Daha çox8
Daha çox8

Bakıda orta aylıq əmək haqqı 21%-ə yaxın artıb

posted in: Xəbər | 0

Bakıda orta aylıq əmək haqqı 21%-ə yaxın artıb

müavinət

Bakı Şəhər Statistika İdarəsi paytaxt üzrə orta aylıq nominal əmək haqqını açıqlayıb.

Quruma istinadən verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında Bakıda muzdla işləyənlərin orta aylıq əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 20,6% artaraq 958 manat təşkil edib.

Mənbə: apa.az


Bax:


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Vergi Xidmətinin rüşvət almaqda təqsirləndirilən iki əməkdaşı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar

posted in: Xəbər | 0

Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi mənfi amillərə, o cümlədən müxtəlif sahələrdə korrupsiya hüquqpozmalarına və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsinə müvafiq olaraq kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Baş Prokurorluğun və İqtisadiyyat Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, dövlətimizin başçısı tərəfindən bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin icra edilməsi məqsədilə şəxsi maraqlarını güdməklə dövlət məmurunun peşəkar davranış qaydalarına və etik normalara riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Özlərini Vergilər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslərin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılıb.

Araşdırma zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyevin və Cahid Tahirovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6000 manat məbləğində pul tələb etdiyi müəyyən olunub.

Xüsusi texniki vasitələrdən istifadə edilməklə aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki vəzifəli şəxs həmin məbləğin bir qismini mayın 4-də rüşvət kimi alarkən cinayət başında yaxalanıblar.

Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Həmin cinayət əməlinin A.Allahverdiyev və C.Tahirov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Avropa iqtisadiyyatı canlanmağa başlayıb

posted in: Xəbər | 0

Avropa iqtisadiyyatıAvropa iqtisadiyyatı canlanmağa başlayıb. Financial Times nəşrinin yazdığına görə, məhdudiyyətləri yumşaltmağa başlayan ölkələrdə bəzi sahələrdə iqtisadi aktivlik işartıları müşahidə olunmaqdadır.

Almaniya, İtaliya və İspaniya son bir neçə həftədir ki, bir sıra məhdudiyyətləri aradan götürərək, bəzi mağazalar və digər obyektlərə işlərini bərpa etməyə icazə verib. Eyni zamanda Fransada bir çox məhdudiyyətlərin mayın 11-ə kimi tədricən aradan qaldırılacağı planlaşdırılır.

Dəyişikliklər hələ ki rəsmi iqtisadi statistikada əks olunmasa da, elektrik enerjisi istehlakı və nəqliyyat xidmətləri kimi bəzi göstəricilər artıq canlanmanın əlamətlərini göstərir.

“İtaliya və İspaniyada elektrik istehlakının artması kimi iqtisadi fəaliyyətin yaxşılaşdırılmasının bəzi ilkin əlamətləri var” – Capital Economics-in Avropa regionu üzrə iqtisadçısı Cessika Hinds qeyd edib. Buna baxmayaraq, o, yaxşılaşmalar barədə danışmağın hələ tez olduğunu və digər göstəricilərin “əgər varsa belə, əhəmiyyətli bir irəliləyiş göstərmədiyini” xəbərdarlıq edib.

İtaliya və İspaniyada elektrik enerjisi istehlakı aprel ayının ortalarından – Fransadan fərqli olaraq, hələ də çox aşağı səviyyədədir. Qeyd etmək lazımdır ki, alman yük maşınları da enişdən sonra zəif də olsa yüksəliş tempi göstərməyə başlayıblar.

Eləcə də alman və ispan fəhlələrinin də öz iş yerlərinə qayıtmalaları barədə müəyyən dəlillər var. İnsanların fabrik və ofislərə hərəkət etməsini izləyən Google mobillik indeksi, aktivliyin hələ də çox aşağı səviyyədə qalmasına baxmayaraq, müsbət bir dəyişiklik tendensiyasının olduğunu göstərib. Almaniyada işə gediş səfərlərinin sayı koronavirusdan əvvəlki adi həftəyə nisbətən 43 faiz azalmış, İtaliya, İspaniya, Fransa və İngiltərədə isə bu göstərici 63 faizdən 68 faizə düşmüşdür.

UBS-dən olan Avropa üzrə təhlilçi Feliks Hyufner qeyd edib ki, pərakəndə satış, nəqliyyat, əyləncə və qida bölmələri virusdan daha çox ziyan çəkiblər və “xidmət sahələrinin bərpasına yönələn hər bir tədbir çox mühümdür”.

“Koronavirusun birbaşa iqtisadi təsirləri lokallaşdırmanın daha asan olduğu şimal ölkələrinə nisbətən Avrozonanın cənubundakı ölkələrdə və Fransanın iqtisadiyyatlarında daha çox hiss olunacaq”, – deyə Hollandiyanın İNG Bankının baş iqtisadçısı Bert Koleyn bildirib. Onun sözlərinə görə, “adi həyata sürətli dönüş olmayacaq”.

Oxford Economics-dən olan iqtisadçı Angel Talavera, məhdudiyyətlərin aradan qaldırılması prosesinin aylarla çəkəcəyini və bu iqtisadi fəaliyyətin ehtimal ki, bu ilin sonuna qədər özünün koronavirusdan əvvəlki səviyyələrindən aşağı qalacağını qeyd edib.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

195-2 çağrı mərkəzinə müraciətlər 4 dəfə artıb

posted in: Xəbər | 0

195-2 çağrı mərkəzinə müraciətlər 4 dəfə artıb

195-2 çağrı2020-ci ilin aprel ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 8 322 müraciət daxil olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfədən çox artım deməkdir.

Bu barədə nazirliyə istinadən xəbər verilir.

Məlumata görə, müraciətlər əsasən, koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlətin maliyyə-iqtisadi dəstək tədbirləri, nəzərdə tutulan vergi güzəştləri və tətilləri, tibbi maska və spirtlə təminat, lisenziyaların verilməsi, güzəştli kreditlərin alınma mexanizmi, investisiya təşviqi, təsdiqedici sənədlərin alınması, həmçinin nazirliyin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib. Onların əksər hissəsi operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətləri isə nazirliyin aidiyyəti strukturları araşdıraraq qanunvericiliyə uyğun tədbirlər görüb və müraciət edən şəxslərə cavab verilib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

error: Content is protected !!