» » » Neft şirkətləri sarsıdıcı zərərə uğrayacaqlar

Neft şirkətləri sarsıdıcı zərərə uğrayacaqlar

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

neft şirkətləri2020-ci ildə neft şirkətləri sarsıdıcı zərərə uğrayacaqlar – koronavirus pandemiyası səbəbindən şirkətlərin gəlirlərində olan itkilər bir trilyon dollar təşkil edəcək. Bu barədə Rystad Energy tədqiqat şirkətinin materiallarına istinadən CNBC kanalı məlumat verib.

Tədqiqat şirkətinin məlumatlarına əsasən nəhəng neft şirkətləri 2019-cu ildə 2,47 trilyon dollar gəlir əldə ediblər. Neft hasilatı və satışındakı hazırkı eniş, gəlirlərin 40 faizlik ixtisarı ilə müşayiət oluna bilər ki, bu da 1,47 trilyon dollar təşkil edəcək.

Tələbatın azalması və neft hasilatının məcburi ixtisarları koronavirus infeksiyasının geniş yayılması səbəbindən tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin nəticəsidir. Özünütəcrid rejiminin tətbiqinə qədər ekspertlər 2,35 trilyon dollara qədər gəlir olacağını proqnozlaşdırırdılar. Bununla yanaşı, pandemiyaya qədər proqnozlaşdırılan 2,52 trilyon dollara nisbətən mənfəətin 1,79 trilyon dollara düşməsi gözlənilir.

Nəticədə, enerji sektorunun payında kəskin şəkildə azalma baş verdi: bu gün həmin pay S&P-nin (ən yüksək kapitallaşmaya sahib 505 ictimai şirkətin daxil olduğu nüfuzlu ABŞ fond indeksi) yalnız 3 faizini təşkil edir. On il bundan əvvəl isə həmin pay 15 faiz təşkil edirdi. Deməli, sözügedən payda eniş 10 il ərzində 5 dəfə azalıb. Analitiklər həmçinin qeyd etdilər ki, 2020-ci ildə razılaşdırılmış layihələr çərçivəsində fəaliyyət 1950-ci ildən bu yana ən aşağı səviyyəyə çatıb: neft sahəsinə yatırılan investisiyaların həcmi 110 milyard dollara düşüb ki, bu da 2019 səviyyəsinin 25 faizindən də azdır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun