Dövlət Vergi Xidmətinə 3 müavin təyin edilib

posted in: Xəbər | 0

Dövlət Vergi Xidmətinə 3 müavin təyin edilib

Dövlət Vergi Xidmətiİqtisadiyyat Nazirliyində kadr təyinatları aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə Nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb.

Bu barədə Nazirlikdən məlumat verilib.

İqtisadiyyat Nazirliyi üzrə

Əliyev Elnur Aydın oğlu iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Elnur Əliyev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2005-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb. Əmək fəaliyyəti dövründə müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə işləyib, 2017-ci ildən vergilər nazirinin müşaviri vəzifəsində çalışıb. 36 yaşı var.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə

Nəzərli Orxan Faiq oğlu Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Dövlət Vergi Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Orxan Nəzərli iqtisadçıdır, əmək fəaliyyəti dövründə uzun müddət xarici audit şirkətində yüksək vəzifələrdə, sonrakı dövrdə dövlət qulluğunda çalışıb. Son təyinata qədər vergilər nazirinin müşaviri, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi işləyib. Ölkə Prezidentinin sərəncamı ilə Orxan Nəzərliyə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. 35 yaşı var.

Musayeva Samirə Fəxrəddin qızı Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Samirə Musayeva ixtisasca hüquqşünasdır. 2008-ci ildən vergi orqanlarında çalışır. Sonuncu iş yerində Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” III dərəcəli medal ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Samirə Musayevaya 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. 35 yaşı var.

Vəliyev İlkin Etibar oğlu Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

İlkin Vəliyev iqtisadçıdır, əmək fəaliyyətinə 2002-ci ildə vergi orqanlarında başlayıb və işlədiyi dövrdə müxtəlif rəhbər vəzifələr tutub. 2016-cı ildə vergilər nazirinin müavini təyin edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və “Tərəqqi” medalı ilə təltif olunub. 39 yaşı vardır.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə

Eynullayev Mətin Balasən oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Mətin Eynullayev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyəti dövründə uzun müddət dövlət qulluğunda müxtəlif yüksək vəzifələrdə çalışıb. 2018-ci ildə vergilər nazirinin müavini təyin edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 45 yaşı vardır.

Yusubov Elçin Mustafa oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Elçin Yusubov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. Son təyinata qədər Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 44 yaşı vardır.

Şahbazov Rüstəm Adıgözəl oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Rüstəm Şahbazov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, 2009-cu ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb. 56 yaşı vardır.

Cəlilov Rafiq Əsgər oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Rafiq Cəlilov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, 2009-cu ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb. 57 yaşı vardır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti üzrə

Məmmədov Sahib Əli oğlu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinərəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Xidmətin rəisi səlahiyyətlərini icra edəcək.

Sahib Məmmədov hüquq və iqtisadi təhsil alıb, müxtəlif beynəlxalq təşkilatlarda məsul vəzifələrdə, həmçinin dövlət qulluğunda çalışıb. 2014-cü ildən iqtisadiyyat və sənaye nazirinin müavini, 2016-cı ildən iqtisadiyyat nazirinin müavini təyin edilib. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və “Tərəqqi” medalı ilə təltif olunub. 41 yaşı var.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Arxivləşdirmə xidməti istifadəyə verilib

posted in: Xəbər | 0

Arxivləşdirmə xidməti istifadəyə verilib

arxivləşdirmə xidməti“Azcloud”un yeni xidməti istifadəyə verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin Data Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azcloud” “Arxivləşdirmə xidmət kimi” (AaaS) xidmətini işə salıb.

Bu barədə nazirliyə istinadən xəbər verilir.

Bildirilir ki, bu xidmət müxtəlif şirkətlərə və qurumlara məlumatlarını etibarlı və sərfəli şəkildə saxlamaq imkanı verir.

“Azcloud” bulud xidmətlərinin təklif etdiyi arxivləşdirmə xidməti sayəsində məlumatların həcminin 2,5 dəfəyə qədər sıxılması mümkündür. Bu da öz növbəsində bir məlumat daşıyıcısının 15 TB-dək məlumatı saxlamasını təmin edir.

Bundan başqa, müştərilər lent tipli yaddaşı əldə etməklə məlumatların həcminə görə ödəniləcək böyük miqdarda xərclərdən azad olacaqlar.

Sözügedən xidmət xarici məlumat daşıyıcılarından fərqli olaraq, məlumatların 30 ilə qədər saxlanmasına, eləcə də istənilən zaman onların tamlığının yoxlanılmasına və axtarışına imkan yaradır.

Bu xidmət rezervlənmə xidmətindən (backup as a service) də fərqlənir. Belə ki, illərlə saxlanılan və nadir hallarda istifadə olunan məlumatlar üçün nəzərdə tutulan “Arxivləşdirmə xidmət kimi” böyük həcmli verilənlərin uzunmüddətli saxlanmasının təminatçısıdır.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sığortanın tətbiqinin mümkün olmaması “qara mühasibatlıq”-la baglıdır

posted in: Xəbər | 0

Sığorta tətbiqinin mümkün olmaması “qara mühasibatlıq”-la baglıdır

sığortaElman Rüstəmov: “Obyekt və mallarını sığortalaya bilməyən sahibkarlar tam qanuni işləmir”

“Sığorta bazarı ilə bağlı bizim tədbirlər planımız var. Bu sahənin genişləndirilməsi, həm əhalini, həm də biznesi əhatə etməsi nəzərdə tutulub”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.

“Müşahidələr göstərir ki, Azərbaycanda obyekt və mallarını sığortalaya bilməyən sahibkarlar tam qanuni işləmir. Bu günlərdə “Eurohome” ticarət mərkəzində baş vermiş hadisə ilə bağlı hələ ki, konkret bir söz deyə bilmərəm, amma bu məsələ ilə bağlı araşdırma aparacağıq. Əgər kiminsə sığortası varsa, kompenssiya alacaq”, – o bildirib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pandemiya şəraitində ən populyar peşə məlum olub

posted in: Məqalə, Xəbər | 0

pandemiya peşəPandemiya şəraitində ən populyar peşə məlum olub

Rusiyalılar mart ayında ən çox sürücü peşəsi üzrə iş yerləri axtarıblar, “Avito Rabota” analitik mərkəzinin mütəxəssisləri bunu aydınlaşdırıblar. Bu tədqiqatların nəticələri “İzvestiya” qəzetinin sərəncamında var.

Eləcə da 10 populyar peşə sırasına elektrik, yükdaşıyan, müxtəlif işləri yerinə yetirən, qaynaqçı, xadimə, administrator, mühasib, dayə və kuryer peşələri də daxildir. Lakin, fevral ayı ilə müqayisədə sürücü peşəsi üzrə axtarış sorğularının sayı 16% azalıb.

Ən əhəmiyyətli eniş isə “elektrik” peşəsi üzrə sorğularda baş verib: 2020-ci ilin fevral ayı ilə müqayisədə mart ayında bu peşəyə tələbat 30% aşağı düşüb.

Həmçinin kuryer (23%), administrator (21%),  “yükdaşıyan” və “aşpaz” peşələri ilə bağlı sorğularda isə (19%) azalma müşahidə olunub.

Analitiklər bu tendensiyanı onunla izah edirlər ki, mart ayında kütləvi peşələr üzrə iş yeri axtaranlar daha çox özünütəcrid şəraitində icazə verilən iş yerlərinin axtarışına fokuslanıblar.

“Mart ayında əmək bazarı sanki bir qədər sönüb: həm işaxtaranlar həm də işəgötürənlər öz aktivliklərini azaldıblar. Bu ilk növbədə ümumi özünütəcrid və evdə qalmaqla bağlı tövsiyələrlə əlaqədardır”, – “Avito Rabota”nın idaretmə üzrə direktoru Artem Kumpel belə söyləyib.

Buna baxmayaraq, əmək bazarı çox çevikdir və xarici şərtlər altında sürətlə qurulur, deyə ekspert qeyd edib.  “Məsafədən çalışma” fevral ayı ilə müqayisədə 10%, “gündəlik ödəniş edilən işlər” və “evdən çalışma” isə 15% artıb.

İstifadəçilər pandemiya -nın diktə etdiyi məhdud şəraitdə qazancın kompromis variantını tapmağa çalışırlar, Artem Kumpel belə hesab edir.

Bu ərəfədə, aprelin 14-də xəbər verilmişdi ki, rusiyalıların əksəriyyəti boşdayanma vaxtındakı itkilərin əvəzini  özünütəcrid rejimi başa çatdıqdan sonra çıxmaq əzmindədirlər. Superjob xidmət analitikləri tərəfindən sorğu edilənlərin demək olar ki, yarısı altı günlük iş həftəsinə razı olduqlarını və respondentlərin üçdə ikisi may və yanvar tətillərində işləməyə hazır olduqlarını bildiriblər.

Aprelin 13-də KİV-lər son üç ildə Rusiyanın 25 bölgəsində iş yerlərinin artdığını və 60 bölgədə isə azaldığını xəbər veriblər. Lakin, müsbət dinamikaya malik olan bölgələr qalan sahələrdə ixtisarların təxminən yarısına qədərini kompensasiya ediblər.

Son üç ildə iş yerlərinin yaradılması üzrə lider Moskva bölgəsidir – region siyahıda birinci yer tutur, 2017-2019-cu illərdə subyektdə 200 min iş yeri yaradıblar.  İkinci yerdə Moskva şəhəridir, burada 89 min yeni iş yeri açılıb.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun