ƏDV ödəyicisi olan obyektlərə xüsusi lövhə vurulmalıdır

posted in: Xəbər | 0

ƏDV ödəyicisi olan obyektlərə xüsusi lövhə vurulmalıdır

ƏDV ödəyicisi

Azərbaycanda vergi yığımları və iqtisadi şəffaflaşma sahəsində ən maraqlı və, təkcə dövlət büdcəsi üçün deyil, əhali üçün də faydalı olan yeniliyə start verilib.

Bu – Əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılmasıdır.

Yeni sistemin tətbiq edildiyi ilk gündən əhalinin və alıcıların böyük marağı yanaşmanın doğru olduğunu göstərib.

Faktiki olaraq ölkə əhalisi, vətəndaşlar iqtisadiyyatın şəffaflaşması prosesində dövlət qurumlarının müttəfiqinə çevriliblər.

Əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması imkanı vətəndaşları nağdsız hesablaşmalara və kassa çeki tələb etməyə həvəsləndirir. Bu da son nəticədə kölgə iqtisadiyyatının azalması, gəlirlərin və dövriyyələrin şəffaflaşması ilə nəticələnir.

Bununla yanaşı, ilk vaxtlar aparılan müşahidələr göstərir ki, bəzi hallarda obyektlər vətəndaşların məlumatsızlığından və ya şirkətlərin fəaliyyəti ilə bağlı məlumatların bağlı olmasından sui-istifadə edərək bu prosesdən kənarda qalmağa çalışırlar.

Bir qədər əvvəl FED.az-ın apardığı sorğu zamanı məlum olub ki, hələ də bəzi obyektlərdə yeni kassa aparatları tətbiq edilməyib. Bir sıra obyektlər isə ümumiyyətlə ƏDV ödəyicisi olmadıqlarını əsas gətirərək belə çekləri verməkdən imtina edirlər.

Fikrimizcə, bu əlverişli vəziyyətdə dövlət vergi xidməti məlumatlandırma işini daha da gücəndirmək və qeyri-müəyyənliyi aradan qaldırmaq üçün yeni təşəbbüslə çıxış edə bilər. Belə ki, ƏDV ödəyicisi olan bütün obyektlərin – ticarət, xidmət və sair – üzərində bunu göstərən xüsusi lövhə və ya nişan vurulmalıdır. Məsələn, «ƏDV qaytarılır» məzmunlu.

Bu zaman istifadəçilər obyektdə ticarət ediləcəyi halda ƏDV-nin bir hissəsinin geri qaytarılacağını dəqiq bilərək daha əminlikdə xidmətlərdən istifadə edəcək. Digər tərəfdən bu üsul vəziyyətdən yayınmaq istəyən obyektlərin saxtakarlıq etmək üçün imkanlarını azaldacaq.

Bundan başqa, ƏDV ödəyicisi olan  obyektlərin hər birində azı bir belə kassa  aparatının olması təmin edilməlidir ki, ƏDV-ni geri almaq istəyən vətəndaşlar texniki problemlərə görə, dövlətin yaratdığı bu imkandan istifadə edə bilsinlər.

ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür.

Mənbə: fed.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ailə başçısını itirməyə görə pensiya alanlarla bağlı yeni yanaşma

posted in: Xəbər | 0

pensiya“Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həmin ailələrin pensiya təminatı ilə bağlı yeni humanist yanaşma əksini tapıb. Belə ki, layihə qəbul edilərsə, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvü bu və ya digər səbəblərdən (özünün digər növ pensiya və ya müavinət hüququ yaranması ilə və s. hallarda) payına düşən pensiya məbləğini almağa davam etmədikdə, ona hesablanan həmin pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürüləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib.

Misal üçün, ailə başçısını itirməyə görə ailəyə ayda 420 manat pensiya ödənilir. Bu pensiya ailənin 3 nəfər üzvü arasında bölünərək (hər birinə 140 manat) verilir. Həmin şəxslərdən biri digər pensiya və ya müavinət almağa başladıqda, onun payına düşən 140 manat vəsait qalan iki ailə üzvünün pensiyasının üzərinə (hər birinə 70 manat olmaqla) əlavə olunacaq.

Yeni qanun layihəsi hazırda aidiyyəti dövlət qurumları ilə müzakirə mərhələsindədir.

Cari ilin əvvəlindən qüvvəyə minmiş digər bir qanunverciliklə ailə başçısını itirməyə görə ailəyə hüququ olduğu halda, onun üçün nəzərdə tutulan iki sosial təminat növündən birini seçmək hüququ verilib. (Ailə başçısını itirməyə görə pensiyanı və ya ailə başçısını itirməyə görə müavinəti).

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailə başçısını itirməyə görə hazırda 116 min ailəyə aylıq pensiya, 27 min ailəyə isə aylıq müavinət ödənilir.

Ötən il həyata keçirilən sosial islahatlar çərçivəsində digər sosial ödənişlər kimi, ailə başçısını itirməyə görə aylıq müavinətin məbləği də artırılıb. Bu məbləğ hər ailə üzvü üçün 80 manata çatdırılıb.

Həmçininailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müvafiq qanunvericiliyə dəyişiklik edilib. Bu dəyişikliyə əsasən 2020-ci ilin əvvəlindən həmin ailələrə onlar üçün nəzərdə tutulan sosial təminat növlərindən (ailə başçısını itirməyə görə pensiya və ya müavinət) hansı yüksək məbləğdədirsə, onu seçmək hüququ verilib.

Mənbə: sosial.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Subsidiyalaşma Qaydalarına əlavələr edilib

posted in: Xəbər | 0

subsidiya“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əlavə edilib

Prezident İlham Əliyev 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edib.

Dövlət başçısının bununla bağlı imzaladığı fərmana əsasən edilmiş əlavəyə görə, kənd təsərrüfatı məhsullarının istehsalçılarına bitkiçilik və heyvandarlıq sahələri üzrə subsidiyaların ödənilməsi məqsədilə subsidiya məbləğləri köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil bankla razılaşdırılmış sifarişi əsasında hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.


Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050, № 12, maddə 1939) ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilsin:

“2.7-1. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına bitkiçilik və heyvandarlıq sahələri üzrə subsidiyaların ödənilməsi məqsədilə subsidiya məbləğləri köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri Agentliyin müvəkkil bankla razılaşdırılmış sifarişi əsasında hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 may 2020-ci il.

Mənbə: president.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Muzdla çalışan işçilərin sayı məlum olub

posted in: Xəbər | 0

Muzdla çalışan işçilərin sayı 1,6 milyon nəfəri keçib

muzdla çalışan işçilərin sayıAprelin 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 65,3 min nəfər və ya 4,1 faiz artaraq 1 milyon 646,1 min nəfər olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, onlardan 911,7 mini iqtisadiyyatın dövlət sektorunda, 734,4 mini isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 20,3 faizi təhsil, 17,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun