Bu təqaüdün verilməsi qaydası dəyişdi

posted in: Xəbər | 0

Tələbələrə təqaüd verilməsi qaydası dəyişdi

təqaüdNazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, imtahan sessiyasının nəticələrinə əsasən ÜOMG-yə görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı, semestr başlayanadək müəyyən ediləcək.

Akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verib müvəffəq qiymət almış tələbə də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil ediləcək.

Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər (birinci tədris ilinin birinci semestri istisna olmaqla) fənlər üzrə göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir:

– fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə “əlaçı” təqaüdü;

– fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə “həvəsləndirici” təqaüdü. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır;

– fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə “adi” təqaüd.

İndiyə qədər təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər semestr üzrə (birinci tədris ilinin birinci semestri istisna olmaqla) imtahan sessiyasının nəticələrinə əsasən fənlər üzrə göstəricilərinə görə müəyyənləşdirilirdi.

Bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ASK “Gələcəyin sahibkarı” mövzusunda yazı müsabiqəsi elan edir

posted in: Xəbər | 0

Gələcəyin sahibkarı

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə uşaqlar arasında “Gələcəyin sahibkarı” mövzusunda yazı müsabiqəsi elan edir.

Müsabiqədə 8-11, 12-15 yaş qruplarında şagirdlər iştirak edə bilərlər.

Müsabiqə Azərbaycanda sahibkarlığın təbliği, erkən yaşlarda sahibkarlıq anlayışının formalaşdırılması, uşaqları gələcəkdə sahibkar olmağa ruhlandırmaq məqsədi daşıyır.

Mükafat fondu:

1-ci yer – 200 AZN dəyərində hədiyyə
2-ci yer – 150 AZN dəyərində hədiyyə
3-cü yer – 100 AZN dəyərində hədiyyə

Müsabiqənin şərtləri:

Müsabiqədə iştirak etmək istəyənlər 8-11, 12-15 yaş qruplarında, şagirdlər olmalıdırlar;
Bir uşaq yalnız bir məqalə ilə iştirak edə bilər;

Yazıya qarşı olan tələblər:

Yazı “Arial” yazı şriftində, 12 punto ölçüsündə, A4 formatlı səhifədə yazılmalıdır;
Yazının həcmi 3000-6000 işarədən (boşluqlar nəzərə alınmadan) çox olmamalıdır;

Müraciət:

Hazırlanan yazılar 27 may 2020-ci il tarixinə qədər aşağıda göstərilənlərlə birlikdə sahibkar@ask.org.az elektron ünvanına, məktubun mövzusunda “MÜSABİQƏ” qeyd edilməklə göndərilməlidir:

Şəxsiyyət vəsiqəsinin sürəti;
Oxuduğu məktəb və sinif;
Ev və ya mobil telefon;

Qeyd: Təqdim edilmiş yazılar şərtlərə uyğun olmadıqda müsabiqəyə buraxılmayacaqdır.

Müsabiqənin qalibləri 1 iyun 2020-ci il tarixində elan ediləcəkdir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu dövlət rüsumu ləğv edilib

posted in: Xəbər | 0

Xarici ölkələrin ali məktəblərinin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv olundu

Dövlət rüsumuMilli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik III oxunuşda müzakirəyə çıxarılıb.

Qanuna təklif edilən dəyişikliyə əsasən xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə tutulan 15 manat dövlət rüsumu ləğv edilib.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditorlar Palatası bu gun vebinar keçirəcək

posted in: Xəbər | 0

Auditorlar Palatası bu gun vebinar keçirəcək

Auditorlar Palatası vebinarAuditorlar Palatasının üzvü olduğu Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) tərəfindən “Kiçik və Orta müəssisələr üçün hazırda mövcud maliyyələşdirmə variantları haqqında” vebinar keçiriləcəkdir.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Auditorlar Palatası -nın üzvü olduğu Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) tərəfindən  2020-ci il 20 may tarixində saat 14:00-da vebinar keçiriləcəkdir. Xahiş edirik ki,  Sizə göndərilən gündəlikdə qeyd edilən link vasitəsilə həmin vaxtda vebinara qoşulasınız.
(Əlaqələndirici şəxs: Zaur Almazov 012-564-80-62, 050-321-95-80)
 Azərbaycan Respublikasının Auditorlar Palatası
Mənbə: audit.gov.az

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun