2030-cu ilə kimi köhnələcək 15 peşə (3-cü hissə)

posted in: Xəbər | 0

peşə2030-cu ilə kimi köhnələcək 15 peşə

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Texnologiyanın inkişafı ilə, bəzi peşələr köhnəlir və ya yox olur və onları aktual olanlar əvəz edirlər. Artıq telefonçu, katib-maşinist, buzqıran, fənərçi kimi peşələr yoxdur. Peşələr aləmini gələcəkdə nələr gözləyir? Biz yaxın 15-20 il ərzində tələb olunacaq sahələr və gələcəyin peşələri ilə bağlı almanax – “Yeni peşələrin atlası”na diqqət yetirmişik. Və atlasın tərtibçilərinin fikrincə, 2030-cu ilə qədər yoxa çıxacaq peşələr haqqında danışmağa hazırıq.

Tərcüməçi

Artıq indi proqramların köməyi ilə elmi və rəsmi mətnləri keyfiyyətlə tərcümə etmək mümkündür. Bədii əsərlərin tərcüməsində incəliklər daha çoxdur: şeirlər, romanlar, pyeslər, eləcə də filmlər. Amma, dilçi alimlərin işləyib hazırladığı proqramlar bu yaradıcı peşəni kompüterə ötürməyə imkan verəcəkdir. İnsanlara tərcümə alqoritmlərini təkmilləşdirmək qalacaq. Canlı nitqin tərcüməsi və ya aktyorların dublyajından ötrü texnologiyaların inkişafı üçün daha çox səy tələb olunur. Lakin bu da zaman məsələsidir.

Loqist

Loqist peşəsi çətin ki, tamamilə yox olsun, o, daha çox malların daşınmasının xırda bir iş sayıldığı başqa peşənin bir hissəsinə çevrilə bilər. Ola bilsin ki, loqistlər malları və xammalları planetlərarası tədarük etmək üçün variantlar üzərində işləyəcəklər.

Əczaçı

Ehtimal ki, əczaçıları da oxşar tale gözləyir. İnformasiya texnologiyalarının yanında dərman istehsalı və satış bazarının inkişafı, çox güman ki, bir əczaçı, menecer, marketoloq və İT mütəxəssisi biliklərinin kəsişməsində bir peşənin yaranmasına səbəb olacaqdır. Kim bilir: bəlkə də dərman hazırlamaq, ocaqda şorba hazırlamaqdan daha çətin olmayacaqdır. Əczaçılar isə Kainatda lazımi xammalın axtarışı ilə məşğul olacaqlar. Lakin pilotsuz aparatları layihələşdirən və xidmət edəcək, marşrutları izləyə biləcək mühəndislərə tələbat artacaq. Pilotsuz gəmilər – hərbi və mülki texnikanın gələcəyidir.

Hətta 10 il – peşələrin “həyatı” üçün böyük müddətdir. Bütün yuxarıda sadalanan peşə-lər çox güman ki, ölüb, sıradan çıxmayacaq. Sadəcə cəmiyyətin ehtiyaclarına uyğun yenilənəcəklər. Beləliklə, bu siyahıda yer alan peşələrdən birini seçmisinizsə və gələcəkdə tələb olunmayan birinə çevrilməkdən qorxursunuzsa, sizi sakitləşdirməyə tələsirik. Yeni bir şey öyrənmək, digər sahələrdə inkişaf etmək, zamanla ayaqlaşmaq üçün hər zaman və hər hansı bir peşədə olmalısan. Buna görə ruhunuza yatan işi seçin və özünüzü inkişaf etdirmək sizə uğur gətirəcəkdir.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergilərə işə qəbulla bağlı müsabiqə qeyri-müəyyən müddətə təxirə salındı

posted in: Xəbər | 0

Vergilərə işə qəbulla bağlı müsabiqəMəlum olduğu kimi, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələri nəzərə alınaraq, dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsi sentyabr ayına qədər təxirə salınmışdı.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, son günlər quruma işə qəbulla bağlı imtahanların nə zaman keçiriləcəyi barədə suallar daxil olmaqdadır. Məsələyə Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəisi vəzifələrini icra edən Elməddin Süleymanov aydınlıq gətirib.

O qeyd edib ki, pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən məhdudlaşdırmalar və digər zəruri tədbirlər, həmçinin Ermənistan silahlı qüvvələrinin mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar ölkə prezidentinin 27 sentyabr 2020-ci il tarixli fərmanına əsasən ölkədə elan olunmuş hərbi vəziyyət vergi xidmətinə işə qəbulla bağlı müsabiqə üzrə müəyyən olunmuş iş planının dəyişdirilməsinə zərurət yaradıb.

E.Süleymanov elektron ərizələri təsdiq edilmiş namizədlərin nəzərinə çatdırıb ki, müsabiqənin keçirilməsi ilə bağlı məsələlər diqqət mərkəzindədir. Lakin mövcud vəziyyəti nəzərə alaraq, müsabiqənin keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınır.

Müsabiqənin keçirilməsi ilə bağlı hər hansı dəyişiklik olarsa, Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində əlavə məlumat yerləşdirələcək.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Büdcəyə ödəmələr müəyyən edilərkən ƏDV-nin əvəzləşdirilməsi

posted in: Xəbər | 0

ƏDV-nin əvəzləşdirilməsiVergi Məcəlləsinin 175.1-ci maddəsində göstərilir ki, başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir:

Misal: ƏDV ödəyicisi olan müəssisə ƏDV ödəyicisi olan şəxsdən ƏDV də daxil olmaqla 11.800 manat məbləğində mal alıb, elektron qaimə-faktura əldə edib və bu məbləğ satıcıya nağdsız qaydada ödənilib (ƏDV depozit hesabına köçürülüb). Müəssisə həmin malı başqa bir şəxsə (ƏDV-siz) 15.000 manata satıb. Bu zaman müəssisə satışdan əldə etdiyi məbləğdən 2.700 manat ƏDV hesablamalı, malı alarkən ödədiyi 1.800 manat məbləğində ƏDV-ni bu məbləğdən çıxmalı və büdcəyə 900 manat ƏDV ödəməlidir.

Misal 2: “A” MMC 2020-ci ilin yanvar ayında “B” MMC-yə 30.000 manatlıq (ƏDV-siz) sənaye malları təqdim edib, “B” MMC isə aldığı malların əvəzində həmin ilin mart ayında “A” MMC-yə 30.000 manatlıq (ƏDV-siz) tikinti malları verib. 5.400 manat ƏDV məbləğini isə ƏDV-nin depozit hesabına köçürüb. “B” MMC mart ayında 32.000 manat (ƏDV-siz) dəyərində malı “C” MMC-yə təqdim edib və malların dəyəri həmin ay bank hesabına daxil olub. “B” MMC mart ayında barter əməliyyatı etdiyi üçün (“A” MMC-yə 30.000 (ƏDV-siz) manatlıq tikinti malları verib), bu, malların 30.000 manat (ƏDV-siz) dəyərinin “A” MMC-nin bank hesabına ödənilməsi sayılır.

Qeyd olunanlara əsasən, “B” MMC mart ayında təqdim etdiyi mallara görə 5.760 manat (32.000 x 18% = 5.760 manat) ƏDV hesablamalı, barter əməliyyatına görə 5.400 manat (30.000 x 18% = 5.400 manat) məbləğində ƏDV-ni 5.760 manatdan çıxmalı və 360 manat məbləğində ƏDV-ni büdcəyə ödəməlidir.

Daha bir məqam Vergi Məcəlləsinin 175.1.1-ci maddəsində əks olunub: “hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə – alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt…”

Misal 3: ƏDV ödəyicisi olan müəssisə 11.800 manat (o cümlədən 1.800 manat ƏDV) dəyərində mal alıb.

1-ci hal: Alınmış mala görə satıcı tərəf 2020-ci ilin yanvar ayının 10-da elektron qaimə-faktura təqdim edib, həmin gün də 11.800 manat müəssisə tərəfindən nağdsız qaydada, 1.800 manat ƏDV məbləği isə ƏDV-nin depozit hesabı vasitəsilə ödənilib. Bu halda müəssisə yanvar ayında 1.800 manat ƏDV məbləğini büdcə ilə əvəzləşdirə bilər.

2-ci hal: Alınmış mala görə satıcı tərəf 2020-ci ilin yanvar ayının 10-da elektron qaimə-faktura təqdim edib, malın tam dəyəri müəssisə tərəfindən fevral ayında nağdsız qaydada, 1.800 manat ƏDV məbləği isə ƏDV-nin depozit hesabı vasitəsilə ödənilib. Bu halda, müəssisə fevral ayında 1.800 manat ƏDV məbləğini büdcə ilə əvəz-ləşdirə bilər.

3-cü hal: Alınmış malın tam dəyəri 2020-ci il yanvarın 10-da nağdsız qay-dada, 1.800 manat ƏDV məbləği isə ƏDV-nin depozit hesabı vasitəsilə ödənilib, lakin satıcı tərəf elektron qaimə-fakturanı fevral ayında təqdim edib. Bu halda, müəssisə fevral ayında 1.800 manat ƏDV məbləğini büdcə ilə əvəzləşdirə bilər.

4-cü hal: Alınmış malın tam dəyəri müəssisə tərəfindən avans olaraq 2020-ci ilin yanvar ayında nağdsız qaydada, 1.800 manat ƏDV məbləği isə ƏDV-nin depozit hesabı vasitəsilə ödənilib, satıcı tərəf mal satılan gün, yəni fevralın 4-də elektron qaimə-faktura təqdim edib.
Bu halda, müəssisə fevral ayında 1.800 manat ƏDV məbləğini büdcə ilə əvəzləşdirə bilər.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Doqquz ayda Gömrük Komitəsi büdcəyə 2,9 milyard manat köçürüb

posted in: Xəbər | 0

Doqquz ayda Gömrük Komitəsi büdcəyə 2,9 milyard manat köçürüb

Gömrük Komitəsi

Cari ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 955 milyon manat olub.

Komitədən bildirilib ki, 9 ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 741 milyon 11 min manat, əlavə dəyər vergisi üzrə 2 milyard 83 milyon 380 min manat, aksizlər üzrə 103 milyon 346 min manat, yol vergisi üzrə isə 27 milyon 492 min manat təşkil edib.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 981 982 983 984 985 986 987 2. 388