Vergi sistemlərinin inkişaf tarixindən 27 dərs (1-ci hissə)

posted in: Xəbər | 0

Vergi sistemlərinin inkişaf tarixindən 27 dərs

1-ci hissə

Böyük imperiyaların vergilərlə özlərini məhv etdiyi tezisi getdikcə daha çox təsdiqini  tapır. Vergilər çox vaxt böyük sosial partlayışlara  gətirib çıxaran bir qığılcım idi. Alimlərdən birinin rəyinə görə, Mayya sivilizasiyasının çöküşü , sakinlərinin vergilər üzündən cəngəlliklərə qaçmasıdan sonra başlanmışdı. Gəlin baxaq-görək, vergitutmanın çoxəsrlik tarixi bizə hansı dərslər verir.

Hökumət tərəfindən vergi yükünün kəskin artırılması dörd vəziyyətə gətirib çıxara bilər ki, onlardan da üçü – pis hesab olunur:
  • qiyam;
  • vergidən yayınma;
  • digər vergi yurisdiksiyasına keçmək.

Yüksək vergilər ölkəsində çox vaxt inflyasiya, aşağı əmək məhsuldarlığı, iqtisadi artım templərinin yavaşlaması və bürokratiyanın səlahiyyətlərinin genişləndirilməsi də baş verir. Bütün bunlar fərdi azadlıqların eroziyasına gətirib çıxarır. Vergi ödəyiciləri, bir qayda olaraq, vergi yükünün nə qədər böyük olduğunu dərk etmirlər. Onlar 20 – 30 il bundan əvvəl necə olduğunu bilmirlər, ona görə məsələ vergi qiyamlarına nadir hallarda gedib çıxır: hökumət vergiləri birdəfəlik təkanla qaldırmır, bunu kiçik “addımlarla” həyata keçirir. Müharibələr və ətraf mühitin çirklənməsi ilə yanaşı, vergiləri XX əsrin ən böyük fəlakətlərindən biri adlandırmaq olar.   

Vergilər sosial qaydanın dəqiq bir barometridir. Ölkədə hansı vergilərin müəyyən edilməsi, kim onları ödəyir, vergi bazasını kim qiymətləndirir, vergiləri kim toplayır və onlar necə xərclənirlər əsasında cəmiyyət haqqında çox şey demək olar. Sivilizasiyaların tarixi göstərir ki, səlahiyyətlilər və siyasətçilər, adi şəxslərdən daha az vergi ödəyirlər.

Etika baxımından, vergi sistemi iki müddəaya əsaslanmalıdır: birincisi, ədalətli və səmərəli vergi sisteminin işlənib hazırlanması hər bir hökumətin borcudur. “Ədalətlilik” – dəyərləndirmə vergilərin yığımı baxımından. “Səmərəlilik” – dövlət pullarının necə idarə olunması və xərclənməsi baxımından.

Budur, vergi sistemlərinin və sivilizasiyaların inkişafı tarixindən əsas dərslər:

  1. Bir çox böyük dövlətlər özlərini vergilərlə məhv etdilər və əksinə: bir çox ölkələr böyük və zəngin oldular, çünki iqtisadi artımı və biznesin inkişafını stimullaşdıran səmərəli vergi sistemi yaratdılar.
  2. Hansı vergiləri tətbiq etməyinizdən asılı olmayaraq, azadlıq bundan ziyan çəkməsin deyə, həmin vergilərə həmişə nəzarət etmək lazımdır.
  3. Hər şeyi əhatə edən vergi sistemi məmurların əlində böyük bir hakimiyyətin olmasını nəzərdə tutur. Zamanla həmin hakimiyyət böyük bir gücə transformasiya olunur – bu güc təkcə vergi ödəyicilərinin deyil, həm də digər hakimiyyət orqanlarını öz əhatəsinə alır. Hətta krallar və imperatorlar belə, vergi orqanları qarşısında təslim olublar.
  4. Qədim yunanlar despotizmdən azad ilk sivilizasiyanı qurublar. Onlar mütərəqqi cəmiyyətə yol açdılar, zülmün pis vergi sisteminin, xüsusilə birbaşa vergilərin məhsulu olduğunu başa düşdülər.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-ın maliyyə partnyorluğu ilə Vergi Xidməti ƏDV-lərin bir hissəsini geri qaytaracaq

posted in: Bank, Xəbər | 0

Kapital Bank-ın maliyyə partnyorluğu ilə Vergi Xidməti ƏDV-lərin bir hissəsini geri qaytaracaq.

Kapital Bank ƏDV2019-cu ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, istehlakçılara pərakəndə ticarət və iaşə obyektlərində alınan mallara görə ödənilən Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsini geri almaq mümkün olacağı barədə məlumat verib. Kapital Bank-ın maliyyə partnyorluğu ilə təqdim olunan layihə çərçivəsində artıq istehlakçılar ödədikləri ƏDV-nin bir hissəsini geri ala biləcəklər.

Bunu həyata keçirmək üçün istehlakçı www.edvgerial.az saytına daxil olub, elektron kabinet yaratmalıdır. Qeydiyyat zamanı şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi qeyd olunmalıdır. ƏDV qeyd olunan obyektlərdən toplanılan kassa çekləri əsasında geri qaytarılır. Bunun üçün bir neçə məqama diqqət yetirmək lazımdır: istehlakçı fiziki şəxs olmalıdır, satıcı ƏDV ödəyicisi olmalıdır, həmçinin ödəniş zamanı yeni nəsil kassa aparatlarından istifadə etmək zəruridir.

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində portal vasitəsilə müraciət etməli və çek barədə məlumatları – çekinin 12 simvollu fiskal İD-sini elektron kabinetə daxil olmaqla əlavə etməlidir. Eyni zamanda istehlakçı BirBank mobil tətbiqinin QR Pay xidmətindən istifadə edərək, çəkin üzərində olan QR kodu skan edib, onu daha tez və rahat şəkildə portala yükləyə bilər. QR Pay xidmətindən yararlanmaq üçün həm portal, həm də BirBank eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir.

Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilir. İstifadəçi toplanan vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər. Qeyd edək ki, yanacaqdoldurma məntəqələri daxil olmaqla neft-qaz məhsullarına görə edilən ödənişlərə görə ƏDV geri qaytarılmır. Həmçinin, Kapital Bank tərəfindən ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq olunmur.

ƏDV-nin qaytarılması ilə bağlı video təlimat: www.youtube.com/watch?v=9r52-BqCI_U

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hesablama Palatasının ötən il aşkar etdiyi nöqsanların tərkibi açıqlanıb

posted in: Xəbər | 0

Hesablama Palatasının ötən il aşkar etdiyi nöqsanların tərkibi açıqlanıb.

Hesablama PalatasıHesablama Palatası -nın 2019-cu ildə aşkar etdiyi 561 nöqsanın 172-si büdcə qanunvericiliyinin pozulması ilə bağlı olub.

Bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən il dövlət satınalmaları ilə bağlı qanunvericiliyin pozulmasına dair 136, mühasibat uçotu və hesabatlılıq üzrə qanunvericiliyin pozulmasına dair 119, əsaslı vəsait qoyuluşları (tikinti) üzrə qanunvericiliyin pozulmasına dair 56, Büdcə gəlirlərinin hesablanması, yığılması və ödənilməsi üzrə qanunvericiliyin pozulmasına dair 42, Büdcədənkənar fond, sosial təminat və sosial müdafiə üzrə qanunvericiliyin pozulmasına dair 24, Dövlət əmlakı üzrə qanunvericiliyin pozulmasına dair 7, Bank-kredit, valyuta əməliyyatları və dövlət borcu sahəsində qanunvericiliyin pozulmasına dair isə nöqsan aşkar edilib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hüquqi şəxslərin əmlak satışından əldə etdiyi gəlirlərin vergiyə cəlb edilməsi

posted in: Uncategorized, Xəbər | 0

Vergi MəcəlləsiHüquqi şəxslərin əmlak satışından əldə etdiyi gəlirlərin vergiyə cəlb edilməsi.

Vergi Məcəlləsində 2020-ci il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdən biri də hüquqi və fiziki şəxslər tərəfindən yaşayış, qeyri-yaşayış sahələrinin, torpaq sahələrinin təqdim edilməsi üzrə vergilərin tutulması, hesablanması və hesabatlılığı məsələləridir. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Qeyd olunan əməliyyatlar üzrə dövriyyələr dəyişikliyə qədər sadələşdirilmiş vergiyə cəlb olunur, həmin əməliyyatlar üzrə vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyiciləri sayılırdı. Həmin vergi ödəyicilərinin digər əməliyyatlar üzrə gəlirləri isə fərqli qaydada vergiyə cəlb edilirdi.

Bundan əvvəlki yazıda yaşayış, qeyri-yaşayış və torpaq sahələrini təqdim edən fiziki şəxslərin vergi öhdəliklərinə diqqət yetirmişdik. İndi isə eyni mövqedə olan hüquqi şəxslərin hüquq və vəzifələrinə aydınlıq gətirməyə çalışmışıq.

Bu ildən tətbiq olunan yeniliklərə əsasən, hüquqi şəxslərin təqdim etdikləri daşınmaz əmlaklara görə vergi öhdəlikləri Vergi Məcəlləsinin 218.4.5-ci maddəsi ilə tənzimlənir.

Misal 1: Tutaq ki, “AA” MMC-nin Bakı şəhərində qalıq dəyəri 100.000 manat olan 300 kv.m yaşayış və ya qeyri-yaşayış sahəsi vardır və MMC həmin sahəni satır. Bundan əlavə, onun mülkiyyətində Bakı şəhərində 40.000 manatlıq, 1 hektar torpaq sahəsi vardır və onu da satmaq istəyir. Bu zaman vergitutma və hesabatlılıq necə olmalıdır?

Hüquqi şəxslərdə bu məsələ fiziki şəxslərdən fərqlidir. Burada əsasən, Vergi Məcəlləsinin 218.4.3-cü, 218.4.5-ci, 219.3-1-ci, 220.8-ci maddələrinə istinad edilməlidir. 218.4.3-cü maddəyə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir. 218.4.5-ci maddədə isə göstərilib ki, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyiciləri hesab olunur. 218.4.3-cü maddədə “…həyata keçirən fiziki şəxslər”, 218.4.5-ci maddədə isə “…həyata keçirən şəxslər” ifadələrinə diqqət yetirilməlidir. Odur ki, bu əməliyyatlar vergitutma baxımından hüquqi şəxslərdə fiziki şəxlərlə tam eyni deyildir. Yəni 218.4.3-cü maddə yalnız fiziki şəxslərə şamil olunur, hüquqi şəxslərə aid deyildir. Amma 218.4.5-ci maddədə isə ümumi anlayış (“…şəxslər”) qeyd edildiyi üçün bu maddə hüquqi şəxslərə də şamil olunur.

Bu halda, yuxarıdakı misalda göstərilən torpaq sahəsi üçün verginin məbləği belə hesablanır:

10.000 kv.m *0,5 manat = 5.000 manat.

Bakı şəhərində yerləşmə zonasına uyğun əmsalları (1,2-dən 4,0-a kimi) tətbiq etməklə verginin dəqiq məbləğini müəyyən etmək olar. Bundan əlavə, torpaqların təyinatından (sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı) asılı olaraq 1,5 əmsalı tətbiq olunur.

1 yanvar 2020-ci il tarixinədək hüquqi şəxslər üçün də yaşayış və qeyri-yaşayış sahələrinin satışı əməliyyatları sadələşdirilmiş vergi tutulan əməliyyatlar sayılırdı və fiziki şəxslərdə necə hesablanırdısa, hüquqi şəxslərdə də eyni qaydada hesablanırdı və vergilər notariuslar tərəfindən tutularaq ödənilir, hesabatlılıq notariuslarda olurdu. 1 yanvar 2020-ci ildən sonra isə hüquq şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin satışı malların, əmlakın təqdim edilməsi kimi qiymətləndirilir. Əgər hüquqi şəxs ƏDV ödəyicisidirsə, ƏDV və mənfəət vergisi hesablanaraq ödənilir və bunlar hesabatlarda əks olunur.

Misal 2: Tutaq ki, “AA” MMC ƏDV ödəyicisidir və qalıq dəyəri 100.000 manat olan əmlakı 150.000 manata satıb. Bu halda ƏDV belə hesablanacaq:

150.000:1,18x 18% = 22.881,37 manat

MMC 2020-ci ilin mənfəət vergisi bəyannaməsində vergiyə cəlb edilən mənfəətini 27.118,63 manat göstərməlidir:

150.000 – 22.881,37 – 100.000= 27.118,63 manat .

Ümumi mənfəət (bütün digər əməliyyatlarla) isə sonda 20 faiz mənfəət vergisinə cəlb edilir.

Hüquqi şəxs olan vergi ödəyiciləri bu məsələdə daha diqqətli olmalıdırlar: onlar, bəzən səhv olaraq, yaşıyış və qeyri-yaşayış sahələrini satarkən 1 yanvar 2020-ci il tarixinə kimi qüvvədə olan qaydalardan istifadə edirlər.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun