» » » İcbari tibbi sığorta üzrə sığorta haqqının hesablanması qaydası təsdiq edildi

İcbari tibbi sığorta üzrə sığorta haqqının hesablanması qaydası təsdiq edildi

posted in: Xəbər | 0
birbank biznes

icbari tibbi sığorta“İcbari tibbi sığorta üzrə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət Qaydası”nın təsdiq edilməsi haqqında

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli Fərmanının 2.3.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “İcbari tibbi sığorta üzrə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 5 oktyabr 2020-ci il
№ 376

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 5 oktyabr
tarixli 376 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

İcbari tibbi sığorta üzrə sığorta haqqının
hesablanmasına və ödənilməsinə nəzarət

QAYDASI
1. Ümumi müddəalar

1.1. Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15-24.2-ci maddəsinə əsasən hazırlanmışdır və Qanunun 15-24.1-ci maddəsində qeyd olunan şəxslər istisna olmaqla, digər şəxslərə (bundan sonra – sığortaolunanlar) münasibətdə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət qaydasını müəyyən edir.

1.2. Sığortaolunanlara münasibətdə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən icbari tibbi sığorta üzrə məlumat bazası (elektron informasiya ehtiyatı) (bundan sonra – məlumat bazası) vasitəsilə həyata keçirilir.
2. Sığorta haqqının hesablanmasına nəzarət

2.1. Sığortaolunanlar üzrə illik sığorta haqqının dərəcəsi minimum aylıq əməkhaqqının 48 faizi həcmində müəyyənləşdirilir və Qanunun 15-11.6-cı maddəsinə müvafiq olaraq sığorta haqqı tam məbləğdə hər təqvim ili üçün yanvar ayının 15-dək icbari tibbi sığorta fonduna ödənilir.

2.2. Sığortaolunanlar tərəfindən sığorta haqqını ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanır.

2.3. Sığortaolunan tərəfindən ödənilməli olan sığorta haqqının hesablanmasına nəzarət sığorta haqqını ödəmək öhdəliyi yarandığı andan etibarən Agentliyin məlumat bazası vasitəsilə sığortaolunanın FİN-i üzrə elektron şəkildə aparılır.

3. Sığorta haqqının ödənilməsinə nəzarət

3.1. Sığortaolunanlar tərəfindən sığorta haqqının ödənilməsinə nəzarət Agentliyin məlumat bazası vasitəsilə aparılır və sığorta haqqını ödəməmiş sığortaolunanlara dair hesabat real vaxt rejimində generasiya olunur.

3.2. Qanunun 15-12.2-ci maddəsinə əsasən ilkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, sığorta haqları ödənilmədiyi hallarda xidmətlər zərfi çərçivəsində sığortaolunanlara tibbi xidmətlər onların öz vəsaiti hesabına göstərilir.

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun