Banklarla bağlı şikayətlərinizi bu qaynar xəttə zəng etməklə bildirə bilərsiniz
Banklarla bağlı şikayətlərinizi bu “qaynar xətt”ə zəng etməklə bildirə bilərsiniz
Mərkəzi Bankın “966” “qaynar xətt”inin iş rejimi gücləndirilib.
Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankının (AMB) inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə salınması ilə əlaqədar bankda fəaliyyət göstərən “qaynar xətt”in iş rejimi gücləndirilib, operatorların sayı artırılıb, iş günlərində “qaynar xətt”in fasiləsiz iş qrafiki təmin edilib.
AMB-dən bildirilib ki, banklarla bağlı hüquqi və fiziki şəxslərin şikayət və sorğularının cavablandırılması imkanlarının genişləndirilməsi və operativliyinin artırılması məqsədilə Mərkəzi Bankın “966” “qaynar xətti” istifadəyə verilib. Həmçinin Mərkəzi Bank tərəfindən respublika ərazisində fəaliyyət göstərən banklara inzibati binalarında (filial, şöbə) “966” “qaynar xətti” barədə məlumat lövhəsinin yerləşdirilməsi barədə göstəriş verilib. Buna əsasən, hüquqi və fiziki şəxslər banklar tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu hallarla, həmçinin Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə məlumat və sorğu xarakterli müraciətlərlə bağlı Mərkəzi Bankın “966” “qaynar xətti”nə zəng edə bilərlər.
Mərkəzi Bankın “966” “qaynar xətti” iş günləri hesab edilən bazar ertəsi – cümə günləri saat 09:00-dan 18:00-dək zəngləri qəbul edir. Eyni zamanda, müraciətlərin qəbulu və onların icra vəziyyəti ilə bağlı vətəndaşların məlumatlandırılması +99412 493-50-58 və +99412 493-11-22 telefon nömrəsi vasitəsilə həyata keçirilir.
Mənbə: azertag.az

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev koronavirus pandemiyasının əmək və məşğulluq sahəsinə mənfi təsirinin azaldılması, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində Azərbaycanda aparılan işlər barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Təlim Mərkəzinin əməkdaşı Bertrand Momoya video müsahibə verib.
Pandemiya həm miqyasına, həm də müddətinə görə artdıqca, subyektlər ümumi iqtisadi tənəzzüllə bağlı şərtləri hiss edirlər. Bura, maliyyə bazarının dəyişkənliyi və eroziyası, kreditləşmənin pisləşməsi, likvidlik problemləri, dövlət müdaxiləsinin daha da gücləndirilməsi, işsizliyin artması, istehlakçıların diskresion xərclərinin əhəmiyyətli dərəcədə azaldılması, ehtiyatların səviyyəsinin artırılması, tələbatın azalması, işdən çıxarılma və məzuniyyət və digər restrukturizasiya tədbirləri daxildir. Bu halların qorunub saxlanması müəssisənin maliyyə nəticələrinə uzunmüddətli mənfi təsir göstərə biləcək daha geniş iqtisadi tənəzzülə səbəb ola bilər. Hazırda Maliyyə Hesabatlarının Beynəlxalq Standartları fokusunda mühasibat uçotunun bir sıra əsas aspektləri müzakirə olunur. Bu da COVİD-19 pandemiyası nəticəsində baş verə bilər.
Mühasibat uçotu və onun əsas prinsipləri