Kapital Bank-dan hüquqi şəxslərə və sahibkarlara növbəti güzəşt

posted in: Bank, Xəbər | 0

Kapital Bank-dan hüquqi şəxslərə və sahibkarlara növbəti güzəşt

Kapital bankKapital Bank Azərbaycan Respublikası Mərkəzi Bankının çağırışına qoşularaq, pandemiya dövründə hüquqi şəxslərə və sahibkarlara növbəti dəstək aksiyasını təqdim edir. Belə ki, 30 sentyabr 2020-ci il tarixinədək hüquqi şəxs və fərdi sahibkarlara respublikadaxili köçürmə komissiyası 50% endirilərək 0,1% təyin edilib.

Bu kampaniya, həmçinin sahibkar və hüquqi şəxslərin bir çox əməliyyatları onlayn edə bilməsi üçün yaradılan Müştəri Bank sistemindən qoşulanlara da şamil olunur.

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Bu səbəbdən yeni məhsullar və kampaniyalar daim müştərilərin istifadəsinə təqdim ediləcəkdir. Bundan başqa Kapital Bank hər bir müştərinin istəyinə uyğun “Təməl”, “Uğur”, “İnkişaf” və “Zirvə” adlı sərfəli tarif paketlərini təqdim edir.

Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən Ticarət filialı və Binə TM-dəki Lökbatan şöbəsində fəaliyyət göstərir. Burada KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər.

Bankın KOS seqmenti üçün təqdim etdiyi məhsul və xidmətlər barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytında “Biznes üçün” bölməsinə, (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib öz işinin səmərəliliyini necə artıra bilər (1-ci hissə)

posted in: muhasibat, Məqalə | 0

MühasibMühasib öz işinin səmərəliliyini necə artıra bilər

1-ci hissə

Hiyləgərlik etməyək – bəzən iş qrafikimizin yüklənməsinin səbəbkarı rəhbərlik və ya həmkarlarımız deyil, elə özümüzük, öz intizamsızlığımız və fəaliyyətimizdə aydın alqoritmin olmaması, işlərin istənilən səviyyədə getməməsinin əsas səbəbidir. Əminik ki, o qədər də mürəkkəb olmayan tövsiyələrə əməl etməklə, bu problemi aradan qaldırmaq olar.

Fəaliyyətdə nizamsızlıq
Mühasib işi intellektual yük və daimi stresslə müşahidə olunan bir fəaliyyətdir. Müxtəlif proseslərə nəzarət etmək, dəyişikliklərə tez reaksiya vermək, rəqəmlərlə işləməkdə diqqətli olmaq zərurəti – bu və bir çox digər şeylər  stresə qarşı müqavimət haqda düşünməyə və insanı öz işinə savadlı yanaşmağa məcbur edir. Qarşısına öz işində səmərəliliyi yüksəltmək məqsədi qoymuş və bundan ötrü müəyyən cəhdlərə hazır olan hər bir mühasibə sadə texniki menecment-idarə üsulları bu məsələdə kömək edə bilər.

Stol arxasında mühasibi təsəvvür edək: masası üzərində sənədlər yığını; kompüterin ekranında çoxsaylı rəngbərəng stikerlər; qovluqlar necə gəldi stolun üzərinə düzülüb, kompüterdə onlarla əlavələr açılıb. Bu kağız nəzarət alətlərindən necə baş çıxarmalı? Time-menecmentdə ən səmərəli üsullardan biri  diqqət və məlumatların emalı prinsiplərinə həsr olunub. Bütövlükdə beynimizin hansı həcmdə informasiyanın öhdəsindən gələ biləcəyi və diqqətimizin nələrin üzərinə cəlb oluna biləcəyini başa düşmək, bizə fəaliyyətimizi düzgün qurmağa və günümüzü planlaşdırmağa imkan verir.

Diqqətin strukturu

İnsan diqqətinin üç əsas səviyyəsi var. Birinci səviyyə – bu, “fokuslaşmış diqqətdir” və o, özündə yalnız bir elementi ehtiva edir. Məsələn, hesabat yazarkən, məhz, bu iş diqqət mərkəzindədir: mühasib diqqətli şəkildə ekrana baxır və tələsik çap edir. Maliyyə göstəricilərini hesablayaraq, o, kalkulyatorda rəqəmləri diqqətlə nəzərdən keçirir və onları sənədə köçürür. Əməkdaşın şüurlu şəkildə “burada və indi” cəmləşdirdiyi fokuslaşmış diqqəti, strukturun birinci səviyyəsinə aiddir.

İkinci səviyyə “şüur ərəfəsi diqqət” adlanır və 5-dən 9-a qədər obyekti əhatə edir. Kompüter arxasında işləyən uçot üzrə mütəxəssis kabinetdə əyləşən həmkarlarının səslərini, telefon zənglərini eşidir. Qarşısında word-də işlədiyi hesabatla yanaşı digər bir sənəd də açıqdır. Künc görmə qabiliyyəti ona stolun üzərindəki  sənədlər, stikerlər və telefonu da müşahidə etməyə imkan verir. İnsan diqqətini onlara cəmləməsə belə, bu obyektlər yaxınlıqda yerləşir və bir növ işinizi tamamlayır.

Üçüncü səviyyə – bu “şüuraltı diqqət” səviyyəsidir – o, özündə nəhayətsiz sayda obyektləri birləşdirir, hansı ki, onları görmürsən, amma həmin obyektlər də işinizə təsir edir: onlara, məsələn, ailə barədə fikirlər, aclıq duyğusu və bir çox başqa şeyləri aid etmək olar.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi sistemlərinin inkişaf tarixindən 27 dərs (4-cü hissə)

posted in: Xəbər | 0

vergi sistemiVergi sistemlərinin inkişaf tarixindən 27 dərs

4-cü hissə

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.

Böyük imperiyaların vergilərlə özlərini məhv etdiyi tezisi getdikcə daha çox təsdiqini  tapır. Vergilər çox vaxt böyük sosial partlayışlara  gətirib çıxaran bir qığılcım idi. Alimlərdən birinin rəyinə görə, Mayya sivilizasiyasının çöküşü, sakinlərinin vergilər üzündən cəngəlliklərə  qaçmasıdan  sonra başlanmışdı. Gəlin baxaq görək, vergitutmanın çoxəsrlik tarixi bizə hansı dərslər verir.

Budur, vergi sistemləri və sivilizasiyaların inkişafı tarixindən əsas dərslər:
  1. Yüksək vergilər vətənpərvərliyə ağır zərbə vurur. Yüksək vergi dərəcələri, vergi bazasının qiymətləndirilməsi və onların toplanması yolu vətənpərvərliyin müsbət ictimai təsirini sarsıdır.
  2. Tarixən vergilər üzrə dizayn-meykerlərin yaradılması, İsveçrə pendirinə (pendirin kiçik deşiklərdən ibarət olması nəzərdə tutulur) oxşayırdı. Vergi sistemini çoxlu boşluqlar bəzəyirdi. Yəni, vergilərdən leqal yollarla yayınmaq imkanları yaranırdı. Vergi qanunvericiliyində çoxsaylı güzəştlərin olması vergi ödəyicilərinin şüurunu İsveçrə pendirinə çevirir.
  3. Vergi ödəyiciləri arasında ədalətli və qərəzsiz bölüşdürülməmiş vergilər mənəvi öhdəliklərin bütün qüvvəsini itirir.
  4. “Vergilər – bu, bir növ sivil cəmiyyət üçün ödənişdir”. Bununla yanaşı, vergitutma sisteminin mexanizmləri və məzmunu, vergi ödəyicilərinin vəsaitlərinin xərclənməsi üsulu cəmiyyətimizin xeyirxah və ya qüsurlu olub-olmadığını müəyyən edir.
  5. Azadlıq öz məhvinə toxum səpməyə meyllidir: azad insanlar hökumətə böyük vergi səlahiyyətləri verməyə meyllidirlər. Onlar dərk etmirlər ki, bu səlahiyyətlərdən sui-istifadə etmək azadlığı, hakimiyyəti müdafiə etmək və qorumaq azadlığını məhv edir.
  6. Müharibə qaçılmaz olaraq yüksək xərclərə səbəb olur. Böyük xərclər – bu, yüksək vergilərdir. Yüksək vergilər ticarəti əngəlləyir və iqtisadi durğunluğa və tənəzzülə səbəb olur.

Təəssüf ki, əksər Qərb ölkələri bu dərslərə məhəl qoymurlar. 1980-ci illərin kiçik vergi zəifləmələri 1990-cı illərdə vergi yükünün artması ilə əvəzləndi. Avropa ölkələri özlərini vaxtilə imperiya İspaniyasının vətəndaşları kimi aparırlar. Onlar 400 il ərzində vergiləri azaltmaq istəyirdilər. Lakin hökuməti dəyişdirə bilmirdilər.

Bir çox vergi islahatları öz diqqətini yalnız bu və ya digər vergilərin dərəcələri üzərində cəmləşdirir. Bu, çox səthi yanaşmadır. Vergi yığımının xərclərini, vergi şpionomaniyasının göstərdiyi təsiri də nəzərə almaq lazımdır. Vergi tariflərinin özü deyil, vergi bazasının qiymətləndirilməsi mexanizmləri və vergi toplanması bir çox sivilizasiyalar üzərində dövlətlə vətəndaşlar arasında mübarizə mövzusu olmuşdur.

Çarlz Adams xüsusilə Qərb və ABŞ-ın vergi sistemləri dinamikası ilə bağlı ciddi narahatlıq ifadə edir. Dövlət kredit kartı sistemi və sosial sığorta kartlarının nömrələri vasitəsilə vətəndaş haqqında hər şeyi öyrənə bilər. Biz öz inkişafımızda vətəndaşların qədim Roma dövrünün sonunda olduğu kimi, təhkimli vergi ödəyicilərinə çevriləcəyi mərhələyə qədəm qoyacağıq? Hüquqi və vergi sisteminin bu günkü inkişafı, izləmə-müşahidə üçün müxtəlif növ cihazların mövcudluğu bu ehtimalı istisna etmir. Biz bir daha yeni təhkimçilik quruluşunun qandallarına məruz qala bilərik. Hansı ki, bunu vergi kollektorları yerinə yetirəcəklər. Əgər bu baş verərsə, onda demokratlar və diktaturalar arasında mübarizə yeni mərhələyə qədəm qoyacaq. Seçim azadlıq və köləlik arasında deyil, bürokratik köləliyin müxtəlif formaları arasında olacaq.

Bu bədbin ssenarinin özünü doğrultmaması üçün biz maarifçilik dövrünün fəlsəfəsinə, kiçik, məsuliyyətli dövlətin ideyalarına qayıtmalıyıq. Qədim Misirdən müasir Amerika sisteminə qədər bütün məşhur sivilizasiyaların çiçəklənməsini təmin edən məhz onlar olmuşdur.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

MDSS və işsizlik sığortası üzrə rekvizitlər yeniləndi

posted in: Xəbər | 0

DSMF-də struktur dəyişikliyi aparılıb, yeni qurum yaradılıb

MDSS işsizlik sığortasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsi Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi adlandırılıb.

Nazirlikdən verilən məlumata görə, fondun yerli orqanlarının fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrində uçotda olan sığortaedən və sığortaolunanların həmin idarədə uçotunun mərkəzləşdirilməsi işlərinə başlanılıb.

Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə yerli qurumlarında uçotda olan bütün sığortaedənlərin və sığortaolunanların uçotunun mərkəzləşdirilməsi artıq başa çatıb.

Fondun ölkənin digər şəhər və rayon şöbələri üzrə uçotda olan sığortaedən və sığortaolunanların uçotunun mərkəzləşdirilməsi isə bir ay ərzində həyata keçiriləcək.

Nazirlik bunu nəzərə alaraq, uçotun mərkəzləşdirilməsi ilə əlaqədar Bakı şəhəri üzrə sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının düzgün ödənilməsi üçün idarənin bank rekvizitləri barədə məlumatları vətəndaşların nəzərinə çatdırır:

Məcburi dövlət sosial sığorta (MDSS) haqqı üzrə

B1.Benefisiar(alan) bank

Adı:Dövlət Xəzinədarlıq Agentliyi

Kodu:210005

VÖEN:1401555071

M/H:AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.BİK CTREAZ22

B2.Alan müştəri /Beneficiary

Adı: DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi

H/H №: AZ89CTRE00000000000007018506

VÖEN:1300115511

Büdcə səviyyəsi kodu – 4

Təsnifat kodu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il

tarixli, 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının

büdcə gəlirlərinin təsnifatı”na əsasən fəaliyyət sahənizə uyğun təsnifat kodu

seçilməlidir.

İşsizlikdən sığorta haqqı üzrə

B1. Benefisiar(alan) bank

Adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/H: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.BİK CTREAZ22

B2.Alan müştəri /Beneficiary

Adı: DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi

H/H №: AZ53CTRE00000000000007018572

VÖEN:1300115511

Büdcə səviyyəsi kodu – 4

Təsnifat kodu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il

tarixli, 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının

büdcə gəlirlərinin təsnifatı”na əsasən fəaliyyət sahənizə uyğun təsnifat kodu

seçilməlidir.

İşsizlikdən sığortanın Xüsusi hesabı

(Penya, cərimə və maliyyə sanksiyaları üçün)

B1. Benefisiar(alan) bank

Adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu:210005

VÖEN:1401555071

M/H: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.BİK CTREAZ22

B2. Alan müştəri /Beneficiary

Adı: DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi

H/H №: AZ26CTRE00000000000007018573

VÖEN: 1300115511

Büdcə səviyyəsi kodu – 4

Təsnifat kodu: Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli, 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na əsasən fəaliyyət sahənizə uyğun təsnifat kodu seçilməlidir.

Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərlə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar sığortaedən və sığortaolunanların əlavə sualları olduğu təqdirdə Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi ilə əlaqə saxlaya bilərlər.

Telefon: (012) 562-20-11, 562-33-59, 562-10-86, 562-10-79, 562-34-81

e-mail:mssfui-dsmf@sosial.gov.az

Ünvan: Bakı şəhəri, Ziya Bünyadov pr.1965-ci məhəllə. AZ1075

“Çinar park Biznes mərkəzi”, bina 6, giriş 2, mərtəbə 4.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun