Sığorta şirkətləri niyə bəzi obyektləri sığortalamaqdan imtina edir?

posted in: Xəbər | 0

sığorta şirkətləriSığorta şirkətləri niyə bəzi obyektləri sığortalamaqdan imtina edir?

“EuroHome” ticarət mərkəzində baş verən növbəti yanğın kommersiya obyektlərinin sığortalanması məsələsini də yenidən gündəmə gətirdi. 2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. Ticarət mərkəzlərində baş verən yanğınlara baxmayaraq bəzi sahibkarlar hələ də sığortaya lüzumsuz xərc kimi baxır, bəziləri isə sığorta şirkətlərinin onları sığortalamaqdan imtina etdiklərindən gileylənir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndəsi Rüfət Ağazadənin sözlərinə görə, həqiqətən də sığorta şirkətləri heç də hər obyekti sığortalamaqda maraqlı deyil: “EuroHome” kimi ticarət mərkəzində risk böyük olduğundan sığorta şirkətləri bu yükün altına girmək istəmir. Bu ticarət mərkəzində ən elementar təhlükəsizlik normalarına riayət edilmədiyinə görə həmin obyektdə yenidən yanğın baş verməsi heç də göydəndüşmə hadisə olmadı. Həmin ticarət mərkəzində müəyyən texniki parametrlərə, təhlükəsizlik qaydalarına əməl olunsaydı, standartlara uyğun tədbirlər həyata keçirilsəydi, təbii ki, sığorta şirkətləri onlarla işləməkdə maraqlı olardı”.

İcbari Sığorta Bürosunun məlumatına əsasən, 2020-ci ilin may ayının 1-nə daşınmaz əmlakın icbari sığortası üzrə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çox – 204 minə yaxın müqavilə imzalanıb. Ötən il yığılan sığorta haqlarının həcmi 13 milyon manata yaxın olduğu halda, bu il 21 milyon manatı keçib. Bu da onu göstərir ki, daşınmaz əmlakın sığortasının əhəmiyyəti ilə bağlı son dövrlər ölkədə həyata keçirilən maarifləndirmə tədbirləri öz bəhrəsini verir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Böhran dövründə şirkət psixologiyası mövzusunda ödənişsiz online seminar keçiriləcək

posted in: Xəbər | 0

Böhran dövründə şirkət psixologiyası mövzusunda ödənişsiz online seminar keçiriləcək.


Böhran dövründə şirkət psixologiyası: İşçilərin psixoloji sağlamlığı, şirkətin dayanıqlılığı və davamlılığı.

Hörmətli Sahibkar!

Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Sizi, 19 may 2020-ci il tarixində saat 16:00 da “Böhran dövründə şirkət psixologiyası: İşçilərin psixoloji sağlamlığı, şirkətin dayanıqlılığı və davamlılığı” mövzusunda TƏBİB Psixoloji Dəstək Layihəsi Koordinatoru, uzman psixoloji konsultant/psixoterapevt Nərmin Osmanlının moderatorluğu ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının Facebook platforması üzərindən canlı yayıma dəvət edirik.

Canlı yayımda iştirak etmək üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının facebook səhifəsini izləməyinizi xahiş edirik: facebook.com/sahibkarlar

Mənbə: ask.org.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nə istədiyinizi bilmirsinizsə, peşə seçimi necə olmalıdır? (3-cü hissə)

posted in: Xəbər | 0

peşə seçimiNə istədiyinizi bilmirsinizsə, peşə seçimi necə olmalıdır?

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Bu gün insan həyatında ən vacib seçim – peşə seçimi haqqında danışaq. Bu seçimə, xüsusən də uşaqlarınıza aid olduqda, çox məsuliyyətlə yanaşmalısınız. Və burada giriş məlumatları çoxdur.

Dəb və pul arxasınca düşməyin

Həm o, həm də digəri – çox dəyişkəndir. Əgər düşünürsünüzsə ki, məsələn, hüquqşünaslar çoxlu pul qazanır, ona görə hüquqşünaslıq oxumağa getmək lazımdır. Öz təcrübəmdən çıxış edərək deyirəm ki, bu belə deyil. “Yaxşı” hüquqşünaslar çox qazanırlar. “Yaxşı” iqtisadçılar çox qazanırlar. “Yaxşı” həkimlər çox qazanırlar. “Yaxşı” inşaatçılar çox pul qazanırlar və s. Öz işlərinin biliciləri yaxşı da qazanc əldə edirlər. Yəni, bu peşə ilə bağlı bir məsələ deyil.

Yaxşı tələbat duyulan peşəni seçin

Bəli, dəb və ya pul dalınca getmək lazım deyil, amma, mən tamamilə hisslərə qapılmağı və bazarda tələb olunmayan (və olmayacaq) qeyri-mümkün bir peşə seçməyi sizə tövsiyə etmirəm. Bu vəziyyətdə, hisslərinizi bir hobbiyə çevirmək daha yaxşıdır və sizi qidalandıra biləcək və digər istedad və bacarıqlarınızdan istifadə edəcək bir peşəni seçin.

Uşaqlarınızı özünüz əldə edə bilmədiyiniz sahələrə yönləndirməyə çalışmayın

Əgər söhbət sizin uşağınızdan ötrü peşənin müəyyənləşdirilməsindən gedirsə, yadda saxlayın – sizin özünü doğrultmayan arzu və planlarınız – bunlar sizin problemlərinizdir. Uşaqlarlarımız bizim və sizin arzularınıza ola bilsin ki, yer olmayan tamamilə başqa, yeni bir dünyada böyüyürlər. Ona görə, onlara öz istəklərimizi sırınmalı deyil, uşaqlarımıza öz yollarını seçməkdə yardım etməliyik. Bu çox vacibdir.

Başqa bir şəhərə köçməyin məqsədəuyğunluğunu yaxşı dəyərləndirin

Təkrar edirəm, insanlar çox vaxt həyatda gələcək uğurda təhsil müəssisəsinin adının əhəmiyyətini çox şişirdirlər. Bəli, daha prestijli universitetlər daha güclü elmi bazaya və praktikaya malik ola bilərlər. Ancaq, təkrar edirəm, bu ali təhsil müəssisələrinin böyük əksəriyyəti bazarda tələb olunmayan fənləri öyrədirlər. Bunun üzərinə nəqliyyat xərclərini, təyyarə biletlərini, orada mənzillərin yüksək qiymətini gəlin və özünüzə belə bir sual verin – bütün bunlara dəyərmi? Əgər siz (və yaxud övladınız) hələ nə ilə məşğul olmağı dəqiqləşdirməmisinizsə – onda başqa yerə köç etməyin məqsədəuyğunluğu barədə bir neçə dəfə düşünün.


Nə istədiyinizi bilmirsinizsə, peşə seçimi necə olmalıdır? (4-cü hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları ilə bağlı qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları ilə bağlı qərarda dəyişiklik edilib

karantin

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2751) ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın “Qeydlər”inin 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“3. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.”.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 15 may 2020-ci il
№ 174

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun