KOBİA Ermənistanın hərbi təxribatından ziyan çəkmiş sahibkarlara müraciət edib

posted in: Xəbər | 0

KOBİAKiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Ermənistanın sonuncu hərbi təxribatından ziyan çəkmiş sahibkarlara müraciət edib.

KOBİA-dan bildirilib ki, məlum olduğu kimi, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı növbəti hərbi təxribat nəticəsində mülki əhaliyə, infrastruktur obyektlərinə, dövlət əmlakına, eləcə də sahibkarlıq subyektlərinə ziyan dəyib. Sahibkarlıq subyektlərinə dəymiş ziyanın müəyyən olunması istiqamətində tədbirlər görülür və müvafiq məlumatlar toplanır. Sahibkarlıq subyektlərindən Ermənistanın son hərbi təxribatı nəticəsində fəaliyyətlərinə dəymiş ziyan barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə məlumat vermələri xahiş olunur.

Əlaqə telefonu: (012) 404 04 01 (daxili 187), (055) 200 02 96 (Rauf Tağıyev), e-mail: rauf.taghiyev@smb.gov.az.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

6 Oktyabr – Qazaxıstanlı mühasiblərin peşə bayramıdır

posted in: Xəbər | 0

Mühasibat peşəQazaxıstanda müxtəlif peşə sahibləri ilin müəyyən günlərində öz bayramlarını qeyd edirlər. Belə bayramlardan biri də mühasiblər günüdür. Mühasibatlıq ən mürəkkəb və məsuliyyətli peşə sahələrindən biri hesab olunur. O səbəbdən bu sahədə çalışan insanların öz bayramlarını qeyd etmələri başa düşüləndir.

Qazaxıstanda mühasib peşəsinə həsr olunmuş bayram oktyabrın 6-na təsadüf edir. Bayramın qeyd olunması üçün məhz, həmin günün seçilməsi ilə bağlı təfərrüatlı bir bilgi yoxdur.

Mühasibatlıq işçilərinin peşə bayramı adətən kollektivlərdə qeyd olunur. Kütləvi tədbirlər demək olar ki, keçirilmir.

Qazaxıstanda peşə bayramlarının əksəriyyəti qeyri-rəsmi qeyd olunur.Yəni, bu bayram dövlət səviyyəsində rəsmiləşdirilməyib.

O səbəbdən “Mühasib gününün” peşəkar bayramlar sırasında rəsmi status alması üçün imza toplanışına başlanılıb. Qeyd edək ki, həmin bayramın rəsmiləşdirilməsindən ötrü 10 000 imza toplanılmalıdır. Hazırda Qazaxıstanda bu səbəblə imza da toplanılır. Hər bir ölkə vətəndaşı onlayn-imza vasitəsilə bu bayramın rəsmiləşdirilməsinə öz töhfəsini verə bilər.

Qazaxıstandakı professional bayramın qanunvericilik aktlarında təsdiqlənməməsinə baxmayaraq, bu, tədbirin bütün nümayəndələr tərəfindən ürəkdən qeyd etməsinə mane ola bilməz.

Bütün mühasiblərə peşəkar səviyyədə uğurlar, çiçəklənmə və maliyyə rifahı arzulayırıq.


Teleqram qrupumuza üzv olun



Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avropa şəhəri minimal əmək haqqını 4 min dollara çatdırmaq istəyir

posted in: Xəbər | 0

əmək haqqıİsveçrənin Cenevrə şəhərinin sakinləri saatda 23 isveçrə frankı məbləğində minimum əmək haqqı məbləğinin tətbiqini dəstəkləyiblər. 41 saatlıq iş həftəsi üçün hesabladıqda bu, 3,8 min isveçrə frankı və ya 4,1 min ABŞ dolları edir. Təxminlərə görə, bu dəyişikliklər ayın sonunda qüvvəyə minəcək. Bu haqda CNBC kanalı məlumat verib.

Təşəbbüs səsvermə iştirakçılarının üçdə ikisi tərəfindən dəstəklənib, halbuki 2011 və 2014-cü illərdə sözügedən analoji təklif böyük əksəriyyətin səs çoxluğu ilə rədd edilmişdi. Ekspertlər qeyd edirlər ki, koronavirusla bağlı vəziyyət şəhərdə sosial bərabərsizlik və yoxsulluq problemini daha da dərinləşdirib, bu isə minimal gəlirlərə olan münasibəti dəyişdirib.

Yeni minimal maaşlar təkcə Avropada deyil, həm də bütün dünyada ən yüksək əməkhaqqı hesab olunacaq. Belə ki, sözügedən məbləğ ABŞ-dakından üç dəfə və yüksək maaşlar verilən Böyük Britaniyadakı məvaciblərdən isə iki dəfə yuxarı olacaq. Bundan bir qədər əvvəl Mercer konsaltinq firması, 2020-ci ildə keçirdiyi tədqiqatlar nəticəsində Cenevrəni dünyanın ən bahalı şəhərləri siyahısında doqquzuncu yerdə olduğunu qeyd etmişdi.

Müqayisə üçün qeyd edək ki, Rusiyada 2020-ci ildə minimal əmək haqqı ayda 12 130 rubl təşkil edir ki, bu da yaşayış minimumundan (11 468) bir qədər çox edir. Dollara çevirdikdə isə bu 156 dollar təşkil edir. Bləliklə, Cenevrədə bir gün ərzində əməyin ödənişi (200 dollar) Rusiyada bir ayda gələn gəlirlərdən daha çox olacaq.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müasir dünya auditi və təkamül mərhələləri (3-cü hissə)

posted in: Xəbər | 0

dünya auditi auditMüasir dünya auditi və təkamül mərhələləri

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Uzun bir tarix ərzində bir proses olaraq audit üç inkişaf mərhələsindən keçmişdir:

– təsdiqedici audit (XIX əsrin sonu – XX əsrin 30-cu illəri);

– sistem-yönümlü audit (XX əsrin 40-cı-80-ci illəri);

– riskə əsaslanan audit (XX əsrin 90-cı illəri – XXI əsrin əvvəlləri).

Riskə əsaslanan audit təsdiqedici və sistemyönümlü auditin müsbət tərəflərini özündə cəmləşdirən bir prosesdir. Audit sahəsində tanınmış amerikalı mütəxəssis Cek Robertson auditin sahibkarlıq riskinin azaldılmasına yönəlmiş fəaliyyət olduğunu vurğulayaraq, məhz bu audit haqqında yazırdı. Riskə əsaslanan audit konsepsiyası, aşağı riskli sahələrdə auditi əhəmiyyətli dərəcədə asanlaşdıran daha yüksək risklərə malik sahələrdə auditor işi konsepsiyasına əsaslanır. Bu auditin xüsusiyyəti, birincisi, xarici və daxili auditin sıx qarşılıqlı əlaqəsidir, çünki auditor yoxlamasının ilkin mərhələsində daxili nəzarət sistemlərinin keyfiyyəti qiymətləndirilir. İkincisi, auditor yüksək risklə bağlı fəaliyyət sahələrini və təsərrüfat əməliyyatlarını müəyyən edir və bu əməliyyatlar üzrə geniş audit sübutlarını cəlb etməklə auditor yoxlamasını aparır. Bu zaman sistemə nəzarət edən insanlara baxırlar və onların qəbul etdikləri idarəetmə qərarlarına qiymət verirlər. Doğrulama müəssisənin şərtlərinə əsasən, işindəki əngəllərə (kritik məqamlara) əsasən seçilmiş şəkildə aparılır. Bu mərhələdə auditin əhəmiyyəti, audit riski, nümunə kimi baza anlayışları birdəfəlik formalaşmışdır.

Audit bu mərhələyə 1990-cı illərin ortalarında daxil olub, o zaman mahiyyət üzrə audit və nəzarət vasitələrinin auditi öz rolunu maksimum dərəcədə yerinə yetirib və müasir risk – yönümlü auditə gətirib çıxardı. Eyni zamanda qeyd etmək lazımdır ki, “risk” anlayışı 90-cı illərin auditorları üçün heç də tamamilə yeni bir şey deyildi. Bunu hələ 1970-ci illərdən auditor riski modelinin mövcudluğu da sübut edir. Belə ki, auditin standartları haqqında əsasnamə (SAS 55) auditordan auditor yoxlamasının planlaşdırılması üçün tələb olunan səviyyədə daxili nəzarətin başa düşülməsini tələb edirdi, lakin daxili nəzarətin effektivliyinin yoxlanılmasını tələb etmirdi. Nəticədə, risk və nəzarətin nisbətən dar interpretasiyası nəticəsində auditorlar diqqəti biznes riskinin daha geniş təsəvvürünə deyil, maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi riskinə yönəltməyə meyl edirdilər Auditor ictimaiyyəti tərəfindən riskin qəbul edilməsi 1992 – ci ildə “daxili nəzarət-konseptual əsaslar” hesabatının buraxılması ilə əhəmiyyətli dərəcədə dəyişməyə başladı. Burada ilk dəfə olaraq auditorlara və mühasiblərə adi mühasibat səhvinin riskindən fərqlənən risk və daxili nəzarət baxışları təqdim edilmişdir.

Auditin inkişaf mərhələlərinin icmalının sonunda qeyd etmək lazımdır ki, müasir audit özündə hər üç təkamül formalarının xüsusiyyətlərini ehtiva edir. Belə ki, hazırda auditi təsdiqləyən əsasən qanunla məcburi audit aparmağa borclu olan subyektlər üçün keçirilir. Bununla yanaşı, o, mülkiyyətçilərin, top-menecerlərin dəyişdiyi və yeni vəzifəyə qədəm qoyarkən, biznes təşkilatçıları əmin olmaq istəyirlər ki, rəsmi hesabatlarda verilən məlumatlar etibarlıdır. Müəssisənin vahid əmlak kompleksi kimi alınması, birləşmə və satınalma əməliyyatları zamanı auditin təsdiqlənməsi xüsusi əhəmiyyət kəsb edir.

Sistem-yönümlü auditin elementləri o halda baş verir ki, auditor öz müştərilərinin biznesinin təşkilatçıları və icraçıları arasında qarşılıqlı münasibətləri öyrənir. Səhvlərin qarşısını almaq üçün hər bir müştərinin idarəetmə sisteminin səmərəliliyinin artırılmasına diqqət yetirirlər. İlk növbədə, təsərrüfatdaxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair tövsiyələr, aşkar edilmiş qeyri-dəqiqliklərin, idarəetmə və maliyyə uçotunun təşkilində zəif tərəflərin aradan qaldırılması üçün ətraflı tövsiyələr verilir.

Beləliklə, audit fəaliyyəti daha müxtəlif və mürəkkəb hala gəlir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 986 987 988 989 990 991 992 2. 388