Təşviş səbəbiylə insanların yol verdiyi 5 maliyyə səhvi

posted in: Maliyyə, Məqalə, Xəbər | 0

iqtisadi böhran, maliyyə səhvi,Təşviş səbəbi ilə insanların yol verdiyi 5 maliyyə səhvi

Son bir neçə ay ərzində bütün dünya böyük sarsıntı keçirib. Həyatın demək olar ki, bütün sahələri dəyişikliyə uğrayıb. İşdən tutmuş, istirahətə qədər, səyahətlərdən başlamış, gələcəklə bağlı planlara qədər. İqtisadi qeyri-müəyyənlik və çaxnaşma (panika) səbəbi ilə sizin maliyyənizə təsir edə biləcək çoxsaylı səhvlərə yol verilə bilər. Bu yazıda biz insanların böhran zamanı yol verdikləri 5 maliyyə səhvi barədə danışacağıq. Eləcə də həmin səhvlərdən necə yayınmaq barədə də məlumat verəcəyik.

Fövqəladə fondun olmaması

Bu cür qeyri-müəyyən iqtisadi zamanlarda maliyyə təhlükəsizliyi yastığı əminlik və rahatlıq bəxş edir.  O, şübhəli təkliflərdən qaçaraq və düşünülməmiş qərarlar qəbul etmədən sizə planlarınızı şüurlu şəkildə düzəltməyə imkan verir. Əgər fövqalədə fondunuz yoxdursa, əlbəttə, indi sizi buna görə məzəmmət və ya tənqid etmək ağılsızlıq olardı və ya ən azından düzgün olmazdı. Xüsusilə də siz öz işinizi və ya gəlirinizin bir hissəsini itirmisinizsə. Lakin bu, təcrübə sizdən ötrü böyük bir motivasiya olmalıdır. Özünüz üçün qərar verin ki, ayağa durmağa nail olduqdan sonrakı ilk işiniz fövqəladə vəziyyətlər üçün maliyyə təhlükəsizliyi yastığı yaratmaq olacaq.

Büdcənin (və ya onun korrektəsinin) olmaması

Növbəti səhv – bu, büdcənizin mövcud olmamasıdır. Bir çox adamlar büdcə tərtibi ilə bağlı məşğul olmağı hansısa darıxdırıcı və ağır bir iş kimi qəbul edirlər.  Bunun əvəzinə öz büdcənizə bir əyləncəli oyun münasibəti kimi yanaşmanı da sınaqdan keçirmək olar. Bu oyunun məqsədi – öz xərclərinizi optimallaşdırmaq, daha düzgün hədəflər qoymaqla hər dəfə yeni səviyyəyə yüksəldikcə, həmin məqsədlərə doğru irəliləməkdir. Siz “Ev mühasibatlığı” proqramı vasitəsilə öz büdcənizi aparmağa başlaya bilərsiniz.

Büdcə ilə əlaqəli daha bir səhv – onun korrektə olunmaması ilə bağlıdır. Bir çoxları büdcəni bir dəfə və həmişəlik tərtib edir və onda həyati vəziyyətlərə uyğun olaraq hər hansı bir düzəliş və ya korrektələr etmirlər. Amma nəzərə almaq lazımdır ki, bizim gəlirlərimiz və xərclərimiz daim dəyişikliyə uğrayır – biz işimizi itiririk və karyerada yüksəlişlərə nail oluruq. Əlavə qazanc yeri əldə edirik, sərmayə yatırmağa başlayırıq, ailə həyatı qururuq, valideynlərimizə kömək edirik və s. Prioritetlərimiz və hədəflərimiz dəyişikliyə uğrayır. O səbəbdən müəyyən müddətlərdə (minimum yarım ildən bir) və istənilən ciddi dəyişikliklər zamanı büdcəni təftiş etmək və ona zəruri düzəlişləri etmək lazımdır.

Təkbaşına oynamaq

Adamların bir çoxu digərləri ilə pul mövzusunu müzakirə etmək istəmirlər. Lakin əslində təcrübə mübadiləsi və problemlərin bölüşdürülməsi imkanı olduqca mühüm və faydalı bir şeydir. Maliyyə ilə bağlı rahatlıqla danışa biləcəyiniz birini tapmağa çalışın. Bu ər/arvad, valideyn və ya digər əhəmiyyətli bir qohum və ya dəyərləri və məqsədləri sizinkinə oxşar bir dostunuz ola bilər. Siz bir-biriniz üçün maliyyə məsləhətçisi ola bilərsiniz, öz məqsədlərinizi bölüşə və hədəfə çatmaq üçün addımlarınız barədə “hesabat” verə bilərsiniz.

Təklikdə fəaliyyət göstərmək cəhdi çox vaxt tələsik və ola bilsin ki, irrasional və emosional qərarlar qəbul eməyə aparıb çıxarır.

Səhmlər qiymətdən düşdükdən sonra onların satışı

Son iki səhv pullarını səhmlərə sərmayə yatıranlara aiddir. Hazırda biz son zamanlar fond bazarları tarixində ən böyük enişlərdən birini yaşayırıq. Lakin təcrübə onu da göstərir ki, böyük enişlərdən sonra həmişə həm də böyük yüksəlişlər dövrü başlanır. Əgər səhmləri ən aşağı qiymətlər anında satsanız, siz yalnız itkilərlə üzləşəcəksiniz və növbəti gəlirlərdən məhrum olacaqsınız.

Fond bazaranın məhz, nə vaxt ən zirvəyə yüksələcəyini və ya eniş yaşayacağını heç kim dəqiq şəkildə bilmir. Ona görə ən yaxşı tövsiyə – sadəcə səhmlərinizin qiymətinə həddən ziyadə diqqət etməməyiniz və səbrlə gözləməyiniz ola bilər. Lakin əgər sizin sərbəst pul vəsaitləriniz varsa, həmin məbləğləri səhmlərin ən aşağı qiymətə olduğu indiki zamanda həmin qiymətli kağızlara yatırmaq barədə də düşünə bilərsiniz.

Rəngarəng portfelin olmaması

Nəhayət sonuncu ən məşhur səhv – rəngarəng (müxtəlif) portfelin olmaması ilə əlaqəlidir. Hazırda fond bazarında enişin ortasıdır. Ola bilsin ki, portfelinizin korrektə olunması üçün elə də münasib bir zaman deyil. Lakin, ideal dünyada həmişə investisiyaların müxtəlifliyinə böyük diqqət yetirmək lazımdır. Səhmlər, istiqrazlar, valyutalar və digər investisiya növləri – portfelin rəngarəngliyinin əsasıdır. Bəzi sərmayə növləri bir-birlərini mənfi şəkildə korrelyasiya edirlər. Bu o deməkdir ki, onlardan birində eniş yaşanırsa, digəri yüksəlişdə olur. Bu bazardakı bəzi dəyişkənliyi zəiflətməkdə yardım edə bilər.

Ümid edirik ki, bu yazı böhranlar və ümumi çaxnaşmalar dövründə admların çox vaxt yol verdikləri 5 maliyyə səhvindən yayınmaqda kömək edə biləcək. İstənilən vəziyyətdə sizə qərarları sakitliklə, dərk edərəkdən qəbul eməyi arzu edirik!


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Apellyasiya Şuraları (fəaliyyəti və müraciət qaydaları)

posted in: Xəbər | 0

Bu yazımızda Azərbaycan Respublikasında sahibkarlığa dövlət dəstəyini ehtiva edən və sahibkarların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığını göstərən Apellyasiya Şuraları barədə qeyd edəcəyik.

Mövzuya keçməzdən əvvəl qeyd etmək yerinə düşərdi ki, ölkə başçısı tərəfindən verilmiş müvafiq fərmanlarla həm mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, həm də dövlətə məxsus olan (paylarının (səhmlərinin) 51% və daha çoxu birbaşa və ya dolayısı ilə dövlətə məxsus) hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması və həmin şuraların fəaliyyəti tənzimlənmişdir.

Apellyasiya Şurası kollegial orqan kimi (bir neçə şəxs tərəfindən təşkil olunan orqan) fiziki və hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin müvafiq qurumların (həmçinin həmin qurumlara tabe idarə və müəssisələrin) qərarlarından, hərəkət və hərəkətsizliyindən edilmiş yazılı şikayətlərə baxmaqla ictimai əsaslarla fəaliyyət göstərir.

Müraciətlər bir qayda olaraq sahibkarlıq fəaliyyəti göstərən şəxsin bu fəaliyyəti ilə bağlı olmalıdır. Şura şikayətlərə baxarkən müəyyən edir ki, bu şikayətə ilkin olaraq baxılması hansı qaydada həyata keçirilib.

Şura tərəfindən aşağıdakı hallarda şikayətlərə baxılmır:

– Şikayətlər korrupsiya hüquq pozmaları barədə olduqda,

– əvvəllər Şura tərəfindən verilmiş qərarla bağlı olduqda,

– Şikayətin predmeti üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda,

– Şikayət göstərilmiş mövzu ilə bağlı tələblərə cavab vermədikdə,

– İnzibati xətalar haqqında işlərlə bağlı şikayət olduqda,

– inzibati aktdan inzibati və məhkəmə qaydasında şikayət verilibsə, həmçinin işə artıq məhkəmə qaydasında baxılırsa,

– Şikayət “İnzibati icraat haqqında” Qanunla müəyyən edilmiş müddətdən sonra verildikdə.

Şurada şikayətlər hərtərəfli araşdırılır, zəruri hallarda şikayət verən şəxsin də iştirakı ilə şikayətə baxılır, baxılmış şikayətlə bağlı yazılı cavab verilir, həmçinin pozuntu aşkar edildikdə müvafiq şəxs və ya qurumlara göstərişlər verə bilir.

Şikayət ünvanlayarkən sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər mütləq nəzərə almalıdır ki, şikayətdə apellyasiya şurasının adı, şikayət verən şəxslər barədə məlumatlar (ad, soyad, vöen, yaşayış yeri və s), bu şikayətlə bağlı əvvəl edilmiş müraciət barədə məlumat və qoşma sənədlər göstərilməlidir.

Yekunda isə qeyd edək ki, Apellyasiya Şuraları-nın qərarları “Elektron hökumət” Portalında da yerləşdirilir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası təsdiqlənib

posted in: Xəbər | 0

İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası təsdiqlənib

Müavinətlər

“İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci
bəndinə uyğun edilə bilər.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 13 may 2020-ci il
№ 168

Qaydaya nəzər yetirmək üçün yükləyin:  İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası (340 downloads )

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat ilə bağlı sitatlar

posted in: muhasibat, Məqalə, Xəbər | 0

 

Mühasibat sitatlarMühasibat ilə bağlı sitatlar

  • Üç yalan növü mövcuddur: lovğalıq, uydurma və… hesabat.

Y. Bulatoviç

  • Bir bədnam şirkətin ofis kitabında yalnız iki sütun var idi: Gəlirlər və Xərclər.

A.Markov

  • Balans hesabatları müharibə zonasından gələn məlumatlara bənzər: Detallar düzgün olur, yerdə qalan hər şey uydurma.

M.Şiff

  • Debet kreditlə heç vaxt uyğun gəlmir, insanla insan isə həmişə uyğun gəlir.

D.Braynin

  • Qənaətcil ol və sabahkı günə hazırlaş.

Ezop

  • Borcu yaradan hüquq deyil, lakin borc – hüquqdur.

Fransua Rene de Şatobrian


Teleqram qrupumuza üzv olun



Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son iş elanları və xəbərləri izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun