» » » Mühasibat və vergi uçotunun fərqi (1-ci hissə)

Mühasibat və vergi uçotunun fərqi (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Mühasibat və vergi uçotuMühasibat və vergi uçotu arasında fərq

1-ci hissə

Mühasibat və vergi uçotunun xüsusiyyətləri

Adından da göründüyü kimi mühasibat uçotu ilə vergi uçotu arasındakı əsas fərq onların tənzimləməsi sistemindən ibarətdir. Mühasibat uçotu “Mühasibat uçotu barədə” qanunla və mühasibat uçotu sahəsində dördsəviyyəli sistem olan digər qanunvericilik sənədləri ilə tənzimlənir. Vergi uçotunun əsasında isə müvafiq olaraq vergi qanunvericiliyi və ilk növbədə Vergi kodeksi dayanır.

Mühasibat və vergi qanunvericiliyi, bir qayda olaraq, ayrı-ayrı obyektlərə və ya əməliyyatlara münasibətdə onların uçotunun variativliyini təqdim edir. Bu, təşkilat tərəfindən konkret variantın seçilməsinin zəruriliyini şərtləndirir ki, bu da Uçot siyasətində təsbit olunur. Məsələn, mühasibat uçotu və vergitutma məqsədləri üçün amortizasiya metodunun seçimi.

Bu məqsədlər üçün təşkilatlar tərəfindən mühasibat uçotu məqsədləri üçün Uçot siyasəti və vergitutma məqsədləri üçün Uçot siyasəti hazırlanır və təsdiq edilir.

Nəzərə almaq lazımdır ki, vergi uçotuna əsasən – bu, mənfəət vergisi üzrə vergi bazasının müəyyən edilməsi üçün informasiyanın ümumiləşdirilməsi sistemidir. Lakin, daha geniş mənada, vergi uçotu yalnız mənfəət vergisi deyil, bütün vergilər üzrə vergi tutulan göstəricilərin müəyyənləşdirilməsi sistemidir.

Mühasibat və vergi uçotu arasında fərq

Mühasibat uçotu və vergitutma ilə üst-üstə düşməyən amortizasiya hesablanması üsullarından başqa, mühasibat və vergi uçotunun əsas fərqlərinə bunlar aid edilə bilər:

  • gəlir və xərclərin təsnifatı qaydası;
  • gəlir və xərclərin tanınması metodları;
  • amortizasiya olunan əmlakın uçotu qaydası;
  • MİE (material-istehsal ehtiyatları) dəyərləndirilməsi üsulları;
  • birbaşa və dolayı xərclərin müəyyən edilməsi qaydası;
  • ehtiyatların yaradılması qaydası və s.

Məsələn, mühasibat uçotunda əsas vəsaitlərin amortizasiyası aşağıdakı 4 üsuldan biri ilə hesablana bilər:

  • xətti üsul;
  • qalığın azalması üsulu;
  • faydalı istifadə müddəti illik rəqəmlərin məbləği üzrə dəyərin silinməsi üsulu;
  • dəyərin məhsulun (işlərin) həcminə mütənasib olaraq silinməsi üsulu.

Vergi uçotunda isə yalnız 2 metoddan istifadə olunur:

  • xətti metod;
  • qeyri-xətti metod.

Hazırda mənfəət vergisinin hesablanmasında mühasibat və vergi uçotunun qarşılıqlı əlaqəsi “Mənfəət vergisi üzrə hesablaşmaların uçotu” MUT (mühasibat uçotu üzrə təlimat) 18/02 tətbiq etməklə həyata keçirilir.

Eyni zamanda, iki uçot sisteminin yaxınlaşması yolu ilə mühasibat və vergi uçotunda mövcud fərqlərin azaldılması yaxın illər üçün Vergi xidmətinin əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun