Audit şirkətləri də bankların maliyyə vəziyyətlərini təhrif ediblər

posted in: Xəbər | 0

Audit şirkətləri də bankların maliyyə vəziyyətlərini təhrif ediblər

qaynar xətt“Banklar ilə bərabər, kənar audit şirkətləri də bankların maliyyə vəziyyətlərini təhrif ediblər.

Bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

“Biz bununla kəskin mübarizə aparacağıq. Təşkilatın maliyyə vəziyyəti olduğundan yaxşı göstərilməməlidir. Biznes və əhali düzgün maliyyə göstəricilərinə baxıb bankı seçməlidir”,- Elman Rüstəmov qeyd edib.

Mərkəzi Bank lisenziyası ləğv edilmiş bankların prudensial və statistik hesabatları davamlı olaraq təhrif etdiklərini bir neçə gün öncə açıqlamışdı.

Mənbə: marja.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi güzəştləri ticarət mərkəzləri üçün əlavə imkanlar yaradacaq

posted in: Xəbər | 0

vergi güzəştləriVergi güzəştləri ticarət mərkəzləri üçün əlavə imkanlar yaradacaq.

Ölkəmizdə karantin rejimi tətbiq edildiyi gündən “mall” və ticarət mərkəzlərinin fəaliyyətinin məhdudlaşdırılması zərurətdən irəli gəlib: həmin sahələr insanların kütləvi toplaşma məkanıdır.

Bu gün “mall”arda təkcə ticarət müəssisələri deyil, iaşə obyektləri, kinoteatrlar və bir sıra xidmət sahələri yerləşir. Pandemiya ilə mübarizə çərçivəsində məhdudlaşdırma həmin məkanlarda fəaliyyət göstərən şəxslərin maliyyə vəziyyətinə təsirsiz ötüşməyib. Ümumilikdə həmin sahələrdə hansı problemlər mövcuddur?

Mövzunu şərh edən iqtisadçı ekspert Rəşad Əliyev bildirib ki, bu sahədə problemlər iki qrupa bölünür: “Bir qrup problemlər “mall” və ticarət mərkəzlərinin özlərinin düşdüyü durumla bağlıdır. Həmin obyektlər işləmədiyindən icarə haqlarının yığımı mümkünsüz olub. Nəzərə almaq lazımdır ki, qarşıdan postkarantin dövrü gəlir və həmin obyektlər açıldıqdan sonra dövriyyələr tədricən bərpa olunacaq və onda icarə haqlarının həcminə yenidən baxılmasına ehtiyac olacaq.

İkinci qrup problemlər isə “mall” və ticarət mərkəzlərində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərlə – sahibkarlarla bağlıdır. Problemlərin bir hissəsini artıq dövlət öz üzərinə gütürüb. Bura əməkhaqqı ödənişləri ilə bağlı dövlət dəstəyini və fərdi sahibkarlara verilən birdəfəlik ödənişləri aid etmək olar.

Növbəti addım isə Vergi Məcəlləsinə pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün müvafiq güzəştlərin verilməsini nəzərdə tutan əlavələrin edilməsidir.

“Mall” və ticarət mərkəzləri 2020-ci il üzrə əmlak və torpaq vergilərindən azad olunurlar. Əsas vəsaitlərin dəyəri şəffaf göstərilən “mall” və ticarət mərkəzlərində əmlak vergisinin həcmi əhəmiyyətli məbləğ təşkil edir. Bundan əlavə, həmin şəxslər mənfəət vergisi üzrə 75 faiz güzəşt əldə edəcəklər. Bu güzəştlərin verilməsi qarşılığında qanunvericilikdə əlavə şərtlər göstərilməyib. Lakin dövlət bu güzəştləri verərkən nəzərə alır ki, bunun qarşılığında mərkəzlər həm xərclərini azaldacaqlar, həm də onların icarədarlara əlavə güzəştlər etmək imkanları artacaq.

Həmin mərkəzlərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri də vergi güzəştləri və tətillərindən yararlana biləcəklər. Sadələşdirilmiş vergi ödəyicisi olan iaşə obyektləri həmin vergi üzrə 50 faizlik güzəşt alacaqlar. 8 faiz dərəcəsi ilə vergi ödəyən şəxslər 4 faiz, 2 faizlə (dövriyyəsi ardıcıl 12 ay ərzində 200 min manatdan az olan şəxslər) ödəyənlər isə 1 faiz dərəcəsi ilə ödəyəcəklər. Sadələşdirilmiş vergi ödəyicisi olmayan, mənfəət vergisi rejimində fəaliyyət göstərən iaşə obyektləri isə mənfəət vergisi üzrə 75 faiz güzəşt əldə edəcəklər.

Maraqlı məqam odur ki, ictimai iaşə fəaliyyəti üzrə ƏDV qeydiyyatında olan şəxslər tərəfindən 2020-ci il üzrə sadələşdirilmiş vergi metodunu seçmək hüququnun müddəti 20 aprel tarixindən 1 sentyabr tarixinədək uzadılıb. Bu isə həmin şəxslərə xərclərin idarə edilməsi və vergilərin optimallaşdırılması istiqamətində əlavə manevr imkanları verəcək.

Ticarət obyektləri də vergi güzəştlərindən yararlanacaq. Sadələşdirilmiş vergi ödəyiciləri üçün vergi dərəcəsi 2 faizdən (dövriyyəsi ardıcıl 12 ay ərzində 200 min manatdan az olan şəxslər) 1 faizə endirilib. Mənfəət vergisi rejimində fəaliyyət göstərənlər isə mənfəət vergisi üzrə 75 faiz güzəşt əldə edəcəklər.

Vergi tətillərinin tətbiqi isə bütün şəxslər üçün əlavə imkanlar açacaq. Təəssüflər olsun ki, bəzi hallarda “vergi tətilləri” anlayışı düzgün başa düşülmür. Vergi tətilləri vergidən azad olunmanı yox, vergi ödənişinin müəyyən müddət sonraya saxlanılmasını nəzərdə tutur. Bu addım müəssisələrin müvəqqəti olaraq pul vəsaitlərinin çatışmazlığı problemini yumşaldır. Məsələn, koronavirus pandemiyasının mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələrində mənfəət vergisi üzrə 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması nəzərdə tutulub. Bundan əlavə, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin ödənilməsi müddəti cari ilin 1 sentyabr tarixinədək uzadılıb. Ən mühüm güzəştlərdən biri ödənilməmiş vergi, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınmasıdır. Maliyyə vəziyyəti çətin olan bəzi sahibkarlıq subyektləri bir sıra öhdəliklərin yerinə yetirilməsində maliyyə sıxıntısı ilə üzləşiblər və faizlərin hesablanmaması bununla bağlı əlavə itkilərin qarşısını alır.

Qeyd etdiyim məsələlər təkcə “mall” və ticarət mərkəzlərinə, orada fəaliyyət göstərən sahibkarlara deyil, daha geniş dairəni əhatə edən sahibkarlıq subyektlərinə aiddir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Üstünlükləri və əskiklikləri ilə mühasib peşəsi

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasib“Dünyada bütün işlər yaxşıdır” – belə bir məşhur deyim var. Bu həqiqətənmi belədir? Şaxtaçının əməyini həyətlərdə gözətçi işləyən birinin işi ilə müqayisə etmək olarmı? Müəllif hesab edir ki, belə bir müqayisə çox mübahisəli olardı. Amma, necə olmasından asılı olmayaraq, insan fəaliyyətinin tamamilə müxtəlif istiqamətləri üzrə vakansiya yerlərini tutmaq istəyən adamlara həmişə rast gəlinir və bu cəmiyyətdə öz özəyinin fəaliyyətini təmin edir, hansı ki, o da öz növbəsində digər özəklərin fəaliyyətini təmin edir və elə bu cür hər şey dünyada bir-biri ilə əlaqəli olur və onlardan hər hansı biri ləğv edilərsə, onun ardınca özündən əvvəlkinə əsaslanan digərləri də yoxa çıxar.

İndi isə mühasib işi, sözügedən peşə fəliyyətinin spesifikliyi və onun müsbətləri və mənfilikləri  barədə bir qədər ətraflı danışaq. Birincisi, müəllifin fikrincə, ümumiyyətlə, müəyyən etmək lazımdır ki, mühasibat fəaliyyəti nədir? Mühasib – təhsil almış mütəxəssisdir, hansı ki, iqtisadiyyat və vergitutma sahəsində fəaliyyətdə olan mövcud qanunlara uyğun mühasibat uçotu sistemi üzrə işləyir.

Sözügedən peşə fəaliyyəti ilə məşğul olmağın başlıca müsbətləri hansılardır?  

İlk növbədə bu peşənin həddən artıq tələb olunmasıdır. Belə ki, sahibkarlıq bazarı durmadan artır, genişlənir və hər bir müəssisəyə, şirkətə, təşkilata ən azından bir mühasib tələb olunur. Düzdür, bu işləri mühasib xidmətləri təklif edən təşkilatlarla da görmək mümkündür, lakin yenə də mühasibin varlığı təkcə mühüm deyil, həm də bir zərurətdir.

İkincisi, üstünlüklərdən biri də əlavə qazanc yeri əldə etməklə bağlıdır. Belə ki, bir və ya bir neçə kiçik təşkilat və ya şirkət mühasibat uçotunun aparılması ilə bağlı eyni mühasibi işə qəbul edə bilərlər ki, bu zaman iş saatı ilə bağlı norma nəzərdə tutulmur. Yəni, bir təşkilatda işini qurtaran mühasib, bir qədər sonra ikinci iş yerində çalışmaqla özünə həm xeyli təcrübə toplayır və eyni zamanda əlavə qazanc əldə edə bilir.

Bəs mənfilər???

Bu fəaliyyət sahəsi ilə bağlı əskikliklər isə bir qədər çoxdur. Psixoloqların fikrincə, mühasib işi – ən stressli və gərgin işlərdən biri hesab olunur.

Bunlar nə ilə bağlıdır?

Mühasib peşəsində çalışan adam daimi olaraq qanunları diqqətdə saxlamalıdır, hər hansı bir dəyişiklik və yenilik olarsa, bundan xəbərdar olmalıdır. İkincisi, məsuliyyət amili də burada mühüm əhəmiyyət kəsb edir, daim həmin məsuliyyətin qorxusu altında olursan, dövlət orqanları tərəfindən nəzarət qorxusu da bir yandan… Arada qanunvericiliklə bağlı ziddiyyətlər nəticəsində də problemlər ortaya çıxır, bilik sahəsində də dissonanslar yaranır.

Mühasibin işində faktiki olaraq heç bir yaradıcı inkişaf yoxdur, bu monoton və olduqca mürəkkəb bir işdir.

Mühasibat xidmətində bütün fəaliyyətlər daim ciddi qaydada tənzimlənmə reqlamentinə  əsaslanır və  “bir damla da olsun təmiz hava axınının” olmaması riski altında olur.

Auditor yoxlamaları – bunlar stressə gətirib çıxaran ayrıca amildir. Axı, əməkdaşın istənilən bir səhvi üzündən ona qarşı vergi orqanlarında vəsaitlərin mənimsənilməsi və ya gizlədilməsi ilə bağlı şübhələr  yarana bilər, onun üzərinə cinayət məsuliyyəti qoyula bilər və maliyyə ilə əlaqəli vəzifə tutması qadağan oluna bilər, həmçinin yüksək cərimələr kəsilə bilər.

Maddi məsuliyyət mühasibin psixoloji sıxıntısını “başa çatdırır”, lakin əmək haqqının ən yüksək səviyyəsini təsdiq etmir.


Mühasibat uçotunun əsas prinsipləri


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gömrük rəsmiləşdirilməsində yeni kodlar yaradılacaq

posted in: Xəbər | 0

Gömrük rəsmiləşdirilməsində yeni kodlar yaradılacaq

idxal-ixrac əməliyyatlarıDGK “Gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilməsi üzrə Konsepsiya”nın icra vəziyyəti ilə bağlı onlayn iclas keçirilib.

DGK sədri Səfər Mehdiyevin konsepsiyanın icrasının sürətləndirilməsinə dair tapşırığına əsasən keçirilən iclasda DGK sədrinin birinci müavini İsmayıl Hüseynov, Komitə sədrinin müavinləri Əsgər Abdullayev, İqbal Babayev, Cavad Qasımov və Komitənin aidiyyəti qurumlarının rəhbərləri iştirak edib.

İ.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin son illər gömrük sistemində həyata keçirdiyi mütərəqqi islahatlar ölkəmizin ixrac potensialının, tranzit imkanlarının artmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, gömrük sistemində şəffaf mühitin yaradılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə və sürətləndirilməsinə şərait yaradıb.

Gömrük orqanlarının dövlət başçısının həyata keçirdiyi islahatların uğurla reallaşdırılması məqsədilə qabaqcıl təcrübələrə əsaslanan yeniliklər, innovativ layihələr hazırlayıb həyata keçirdiyini diqqətə çatdıran İsmayıl Hüseynov “Gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilməsi üzrə Konsepsiya”nın tətbiqi ilə gömrük sistemində mühüm təkmilləşdirilmələrin aparılacağına əminliyini ifadə edib.

O da bildirilib ki, konsepsiyanın tətbiqi vətəndaş-məmur təmasının tam aradan qaldırılmasına, elektron xidmətlərin sayının artmasına, gömrük əməliyyatlarının daha çevik və effektiv şəkildə reallaşdırılmasına, xidmət səviyyəsinin yüksəldilməsinə şərait yaradacaq.

Sonra “Gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilməsi üzrə Konsepsiya”nın müddəaları üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, yeni konsepsiyaya əsasən xarici ticarət iştirakçısının “Vahid Uçot və Balans sistemi”nin formalaşdırılması, eyni zamanda gömrük tariflərinin tənzimlənməsi və gömrük dəyərləndirilməsində subyektiv amillərə yol verilməməsi məqsədilə xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında əks olunan təfsilatlı kodlaşdırılma sisteminin yaradılaraq tətbiq edilməsi planlaşdırılır.

Eyni zamanda yeni sənəddə əks olunan gömrük təmsilçiliyi sistemində təkmilləşdirilmələrin aparılması, gömrük rəsmiləşdirilməsi üçün tələb edilən sənədlərin sayının minimuma endirilməsi, xarici ticarət iştirakçısının “Şəxsi Kabinet”inin yenidən qurulması, elektron xidmətlərin çeşidi və sayının daha da artırılmasına dair müddəalar ətraflı müzakirə olunub.

Həmçinin yeni konsepsiyaya əsasən gömrük bəyannaməsinin emalı prosesində qərar qəbul edilməsi mexanizminin tam avtomatlaşdırılması, gömrük dəyəri ilə bağlı məsələlərin gömrük orqanına gəlmədən elektron qaydada həll edilməsi və sahibkarların məmnuniyyətinin təmin olunması məqsədilə digər yeniliklərin tətbiqi nəzərdə tutulur.

Sonda İ.Hüseynov DGK sədrinin tapşırıq və tövsiyələrinə əsasən müzakirələrdə səsləndirilən təklif və rəylər də nəzərə alınmaqla yeni konsepsiyanın qısa zamanda tətbiq edilməsinin zəruriliyini diqqətə çatdırıb.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun