Mühasibat və vergi uçotu arasında fərq
2-ci hissə
Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.
Vergi və mühasibat uçotu arasında fərq
Strukturundan (böyüklüyü, idarəetmə forması, əsasından – kommersiya / büdcə), eləcə də hüquqi formasından asılı olmayaraq istənilən təşkilatda sistemli, təşkil olunmuş hesabatlılıq zəruridir.
Bu cür mühasibat uçotunun məqsədləri çox aydındır: təşkilatın fəaliyyətinə nəzarət etmək və tənzimləmək (istənilən təsərrüfat əməliyyatlarının aparılması).
Təşkilat tərəfindən həyata keçirilən bu cür əməliyyatlar çoxdur: malların istehsalı / satılması – müvafiq olaraq xərclər / gəlirlər, işçilərə ödənişlər, aktivlərin hərəkəti və s. Ona görə də mütəxəssislər tərəfindən təsərrüfat uçotunun aparılmasına böyük ehtiyac var.
Əslində təsərrüfat uçotu əsasən məlumatla işləməyə yönəlmiş bir neçə mərhələdən ibarətdir. Sözügedən mərhələlərdən (onların növlərindən) və təsərrüfat hesabatları arasında istifadə edilən məlumatlardan asılı olaraq bu, fərqlənə bilər: operativ, mühasibat uçotu və statistik. Təsərrüfat uçotunun bu növləri əsas olanlardır, onlara istinad edərək digərləri, məs, mühasibat uçotu vergi hesabatlılığı (uçotu) üçün əsas yarada bilər.
Mühasibat uçotunun xüsusiyyətləri
Təşkilat tərəfindən aparılan təsərrüfat, əmlak əməliyyatları (istənilən fəaliyyət növü) mühasibat uçotunda sənədləşdirilmiş şəkildə göstərilir. Ona görə də sözügedən təşkilatın kapitalının (əmlakının) vəziyyətinin dəyişdirilməsi və iqtisadi əməliyyatlar üzrə bütün rəngarənlik, mühasibat uçotu sistemində sonradan toplanması, qaydaya salınması və əks etdirilməsi üçün qeydiyyata alınır.
Təşkilatın “iqtisadiyyatına” təsir edən fəaliyyətləri (əmlak, öhdəliklər) və maliyyə hesabatları üçün bir obyektdir. Sonuncu, müəssisə/təşkilatın özünün və ya mühasibat müşayiətinin kənar subyektinin səlahiyyətli mütəxəssisi tərəfindən həyata keçirilir, tərtib edilir.
Mühasibat uçotu / hesabat aşağıdakı məqsədləri yerinə yetirmək üçün müəyyən edilmiş vəzifələri yerinə yetirir:
- Profilaktik: təşkilatın bütün iqtisadi prosesinə aid mənfi nəticələr barədə xərbərdarlıq (zərurət yarandıqa onların aradan qaldırılması).
- Gizli ehtiyatların (təşkilatdaxili) aşkar edilməsi yolu ilə maliyyə sabitliyinin / dayanıqlığının təmin edilməsi.
- Nəzarətedici: təşkilatın təsərrüfat fəaliyyətinin belə sahələrini müşahidə etmək və yoxlamaq:
- Qanunvericilik normalarının və təşkilatdaxili nizamnamələrin, smetaların və normativlərin yerinə yetirilməsinin düzgünlüyü.
- Təşkilatın həyata keçirdiyi əməliyyatların, təsərrüfat proseslərinin məqsədəuyğunluğu.
- Resursların – o cümlədən, maddi və əmək resursları daxil olmaqla – idarə edilməsinin / istifadəsinin məqsədəuyğunluğu .
- Təşkilatın əmlakının, kapitalının vəziyyəti (mövcudluğu) və hərəkəti.

