» » » Arxivləşdirmə xidməti istifadəyə verilib

Arxivləşdirmə xidməti istifadəyə verilib

posted in: Xəbər | 0
birbank biznes

Arxivləşdirmə xidməti istifadəyə verilib

arxivləşdirmə xidməti“Azcloud”un yeni xidməti istifadəyə verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin Data Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azcloud” “Arxivləşdirmə xidmət kimi” (AaaS) xidmətini işə salıb.

Bu barədə nazirliyə istinadən xəbər verilir.

Bildirilir ki, bu xidmət müxtəlif şirkətlərə və qurumlara məlumatlarını etibarlı və sərfəli şəkildə saxlamaq imkanı verir.

“Azcloud” bulud xidmətlərinin təklif etdiyi arxivləşdirmə xidməti sayəsində məlumatların həcminin 2,5 dəfəyə qədər sıxılması mümkündür. Bu da öz növbəsində bir məlumat daşıyıcısının 15 TB-dək məlumatı saxlamasını təmin edir.

Bundan başqa, müştərilər lent tipli yaddaşı əldə etməklə məlumatların həcminə görə ödəniləcək böyük miqdarda xərclərdən azad olacaqlar.

Sözügedən xidmət xarici məlumat daşıyıcılarından fərqli olaraq, məlumatların 30 ilə qədər saxlanmasına, eləcə də istənilən zaman onların tamlığının yoxlanılmasına və axtarışına imkan yaradır.

Bu xidmət rezervlənmə xidmətindən (backup as a service) də fərqlənir. Belə ki, illərlə saxlanılan və nadir hallarda istifadə olunan məlumatlar üçün nəzərdə tutulan “Arxivləşdirmə xidmət kimi” böyük həcmli verilənlərin uzunmüddətli saxlanmasının təminatçısıdır.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun