2030-cu ilə kimi köhnələcək 15 peşə (1-ci hissə)

posted in: Xəbər | 0

peşə2030-cu ilə kimi köhnələcək 15 peşə

1-ci hissə

Texnologiyanın inkişafı ilə, bəzi peşələr köhnəlir və ya yox olur və onları aktual olanlar əvəz edirlər. Artıq telefonçu, katib-maşinist, buzqıran, fənərçi kimi peşələr yoxdur. Peşələr aləmini gələcəkdə nələr gözləyir? Biz yaxın 15-20 il ərzində tələb olunacaq sahələr və gələcəyin peşələri ilə bağlı almanax – “Yeni peşələrin atlası”na diqqət yetirmişik. Və atlasın tərtibçilərinin fikrincə, 2030-cu ilə qədər yoxa çıxacaq peşələr haqqında danışmağa hazırıq.

10-12 ildən sonra hansı peşələr köhnələcək?

Mühasib

İnformasiya texnologiyalarının bu cür inkişaf templəri ilə mühasibat uçotu ilə artıq yaxın gələcəkdə xüsusi proqramlar da məşğul ola bilər. Mühasib peşəsinin yaxın gələcəkdə tam şəkildə yoxa çıxması ehtimalı gözlənilmir, çox yəqin ki, insanlar daxil edilən məlumatların, əldə edilən hesabatların və s. düzgünlüyünə nəzarət etməyə başlayacaqlar.

Korrektor

Redaktor-proqramçılar artıq indidən mətnləri düzədilməsini sadələşdirirlər: səhvləri tapırlar, sinonimləri seçirlər, mətnlərin plagiat olub-olmadığını yoxlayırlar və s. Zamanla mətn üzərində işlər daha da asanlaşacaq. Misal üçün, 2017-ci ilin yanvar ayında çinli alimlər Syo Nan adlandırdıqları robotun prezentasiyanı həyata keçiriblər, hansı ki, o, yerli qəzetdə 300 heroqlifdən ibarət məqalə dərc edib. Materialı başa çatdırmaq üçün robota cəmi bir saniyə vaxt lazım gəlib.

Kitabxanaçı

Kataloqlar və baza məlumatları bizdən ötrü vərdiş etdiyimiz kitabxanaçıları əvəz edəcək. İstifadəçilərin lazımi məlumatları tapa bilmələri üçün onlar verilənlər bazası mövzusu ilə işləməkdən ötrü məsləhətçilərə çevrilə biləcəklər. Bəli, ənənəvi kitabxanalar öz yerlərini elektron kitabxanalara verəcəklər, amma, bütün hallarda çap nüsxələrini qoruyub saxlayan kitabxanalara da ehtiyac duyulacaq. Ola bilsin ki, orada da robotlar işləyəcək.

Jurnalist

Jurnalist peşəsi ənənəvi anlamda artıq köhnəlməkdədir. Gələcəyin jurnalisti – o, analitik düşüncəyə sahib, etibarlı məlumatları saxtadan ayıra bilən və peşə etikasına riayət edən inkişaf etmiş bir internet, sosial şəbəkə istifadəçisidir. Operativ şəkildə bir rolik (hətta bütöv bir film) çəkməyi, birbaşa efirə çıxmağı, parlaq, informasiya tutumlu şəkillər çəkməyi bacaran universal bir mütəxəssis olmaq lazım gələcək.

Turizm agenti

Bu peşədə olan insanı kataloqlar və istirahət üçün variantlar seçən rəngarəng xidmətlər tam şəkildə əvəz edə bilər. Sosial şəbəkələrdə insanların rəyləri isə istirahət təəssüratlarını mümkün qədər yaxşı çatdıra bilər və tətil etmək üçün hansısa seçim axtaranlara məsləhət verə bilər.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Niyə ABŞ-da taxta dollar buraxıblar? (1-ci hissə)

posted in: Xəbər | 0

taxta dollarNiyə ABŞ-da taxta dollar buraxıblar?

1-ci hissə

Hələ elə də uzaq keçmişdə deyil, ötən əsrin 90-cı illərinin əvvəlində keçmiş SSRİ-də və sonra müstəqil olmuş Rusiyada “taxta rubl” ifadəsi geniş yayılmışdı. İnflyasiya o dərəcədə yüksək idi ki, rublun alıcılıq qabiliyyəti demək olar ki, göz önündə əriyirdi. O səbəbdən “taxta” adı ilə bir növ sözügedən pul nişanının alıcılıq qabiliyyətinin əhəmiyyətsizliyinə işarə edilirdi.

Qızıl pullar zamanla da öz dəyərlərini itirmirdi, taxta pullar isə – elə deyildiyi kimi, taxta idi. Maraqlıdır ki, Tomskda 2008-ci ildə hətta rubla ağacdan hazırlanmış abidə də qoyulub. Onun diametri iki metrdən bir qədər çox, çəkisi isə 250 kq-dır. Amma, yada salmaq lazımdır ki, öz maliyyə sistemini dünyada ən stabil hesab edən ABŞ-da vaxtilə taxta dollar tədavüldə olub. Və bu heç də zarafat-filan deyil. Hər şey 1931-ci ildə Vaşinqton əyalətində yerləşən Amerikanın kiçik Tenino qəsəbəsində başlamışdı. Həmin zamanlarda ABŞ tarixə “Böyük depressiya” adı ilə daxil olmuş ən dəhşətli böhranı yaşayırdı. Banklar bir-birinin ardınca iflasa uğrayırdı, elə bunu demək kifayətdir ki, yalnız 1931-ci ildə ölkədə 1000-dən çox bank iflas etmişdi.

Təbii ki, Tenino şəhərciyi də iqtisadi və maliyyə böhranından kənarda qalmamışdı, 1931-ci il dekabrın 5-də Teninodakı Citizen’s Bank of Tenino bankı bağlandı. O, şəhərdə yeganə bank olduğundan vəziyyət çox mürəkkəb hal almışdı. Dəhşətli nağd pul qıtlığı yaranmışdı, lakin, yerli qəzetin sahibkarı Don Meyncer vəziyyəti düzəltmək qərarı verdi.

O, şəhər hakimiyyətinə qeyri-adi təkliflə müraciət etdi: maliyyə problemləri həllini tapana kimi müvəqqəti pullar buraxılışını yoluna qoymaq. Və hətta bundan ötrü öz şəxsi tipoqrafiyasının xidmətini də təklif etdi. Meyncerin fikrincə, yeni pullar Teninoda dövriyyədə nağd pullarla bağlı böhranı aradan qaldırmağa kömək edəcəkdi.

Don Meyncerin təklifi qəbul edildi, nəzərə almaq lazım idi ki, şəhər hakimiyyət orqanlarının həmin an üçün başqa çıxış yolu da yox idi. Meyncerin mətbəəsində əvvəllər artıq yeni il açıqcaları buraxılırdı, onlar ortasında kağız parçası ilə bərkidilən iki laminasiya edilmiş küknar zolağından hazırlanırdı. Bax, elə onlardan yerli pul istehsal etmək üçün nümunə kimi istifadə etmək qərarına gəldilər. İlkin olaraq, dəyəri 25 sent təşkil edən yalnız taxta plastinkalar buraxılırdı, lakin, inflyasiya yüksəldikcə, tipoqrafiya 50 sent və 1 dollarlıq “banknotlar” istehsalına başladı.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Almaniya hakimiyyəti məsafədən çalışmağa həmişəlik icazə vermək istəyir

posted in: Xəbər | 0

məsafədən çalışmağa icazəAvropanın əsas iqtisadiyyatı məsafədən çalışmağa həmişəlik icazə vermək istəyir.

Avropanın aparıcı iqtisadiyyatı sayılan Almaniya hakimiyyəti məsafədən çalışma kimi iş formatına həmişəlik icazə vermək üzərində fikirləşir. Financial Times nəşrinin məlumatına görə, alman hökuməti işçilərin evdən və ofisdən çalışmaqla bağlı iş arasında seçim etməsinə imkan verəcək qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır. Sənəd üzərində işlərin yaxın həftələr ərzində yekunlaşacağı söylənilir.

Uzaqdan çalışmaq və ya ofisdə işləmək arasında seçim etmək hüququnun öz öhdəliklərini məsafədən yerinə yetirə bilən işçilərə veriləcəyi açıqlanıb. Pandemiyaya qədər Almaniyada evdən çalışan əməkdaşların sayı 18 faiz təşkil edirdi. Lakin koronavirus yoluxması hallarının artması fonunda onların sayı təxminən 40 faizə kimi yüksəlib.

Digər ölkələrdə isə bu cür qanun layihələri hələ ki, hazırlanmır. Rostrud-un bu yaxınlarda keçirdiyi sorğuya əsasən hər on nəfərdən bir vətəndaş evdən işləmək arzusunu söyləyib.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi

posted in: Xəbər | 0

vergi tutulan əməliyyatın vaxtıVergi Məcəlləsinin 166.2-ci maddəsində qeyd edilib ki, Məcəllənin 159.5-ci maddəsi tətbiq edildikdə malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. Maddənin müddəalarını iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin bu maddəsinin tətbiqinin əsas məqsədi malların qeyri-kommersiya məqsədləri üçün verildikdə, o cümlədən malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi halda vergi tutulan əməliyyatın vaxtını müəyyən etməkdir.

Vergi Məcəlləsinin 166-cı maddəsinin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə təqdim edilmiş malların (işlərin və xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən isə vergi ödəyicisi malları ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa, malların qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt və malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi gün ƏDV tutulan əməliyyatın vaxtı sayılır.

Bir məqamı qeyd etmək lazımdır ki, fövqəladə hal şəraitində malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılmır. Məsələn, müəyyən bir ərazidə sel suları nəticəsində vergi ödəyicisinin mallarnın xarab olduğu və ya malları çay daşqını yuyub apardığı üçün malların qalığı əskik gəldiyi hallarda ƏDV geri hesablanılmır.

Misal 1: Müəssisə 2020-cı ilin aprel ayında kommersiya məqsədləri üçün 50.000 manat dəyərində (ƏDV-siz) mal almış və aldığı mala görə ödədiyi 9.000 manat ƏDV məbləğini aprel ayında büdcə ilə əvəzləşdirmişdir. Amma may ayının 25-də həmin mal qeyri-kommersiya məqsədləri üçün istifadə olunmuşdur.

Bu halda, vergi tutulan əməliyyatın aparıldığı vaxt 2020-ci ilin may ayının 25-i hesab olunur. Buna görə də əvəzləşdirilmiş 9.000 manat ƏDV məbləği may ayının ƏDV bəyannaməsində büdcəyə hesablanmalıdır.

Misal 2: ƏDV ödəyicisi olan şəxsdə 2020-ci il yanvar ayının 10-da aparılan inventarizasiya zamanı ƏDV-ni ödəməklə əldə etdiyi və müvafiq əvəzləşdirmə aldığı 800 manat məbləğində malı əksik gəlmiş, kommersiya məqsədləri üçün aldığı 1.000 manat məbləğində olan malları həmin ilin yanvar ayında qeyri-kommersiya məqsədləri üçün istifadə etmiş və fevral ayında isə 2.000 manat məbləğində malı xarab olmuşdur. Göstərilən məbləğlərə ƏDV daxil deyildir. Şəxsin hesablamalı olduğu ƏDV məbləğini müəyyənləşdirin.

Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən, vergi ödəyicisi malları ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa, malların qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt və malların əskik gəlməsinin, xarab olmasının baş verdiyi tarix (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. Kommersiya məqsədləri üçün aldığı və ƏDV-ni əvəzləşdirdiyi mallardan qeyri-kommersiya məqsədləri üçün istifadə etdiyi 1.000 manat məbləği və əskik gəlmiş mala görə 800 manat məbləği yanvar ayının vergi tutulan əməliyyatlarına aid olacaq və həmin ay büdcəyə 324 manat ((1000 + 800) x 18 % = 324 manat) ƏDV hesablamalıdır. Malların xarab olmasına görə olan 2000 manat məbləği isə fevral ayının vergi tutulan əməliyyatlarına daxildir və həmin ay büdcəyə 360 manat (2000 x 18% = 360 manat ) ƏDV hesablamalıdır.

Misal 3: ƏDV ödəyicisi olan şəxs 2020-ci il mart ayının 15-də 300 manat məbləğində iş görmüş, 1.500 manatlıq mal ixrac etmiş, inventarizasiya zamanı isə 500 manat məbləğində mal əksik gəlmiş, kommersiya məqsədləri üçün aldığı və ƏDV-ni əvəzləşdirdiyi mallardan 700 manat məbləğində qeyri-kommersiya məqsədləri üçün istifadə etmiş, fövqəladə hal nəticəsində 5.000 manatlıq malı xarab olmuşdur. Göstərilən məbləğlərə ƏDV daxil deyildir. Şəxsin hesablamalı olduğu ƏDV məbləğini müəyyənləşdirin.

Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən, vergi ödəyicisi malları ƏDV ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa, malların qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt və malların əskik gəlməsinin, xarab olmasının baş verdiyi tarix (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. Vergi ödəyicisinin 300 manat məbləğində iş görülməsi, 500 manat məbləğində malın əksik gəlməsi, kommersiya məqsədləri üçün aldığı və ƏDV-ni əvəzləşdirdiyi mallardan qeyri-kommersiya məqsədləri üçün istifadə etdiyi 700 manat məbləğləri mart ayının vergi tutulan əməliyyatlarına aid olacaq və həmin ay büdcəyə 270 manat ((300 + 500 + 700 ) x 18 % = 270 manat) ƏDV hesablamalıdır. Vergi ödəyicisinin ixrac etdiyi 1.500 manat məbləğində mal sıfır (0) dərəcə ilə vergiyə cəlb olunur. Fövqaladə hallar nəticəsində 5.000 manat dəyərində malın xarab olması isə vergi tutulan əməliyyat sayılmır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 984 985 986 987 988 989 990 2. 388