlarınızdan birbaşa nankor övladlar yetişdirmək üsuludur.

İşləyərək oxuyan tələbələrin, işləməyənlərdən daha bacarıqlı və dərsə daha vicdanlı yanaşmaları barədə çoxsaylı tədqiqatlar mövcuddur.

İngilis dili

Müasir insanın həyatında ən dəyərli fənlərdən biri ingilis dilidir. Bu dil ona görə lazım deyil ki, ildə 1-2 dəfə məzuniyyətdə olarkən, “bu neçəyədir” kimi kəlmələri işlədəsən. İngilis dili insanlar arasında sərhədləri aradan qaldırır, belə ki, siz dünya elmlərinə çıxış əldə edirsiniz, karyera imkanlarını, əmək haqqınızı yüksəldirsiniz (statistikaya görə 30%) və bu dil bir çox digər imkanlar yaradır.

İstedadlar, qabiliyyətlər, bacarıqlar, maraqlar və hobbi

Elə bir peşəni seçmək lazımdır ki, o təbii istedad, qabiliyyətlər, maraqlar, əldə edilmiş bacarıqlar və hətta hobbidən ən yaxşı şəkildə istifadə edə bilsin! Yalnız o zaman siz prosesdən həzz alacaqsınız və uğurlar (həyatınızda və karyeranızda) əldə edəcəksiniz, yalnız bu yolla sizin motivasiyanız illər keçsə də aşağı düşməyəcək. Nümunə: insanlarla yaxşı ünsiyyət qura və onları inandıra bilirsinizmi? Belədirsə, ola bilsin ki, mühasib peşəsi sizə lazım olan bir peşədir.

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda onlayn seminar Keçiriləcək

posted in: Xəbər | 0

Əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda onlayn seminar Keçiriləcək

Hörmətli Sahibkar!

Sizi, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüsü və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin dəstəyi ilə 12 may 2020-ci il tarixində saat 16:00-da “Əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda təşkil olunacaq onlayn seminarda iştirak etməyə dəvət edirik.

Seminar Əməyin sosial-hüquq məsələləri üzrə nəzarət sektorunun müdiri Elşən Tağıyev və Əmək müqavilələri bildirişlərinin qeydiyyatına nəzarət sekorunun müdiri Aynurə Tağıyevanın moderatorluğu ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının Facebook platforması üzərindən yayımlanacaq.

Təlimdə aşağıdakı məsələlərə dair şərhlər veriləcəkdir:
• Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminədaxil edilməsi qaydaları;
• Əmək müqaviləsinə xitam verilməsinin əsasları və rəsmiləşdirilməsi qaydaları;
• İş vaxtının rejimi və onun tənzimlənməsi qaydaları, işçilərin istirahət və məzuniyyət hüququ;

Canlı yayımda iştirak etmək üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının facebook səhifəsini izləməyinizi xahiş edirik: facebook.com/sahibkarlar

Mənbə:ask.org.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İdxal-ixrac əməliyyatları üzrə sənədləşməyə dair xərclərin və vaxtın optimallaşdırılması üzrə müzakirələr aparılıb

posted in: Xəbər | 0

İdxal-ixrac əməliyyatları üzrə sənədləşməyə dair xərclərin və vaxtın optimallaşdırılması üzrə müzakirələr aparılıb

gömrükDövlət Gömrük Komitəsində (DGK) biznes mühitinin əlverişliliyinin daha da artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə “Xarici ticarətin aparılması” indikatoru üzrə icra olunmalı tədbirlərə dair onlayn iclas keçirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, iclasda Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov və müvafiq idarələrin rəisləri iştirak ediblər. İ.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkəmizdə makroiqtisadi sabitlik və iqtisadi dayanıqlılıq təmin edilib. Son illər bütün sahələrdə, o cümlədən gömrük sistemində aparılan uğurlu islahatlar əlverişli biznes mühitinin yaradılması, beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin olunmasına şərait yaradıb.

O qeyd edib ki, bütün dünyada koronavirus pandemiyası iqtisadiyyata təsirsiz ötüşməyib. Koronavirusun təsiri ticarət dövriyyəsində azalmalara da səbəb olub. Buna baxmayaraq, Prezident İlham Əliyevin yeni vəziyyətə çevik və adekvat reaksiyası nəticəsində pandemiyanın ölkəmizə vura biləcəyi zərərlər minimuma endirilib, qabaqlayıcı tədbirlər görülüb. Məhz belə addımlar sayəsində bu gün Azərbaycan pandemiya ilə mübarizədə daha az zərərlə üzləşən ölkə kimi qəbul edilir.

Komitə sədrinin birinci müavini onu da bildirib ki, koronavirusla əlaqədar ölkəmizin bütün sərhədlərində sərnişinlərin və yüngül minik nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulsa da, idxal-ixrac əməliyyatları və tranzit yükdaşımaları maneəsiz həyata keçirilir. Pandemiyaya qarşı mübarizədə fədakarlıq göstərən gömrük əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyətlərini davam etdirirlər.

Sonra biznes mühitinin əlverişliliyinin daha da artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə “Xarici ticarətin aparılması” indikatoru üzrə icra olunmalı tədbirlərdən bəhs edən İ.Hüseynov “Yaşıl dəhliz” buraxılış sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi barədə fikirlərini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd olunub ki, aşağı risk qrupu və sadələşdirilmiş buraxılış qaydalarına əsasən, ixrac və idxal üzrə sərhəd-keçid vaxtının azaldılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi həm gömrük orqanları, həm də biznes subyektləri üçün vaxt və vəsaitə qənaət baxımından əlverişli imkanlar yaradacaq.

İclasda idxal-ixrac əməliyyatları üzrə sənədləşməyə dair xərclərin və vaxtın optimallaşdırılması istiqamətində müvafiq işlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub, qanunvericilik və inzibatçılıq qaydaları barədə sahibkarların təlimlərə, o cümlədən onlayn treninqlərə cəlb edilməsi məsələlərinin intensivləşdirilməsi ilə bağlı konkret tapşırıqlar verilib.

Həmçinin gömrük təmsilçiliyi institutunun formalaşdırılması, gömrük təmsilçilərinin peşə biliklərinin artırılması istiqamətlərində görülən işlər barədə də müzakirələr aparılıb. Eyni zamanda, “Xarici ticarətin aparılması” indikatoru üzrə icra olunmalı tədbirlərdən ən əsası – broker xidmətləri xərclərinin optimallaşdırılması məsələləri də müzakirə olunub və komitənin aidiyyəti qurumlarına gömrük təmsilçiliyi fəaliyyətini həyata keçirən şirkətlərlə bu istiqamətdə iş aparılmasına dair tapşırıqlar verilib.

error: Content is protected !!