Azərbaycanda sahibkarların vergi yükünün bir qədər də azaldılması təklif edilir

posted in: Xəbər | 0

vergi yüküAzərbaycanda sahibkarların vergi yükünün bir qədər də azaldılması təklif edilir.

“Azərbaycanda “Kölgə iqtisadiyyatı”nın azaldılması ilə bağlı “Yol xəritəsi” hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmişik. Həmin sənəd tədbirlər kompleksidir və hazırlanarkən qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınıb”.

Bu barədə açıqlamasında Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.

Onun sözlərinə görə, artıq Nazirlər Kabineti “Yol xəritəsi”nə rəy verilməsi üçün onu müvafiq qurumlara göndərb: “Bundan sonra isə “Yol xəritəsi”nin tətbiqi istiqamətində müxtəlif səpkili tədbirlərin görülməsi  gözlənilir”.

V.Novruzov qeyd edib ki, sənəddə vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müddəalar, o cümlədən uçotun, hesabatlılığın, nəzarətin təkmilləşdirilməsi, ictimai nəzarətin geniş tətbiq edilməsi kimi məsələlər yer alıb: “Əsas məqsəd sahibkarların vergi yükünün optimal səviyyədə yüngülləşdirilməsidir ki, vergidənyayınma halları, “kölgə iqtisadiyyatı” olmasın”.

Xatırladaq ki, ölkədə “kölgə iqtisadiyyatı”nın azaldılması, şəffaflığın stimullaşdırılması ilə bağlı böyük bir qanunvericilik paketinin Milli Məclisə daxil olması gözlənilir.

Mənbə: report.az

Teleqram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Sumqayıt Kimya Sənaye Parkı” auditor seçir

posted in: Audit, Xəbər | 0

“Sumqayıt Kimya Sənaye Parkı” auditor seçir

auditor

İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC ötənilki maliyyə-təsərüffat fəaliyyətinin auditi üçün katirovka sorğusu elan edib.

İddiaçılar kotirovka təkliflərini mayın 22-i, saat 18:00-a qədər şirkətin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 (“Demirchi Tower”) ünvanında yerləşən baş ofisinə təqdim edə bilərlər. Əlaqələndirici şəxs Abbas Mamedovdur (Telefon: (012) 488-80-65).

Təkliflərə mayın 31-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az

Teleqram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyat naziri özünə yeni müşavir təyin etdi

posted in: Xəbər | 0

İqtisadiyyat naziri özünə yeni müşavir təyin etdi

Dövlət Vergi Xidmətiİqtisadiyyat Nazirliyində kadr dəyişikliyi olub.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Əmrə əsasən, Sahir Məmmədxanov İqtisadiyyat nazirinə müşavir təyin olunub.

Qeyd edək ki, S. Məmmədxanov Vergilər nazirinin birinci müavini olub.

Mənbə: fins.az

Teleqram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank Group-IB TDS vasitəsilə kibertəhlükəsizliyini gücləndirdi

posted in: Xəbər | 0

Kapital Bank Group-IB TDS vasitəsilə kibertəhlükəsizliyini gücləndirdi

Kapital Bank kiberhücumların qarşısının alınması üzrə ixtisaslaşan beynəlxalq Group-IB şirkətinin dəstəyi ilə kibertəhlükələrin öncədən aşkarlanması üçün istifadə olunan Group-IB Threat Detection System (TDS) adlı kompleksi uğurla tətbiq edib. Group-IB-nin təqdim etdiyi bu proqram-aparat kompleksini Kapital Bank öz rəqəmsal sərhədlərini mürəkkəb təhlükələrdən, eləcə də əvvəllər bilinməyən zərərli proqram təminatı vasitəsilə edilən hədəfli hücumlardan qorumaq üçün istifadə etməyi planlaşdırır.

“Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə müəssisəsi olaraq 3 milyondan artıq fiziki və 22 mindən çox hüquqi şəxsə bank xidmətləri göstərir. Belə böyük müştəri auditoriyasına yüksək səviyyədə xidmət göstərmək və onların vəsaitlərinin hərtərəfli təhlükəsizliyini təmin etmək üçün Banka aktual kibertəhlükələrdən müdafiə vasitələri də lazımdır. Əminəm ki, Group-IB ilə əməkdaşlığımız qarşıya qoyulan bütün məqsədlərə nail olmağa imkan verəcək”, – deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov bildirib.

“Rusiyadan test poliqonu kimi istifadə edib, rusdilli və maliyyə cəhətdən motivasiyalı APT-lər yaxın ölkələrə hücum edərək, coğrafi ekspansiyanı davam etdirir. Hazırda Azərbaycan Rusiya bazarında artıq bir neçə ildir ki, mübarizə apardığımız bu mürəkkəb təhlükələrlə üzləşir. Təhlükələrin təbiətini dərindən anlayan Kapital Bank seçimini Anti-APT həllinin üzərində saxlamaqla sübut edir ki, Bank qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində fəaliyyət göstərir və riskləri minimuma endirmək üçün naməlum alətləri və hücum verktorlarını aşkarlamağa çalışır”, – deyə, Group-IB-nin Kommersiya Direktoru İqor Smirnov qeyd edib.

Qeyd edək ki, Group-IB — kiberhücumların aşkarlanması və qarşısının alınması, şəbəkədə dələduzluğun aşkar edilməsi və intellektual mülkiyyətin qorunması itsiqamətlərində fəaliyyət göstərən və baş qərargahı Sinqapurda yerləşən aparıcı şirkətlərdən biridir. Gartner, Forrester və IDC rəylərinə görə Group-IB Threat Hunting Intelligence kibertəhlükələr haqqında məlumat toplama sistemi dünyanın ən yaxşılarından biri hesab olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.