İcbari tibbi sığorta üzrə sığorta haqqının hesablanması qaydası təsdiq edildi

posted in: Xəbər | 0

icbari tibbi sığorta“İcbari tibbi sığorta üzrə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət Qaydası”nın təsdiq edilməsi haqqında

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli Fərmanının 2.3.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “İcbari tibbi sığorta üzrə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 5 oktyabr 2020-ci il
№ 376

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 5 oktyabr
tarixli 376 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

İcbari tibbi sığorta üzrə sığorta haqqının
hesablanmasına və ödənilməsinə nəzarət

QAYDASI
1. Ümumi müddəalar

1.1. Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15-24.2-ci maddəsinə əsasən hazırlanmışdır və Qanunun 15-24.1-ci maddəsində qeyd olunan şəxslər istisna olmaqla, digər şəxslərə (bundan sonra – sığortaolunanlar) münasibətdə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət qaydasını müəyyən edir.

1.2. Sığortaolunanlara münasibətdə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən icbari tibbi sığorta üzrə məlumat bazası (elektron informasiya ehtiyatı) (bundan sonra – məlumat bazası) vasitəsilə həyata keçirilir.
2. Sığorta haqqının hesablanmasına nəzarət

2.1. Sığortaolunanlar üzrə illik sığorta haqqının dərəcəsi minimum aylıq əməkhaqqının 48 faizi həcmində müəyyənləşdirilir və Qanunun 15-11.6-cı maddəsinə müvafiq olaraq sığorta haqqı tam məbləğdə hər təqvim ili üçün yanvar ayının 15-dək icbari tibbi sığorta fonduna ödənilir.

2.2. Sığortaolunanlar tərəfindən sığorta haqqını ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanır.

2.3. Sığortaolunan tərəfindən ödənilməli olan sığorta haqqının hesablanmasına nəzarət sığorta haqqını ödəmək öhdəliyi yarandığı andan etibarən Agentliyin məlumat bazası vasitəsilə sığortaolunanın FİN-i üzrə elektron şəkildə aparılır.

3. Sığorta haqqının ödənilməsinə nəzarət

3.1. Sığortaolunanlar tərəfindən sığorta haqqının ödənilməsinə nəzarət Agentliyin məlumat bazası vasitəsilə aparılır və sığorta haqqını ödəməmiş sığortaolunanlara dair hesabat real vaxt rejimində generasiya olunur.

3.2. Qanunun 15-12.2-ci maddəsinə əsasən ilkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, sığorta haqları ödənilmədiyi hallarda xidmətlər zərfi çərçivəsində sığortaolunanlara tibbi xidmətlər onların öz vəsaiti hesabına göstərilir.

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat və vergi uçotunun fərqi (2-ci hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotuMühasibat və vergi uçotu arasında fərq

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Vergi və mühasibat uçotu arasında fərq

Strukturundan (böyüklüyü, idarəetmə forması, əsasından – kommersiya / büdcə), eləcə də hüquqi formasından asılı olmayaraq istənilən təşkilatda sistemli, təşkil olunmuş hesabatlılıq zəruridir.

Bu cür mühasibat uçotunun məqsədləri çox aydındır: təşkilatın fəaliyyətinə nəzarət etmək və tənzimləmək (istənilən təsərrüfat əməliyyatlarının aparılması).

Təşkilat tərəfindən həyata keçirilən bu cür əməliyyatlar çoxdur: malların istehsalı / satılması – müvafiq olaraq xərclər / gəlirlər, işçilərə ödənişlər, aktivlərin hərəkəti və s. Ona görə də mütəxəssislər tərəfindən təsərrüfat uçotunun aparılmasına böyük ehtiyac var.

Əslində təsərrüfat uçotu əsasən məlumatla işləməyə yönəlmiş bir neçə mərhələdən ibarətdir. Sözügedən mərhələlərdən (onların növlərindən) və təsərrüfat hesabatları arasında istifadə edilən məlumatlardan asılı olaraq bu, fərqlənə bilər: operativ, mühasibat uçotu və statistik. Təsərrüfat uçotunun bu növləri əsas olanlardır, onlara istinad edərək digərləri, məs, mühasibat uçotu vergi hesabatlılığı (uçotu) üçün əsas yarada bilər.

Mühasibat uçotunun xüsusiyyətləri

Təşkilat tərəfindən aparılan təsərrüfat, əmlak əməliyyatları (istənilən fəaliyyət növü) mühasibat uçotunda sənədləşdirilmiş şəkildə göstərilir. Ona görə də sözügedən təşkilatın kapitalının (əmlakının) vəziyyətinin dəyişdirilməsi və iqtisadi əməliyyatlar üzrə bütün rəngarənlik, mühasibat uçotu sistemində sonradan toplanması, qaydaya salınması və əks etdirilməsi üçün qeydiyyata alınır.

Təşkilatın “iqtisadiyyatına” təsir edən fəaliyyətləri (əmlak, öhdəliklər) və maliyyə hesabatları üçün bir obyektdir. Sonuncu, müəssisə/təşkilatın özünün və ya mühasibat müşayiətinin kənar subyektinin səlahiyyətli mütəxəssisi tərəfindən həyata keçirilir, tərtib edilir.

Mühasibat  uçotu / hesabat aşağıdakı məqsədləri yerinə yetirmək üçün müəyyən edilmiş vəzifələri yerinə yetirir:

  • Profilaktik: təşkilatın bütün iqtisadi prosesinə aid mənfi nəticələr barədə xərbərdarlıq (zərurət yarandıqa onların aradan qaldırılması).
  • Gizli ehtiyatların (təşkilatdaxili) aşkar edilməsi yolu ilə maliyyə sabitliyinin / dayanıqlığının təmin edilməsi.
  • Nəzarətedici: təşkilatın təsərrüfat fəaliyyətinin belə sahələrini müşahidə etmək və yoxlamaq:
  • Qanunvericilik normalarının və təşkilatdaxili nizamnamələrin, smetaların və normativlərin yerinə yetirilməsinin düzgünlüyü.
  • Təşkilatın həyata keçirdiyi əməliyyatların, təsərrüfat proseslərinin məqsədəuyğunluğu.
  • Resursların –  o cümlədən, maddi və əmək resursları daxil olmaqla – idarə edilməsinin / istifadəsinin məqsədəuyğunluğu .
  • Təşkilatın əmlakının, kapitalının vəziyyəti (mövcudluğu) və hərəkəti.

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz. 


Teleqram qrupumuza üzv olun



Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son iş elanları və xəbərləri izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Parlament “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri qəbul etdi

posted in: Xəbər | 0

Dövlət rüsumuParlament “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri qəbul etdi.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə qanunun 18.65.3-1-ci bəndi yeni redaksiyada verilir.

Yeni redaksiyaya əsasən, yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Qanunun hazırkı bəndi isə belədir:

“Hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.

Qanunun qeyd hissəsində göstərilib ki, təklif olunan dəyişikliklər aşağıdakıları nəzərdə tutur:

Minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmindən imtina olunması və rüsumların daimi olaraq müəyyən edilməsi;

Həmin dövlət rüsumlarının minik avtomobilləri hərracda özgəninkiləşdirildiyi hallara da şamil edilməsi;

Yaxın qohumlara bağışlanması hallarına görə dövlət rüsumunun istisna olunması və bu hala görə daha az dövlət rüsumunun (10 manat müəyyən edilməsi).

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda qəbul edilib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Almaniya Avropa iqtisadiyyatının böhrandan çıxmasına təkan verib

posted in: Xəbər | 0

Almaniya Avropa iqtisadiyyatının böhrandan çıxmasına təkan verib

Almaniya AvropaAvrozonada sənaye istehsalının artım templəri son 26 ayda – yəni, iki ildən çoxdur ki, maksimum həddə çatıb. IHS Markit şirkətinin məlumatlarından çıxış edərək söyləmək olar ki, Avropa iqtisadiyyatının göstəriciləri Almaniyanın uğurları sayəsində maliyyə böhranı çökəkliyindən təkanla qalxmağa nail olub.

2020-ci ilin sentyabr ayında avro bölgəsində  Purchasing Managers Index (PMI) indeksi 53,7 bala yüksəlib. Avqust ayında isə bu 51,7 bal səviyyəsində idi. IHS hesabatında deyilir ki, regionda sənaye istehsalının artımı AFR-də iqtisadi vəziyyətin yaxşılaşmasını təşviq edir. “Sentyabrda avrozonanın emal sənayesinin artımının təxminən yarısı Almaniyanın payına düşür ki, onun köməyi olmadan bu rəqəmlər daha təvazökar olardı”, – deyə hesabatda bildirilir.

Sentyabr ayında AFR-də PMI 56,4 nöqtəsinə çatdı. Göstərici 56,6 bəndində proqnozdan aşağı idi, lakin avqust ayında 52,2 səviyyəsindən yuxarı olub. 50 səviyyəsindən yuxarı olan PMI indeksinin dəyəri biznes fəaliyyətinin artması deməkdir, bu işarənin altındakı dəyər onun azalmasından xəbər verir.

Sentyabrın əvvəlində bildirilmişdi ki, Almaniyanın koronavirusun fəsadlarına qarşı mübarizə sahəsində səyləri bəhrəsini verməyə başlamışdır. Avropanın əsas iqtisadiyyatında 2020-ci ilin yekunları üzrə istehsal 5,8 faiz azalacaq, halbuki aprel ayında pandemiyanın qızğın vaxtında bu istehsalın 6,3 faiz aşağı düşəcəyi gözlənilirdi. İqtisadiyyat Nazirliyində V-obrazlı iqtisadiyyatın bərpasını gözləyirlər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 985 986 987 988 989 990 991 2. 388