Dünyada ən yüksək maaşı kim alır? (I hissə)

posted in: Xəbər | 0

Koronavirus, yüksək əmək haqqıDünyada kim ən yüksək əmək haqqı alır? (I hissə)

İxtisasla bağlı qərar qəbul edərkən əldə olunan peşənin sizi, eləcə də ailənizi təmin edib-etməyəcəyi barədə düşünməyə dəyər.

Dünyada kim hamıdan çox qazanır, bu gün hansı mütəxəssislərə ən çox tələbat var və nəyə can atmağına dəyər? Bu suallara cavab vermək üçün ən böyük əmək haqqı olan şəxslərin siyahısı ilə tanış olmaq lazımdır.

Vəzifələr kəsimində

Forbes nəşri ən yüksək tarif üzrə ödənilən vəzifələrin reytinqini tərtib etmişdir. Sahələr üzrə orta əmək haqqı diqqətə alınırdı.

Jurnalın versiyasına görə:

• neft-qaz şirkətlərinin rəhbər heyəti öz əməyinə görə ayda nə az-nə çox 150 min ABŞ dolları alır;
• ağır sənaye sahəsindən olan top-menecerlərin aylıq maaşı 100 min dollar təşkil edir;
• hazırda investisiya banklarının rəhbərliyi də ayda ən azı 100 min dollar əmək haqqı alır. Üçüncü mövqe onlara əmək haqqı səviyyəsinin mümkün mənfi dinamikasına görə dünyada investisiya bazarının qeyri-sabitliyinə görə verilib;
• kommersiya banklarının rəhbərliyinin maaşı ayda 80-70 min dollar təşkil edir;
• telekommunikasiya şirkətlərinin direktorları hər ay təxminən 55 min dollar qazanırlar;
• inşaat və sığorta şirkətlərinin rəhbərləri maaş həcminə görə eyni sırada dayanırlar. Onların aylıq maaşı orta hesabla 50 min dollar təşkil edir;
• ticarət sahəsində çalışan yüksək səviyyəli idarəedicilər öz əməklərinə görə ayda 40 min dollar qazanırlar;
• geniş çeşiddə istehlak malları istehsal edən şirkətlərin rəhbərliyi 35 min dollar məbləğində əmək haqqı alır;
• əczaçılıq şirkətlərinin top-menecerlərinin də sanballı (35 min dollardan az olmayan) maaşları var.

Bu siyahıya əsasən, neft və qazçıxarma sahəsi, ağır sənaye, bank və sığorta sahələri ilə bağlı olanların ən yüksək məvacibləri vardır. Yüksək gəlirlər investisiya fəaliyyətini, tikinti biznesi, ticarət və əczaçılıq sahələrini təmin edir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Neft şirkətləri sarsıdıcı zərərə uğrayacaqlar

posted in: Məqalə, Xəbər | 0

neft şirkətləri2020-ci ildə neft şirkətləri sarsıdıcı zərərə uğrayacaqlar – koronavirus pandemiyası səbəbindən şirkətlərin gəlirlərində olan itkilər bir trilyon dollar təşkil edəcək. Bu barədə Rystad Energy tədqiqat şirkətinin materiallarına istinadən CNBC kanalı məlumat verib.

Tədqiqat şirkətinin məlumatlarına əsasən nəhəng neft şirkətləri 2019-cu ildə 2,47 trilyon dollar gəlir əldə ediblər. Neft hasilatı və satışındakı hazırkı eniş, gəlirlərin 40 faizlik ixtisarı ilə müşayiət oluna bilər ki, bu da 1,47 trilyon dollar təşkil edəcək.

Tələbatın azalması və neft hasilatının məcburi ixtisarları koronavirus infeksiyasının geniş yayılması səbəbindən tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin nəticəsidir. Özünütəcrid rejiminin tətbiqinə qədər ekspertlər 2,35 trilyon dollara qədər gəlir olacağını proqnozlaşdırırdılar. Bununla yanaşı, pandemiyaya qədər proqnozlaşdırılan 2,52 trilyon dollara nisbətən mənfəətin 1,79 trilyon dollara düşməsi gözlənilir.

Nəticədə, enerji sektorunun payında kəskin şəkildə azalma baş verdi: bu gün həmin pay S&P-nin (ən yüksək kapitallaşmaya sahib 505 ictimai şirkətin daxil olduğu nüfuzlu ABŞ fond indeksi) yalnız 3 faizini təşkil edir. On il bundan əvvəl isə həmin pay 15 faiz təşkil edirdi. Deməli, sözügedən payda eniş 10 il ərzində 5 dəfə azalıb. Analitiklər həmçinin qeyd etdilər ki, 2020-ci ildə razılaşdırılmış layihələr çərçivəsində fəaliyyət 1950-ci ildən bu yana ən aşağı səviyyəyə çatıb: neft sahəsinə yatırılan investisiyaların həcmi 110 milyard dollara düşüb ki, bu da 2019 səviyyəsinin 25 faizindən də azdır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu sahələr üzrə vergi hesabatlarının vaxtı bir daha uzadıldı

posted in: Vergi, Xəbər | 0

Bu sahələr üzrə vergi hesabatlarının vaxtı bir daha uzadıldı.

Vergi hesabatlarıXüsusi karantin rejimi ilə əlaqədar vergi hesabatlarının təqdim edilməsi müddətləri barədə

Məlum olduğu kimi, koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi tətbiq edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 1 may 2020-ci il tarixli 163 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılmışdır. Bununla belə, ölkə ərazisində regionlardan asılı olaraq bəzi fəaliyyət sahələri üzrə məhdudiyyətlər aradan qaldırılmış, bəzi fəaliyyət sahələri üzrə isə saxlanılmışdır.

Buna əsasən, xüsusi karantin dövrü ilə əlaqədar (2020-ci il 31 mart – 31 may) vergi hesabatları -nın verilməsinin və vergilərin ödənilməsinin son müddəti aşağıdakı kimi müəyyən edilir:

1. Fəaliyyətinə icazə verilən, o cümlədən regionlar üzrə fəaliyyətinə icazə verilən sahələr üzrə  vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral və mart ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti – 5 may 2020-ci il.

2. Fəaliyyəti məhdudlaşdırılmış, o cümlədən regionlar üzrə fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral, mart və aprel ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti – 31 may 2020-ci il.

Mənbə: taxes.gov.az

 


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda nə qədər e-kassa quraşdırılıb?

posted in: Xəbər | 0

Azərbaycanda alış-veriş məntəqələrində quraşdırılan elektron kassa aparatlarının (e-kassa) sayı bəlli olub.

Bu günə qədər ticarət, ictimai iaşə obyektlərində 12 707 e-kassa quraşdırılıb.

Belə ki, bu kassalar 6 operator tərəfindən quraşdırılır. Onlar, “Az Smart”, “NBA Technologies International”, “CASPOS”, “OMNITECH”, “POS.AZ” MMC-lər və “DATAPAY” QSC-dir.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində mərhələdən ibarət olmaqla e-kassaların keçidinə başlanılıb.

Həmin proses, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli qərarına əsasən həyata keçirilir.

2019-cu il iyulun 1-dək olan birinci mərhələdə Bakı şəhəri üzrə iri ticarət mərkəzlərində, Mall tipli ticarət mərkəzlərində, avtomobil satışı üzrə ixtisaslaşmış müəssisələrdə, şadlıq evlərində, Bakı, Gəncə və Sumqayıt şəhərlərində şəbəkə sistemli marketlər və yanacaqdoldurma məntəqələrində tətbiqi nəzərdə tutulub.

2019-cu il oktyabrın 1-dək olan ikinci mərhələdə bu siyahıya Azərbaycanın bütün şəhər və regionları üzrə mebel satışı üzrə ixtisaslaşmış müəssisələr daxil edilib.

2020-ci il yanvarın 1-dən isə 3-cü mərhələ kimi bütün ölkə ərazisində e-kassaların tətbiqinə keçilib.

Sonuncu – IV mərhələdə isə ölkə üzrə müxtəlif tarixlərdə fərqli regionlarda e-kassalara keçid prosesinin tamamlanması nəzərdə tutulub. Belə ki, bu mərhələdə 2021-ci il aprelin 1-dək Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 2021-ci il oktyabrın 1-nə qədər Abşeron, Mingəçevir, Şəki, Şirvan, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan Sabirabad, Naftalan şəhər və rayonlarında olan digər pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə subyektlərin (obyektlərin) e-kassaya keçidi nəzərdə tutulub. Burada adı çəkilən şəhər və rayonların kənd və qəsəbələri istisnadır.

2021-ci il dekabrın 31-nə qədər kənd və qəsəbələri istisna olmaqla digər rayon mərkəzlərində olan digər pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə subyektlərin (obyektlərin) e-kassaya keçidi həyata keçiriləcək. Bu mərhələdə sonuncu tarix isə 2022-ci il dekabrın 31 müəyyən edilib. Belə ki, bu tarixə qədər Azərbaycanın bütün kənd və qəsəbələrində olan (işğal altında olan ərazilər işğaldan azad edildikdən sonra) digər pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə subyektlərin (obyektlərin) e-kassaya keçidi həyata keçiriləcək.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun