Azərbaycanda yeni pullar buraxılır

posted in: Xəbər | 0

Ani Ödənişlər Sistemi,Dövriyyədə olan milli pul nişanlarının tədavülə buraxılmasından 14 il keçir və bu dövrdə pul nişanlarımız öz estetik görünüşünə, konseptual mövzusuna və mühafizə sistemlərinə görə özünəməxsusluğu ilə seçilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparılır.

AMB də beynəlxalq təcrübəni nəzərə alaraq, hökumətin qərarları əsasında pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın müasirləşdirilməsinə başlayıb və bu çərçivədə 2018-2019-cu illərdə 200 manatlıq yeni pul nişanını tədavülə buraxıb, 10 manatlıq pul nişanının isə mühafizə sistemlərini təkmilləşdirib.

Artıq 1, 5 və 50 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik yeni pul nişanlarının 1 yanvar 2021-ci il tarixindən tədavülə buraxılması nəzərdə tutulub. Onlar hazırda tədavüldə olan 1, 5 və 50 manatlıq pul nişanları ilə paralel dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək. Bununla da yenilənmiş pul nişanlarımız özünün bədii estetik görünüşünə və mühafizə səviyyəsinə görə beynəlxalq təcrübədə ən təhlükəsiz banknotlar sinfində qalmaqda davam edəcək.

Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarında ən son mühafizə elementləri olaraq “RollingStar Lead” holoqramı (3D effektində hərəkət edən, rəngi dəyişən), möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan və rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Dövlət gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.

Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gələcəkdə zərurət yaranarsa, müvafiq tədbirlər görüləcək

posted in: Xəbər | 0

Vergi Xidməti: Gələcəkdə zərurət yaranarsa, müvafiq tədbirlər görüləcəktədbirlər

“Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistan silahlı birləşmələri növbəti dəfə hərbi təxribatlar törədərək Azərbaycan Respublikasının hərbi obyektləri və yaşayış məntəqələrini intensiv atəşə tutur. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin həmlələri dəf edilib və hazırda rəşadətli Azəbaycan əsgərləri tarixi torpaqlarımızı işğaldan azad edirlər. Ordumuzun uğurlu hərbi əməliyyatları qarşısında aciz qalan düşmən mülki obyektləri və dinc əhalini hədəfə alır. Ermənistanın hərbi təxribatı nəticəsində çoxsaylı sahibkarlıq obyektlərinə də ciddi zərər dəyir”.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinin rəis müavini Anar Rzayevin şərhində qeyd edilir.

A.Rzayev bildirir ki, vergi ödəyicilərinə məxsus bir sıra təsərrüfat obyektləri ziyan çəkir, sahibkarların əmlakına külli miqdarda zərər vurulur, onların sahibkarlıq fəaliyyəti tamamilə dayanır və ya ciddi maliyyə itkiləri ilə üzləşirlər.

“Azərbaycan dövləti həmişə olduğu kimi, bu gərgin günlərdə də sahibkarların yanındadır. Sahibkarlıq subyektlərinə dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu vergi ödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarlar tam şəkildə ləğv edilib.

Dövlət Vergi Xidməti tərəfindən “İnzibati icraat haqqında” Qanun, Vergi Məcəlləsi və digər normativ hüquqi aktlar nəzərə alınmaqla cəbhəyanı ərazilərdə fəaliyyət göstərən və zərər görmüş sahibkarlar üçün maliyyə sanksiyalarının tətbiqini nəzərdə tutan inzibati aktlar ləğv edilib və həmin qərarlar üzrə maliyyə sanksiyalarının silinməsi ilə bağlı aidiyyəti vergi orqanlarına müvafiq tapşırıqlar verilib”.

İdarə rəisinin müavini qeyd edib ki, qəbul edilmiş qərarla 2 013 vergi ödəyicisinin milyon manatdan çox maliyyə sanksiyası ləğv edilib. Bu qərar tam və qismən işğal altında olan rayonlar, həmçinin cəbhəyanı ərazilər, o cümlədən Tərtər, Goranboy, Naftalan, Ağcabədi, Bərdə, Beyləqan, Daşkəsən, Gədəbəy və bir sıra digər rayonlardan olan vergi ödəyicilərini əhatə edir. Qərar mikro və kiçik sahibkarlıq subyektlərinə şamil edilir.

Onun sözlərinə görə, sahibkarlıq subyektlərinə münasibətdə bu qərarın qəbul edilməsi onların gələcək maliyyə vəziyyətinin yaxşılaşdırılmasına və fəaliyyətinin davamlı olmasına xidmət edəcək: “Sahibkarlıq subyektlərinin fəaliyyətinin davamlı və maneəsiz həyata keçirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir. Gələcəkdə də zərurət yaranarsa, müvafiq tədbirlərin görülməsi təmin ediləcək”.

#StopArmenianAggression
#StopAttackingCivilians
#StopArmenianTerrorism
#DVX
#Taxesgovaz
#Sahibkar

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hərbi əməliyyat və sığorta hadisəsi

posted in: Xəbər | 0

Mövzuya keçməzdən əvvəl Azərbaycan Ordusuna can sağlığı və uğurlar arzu edirik. Mövzu çərçivəsində hərbi əməliyyatlar nəticəsində itkiyə məruz qalmış şəxsə sığorta ödənişinin verilib-verilməməsi ilə bağlı məsələləri izah etməyə çalışacağıq.

Əvvəla qeyd edək ki, qanunvericiliyə görə müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması zamanı sığorta ödənişinin verilməsindən imtina edilir. Göründüyü kimi hərbi əməliyyatlar nəticəsində baş verən bir hadisəyə görə sığorta ödənişi verilməsi üçün ya könüllü qaydada bağlanan müqavilədə bu hala görə imtina nəzərdə tutulmamalıdır, ya da icbari sığorta növləri üzrə məsələləri tənzimləyən qanunvericilik normalarında hərbi əməliyyatlar nəticəsində dəyən zərər sığorta təminatına daxil edilməlidir.

Həmçinin qeyd edək ki, hamıya məlum olan daşınmaz əmlakın, avtonəqliyyat vasitəsi sahiblərinin və daşınmaz əmlakın istismarı ilə məşğul olan şəxslərin mülki məsuliyyətinin, sərnişinlərin fərdi qəzası üzrə icbari sığorta müqavilələrinə görə aşağıdakı halda dəyən zərərə görə sığorta ödənişi verilmir:

– hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda.

Xatırlatmaq yerinə düşərdi ki, icbari sığorta növləri üzrə səlahiyyətli qurumun rəyini əks etdirən sənədlər faktı təsdiq edir. Bu səbəbdən də hadisə mütləq qaydada təsdiqləndikdən sonra ödəniş yaxud imtina vermək mümkündür.

Fiziki şəxslərin avtomobilləri ilə bağlı tətbiq edilən kasko sığortası üzrə vahid qaydalara əsasən yuxarıda göstərilən hallarda dəyən zərərə görə sığorta ödənişindən imtina verilsə də, tərəflər müqavilə bağlayanda hərbi əməliyyatlar zamanı dəyən zərərə görə təminat verilməsini nəzərdə tuta bilər.

Bununla yanaşı fiziki şəxslər tərəfindən götürülən kreditlə bağlı risklər vahid qaydalara əsasən sığortalanarkən hərbi əməliyyatlarda fəal iştirak zamanı şəxsin sağlamlığına dəyən zərərə görə sığorta təminatı nəzərdə tutularsa, dəyən zərərə görə sığorta ödənişinin verilməsi mümkündür.

Yekunda isə qeyd edək ki, müvafiq sığorta ödənişləri gəlir vergisindən və məcburi dövlət sosial sığorta ödənişlərindən azaddır.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məcburi dövlət sosial sığortası: hesablamalar və ödəmələr

posted in: Xəbər | 0

Məcburi dövlət sosial sığortası MDSS2020-ci il yanvarın 1-dən məcburi dövlət sosial sığortası (MDSS) ilə bağlı qanunvericilikdə müəyyən yeniliklər qüvvəyə minib. Vergi ödəyicilərini bu yeniliklərə dair sosial sığorta ödəmələri və hesabatlılıq məsələləri maraqlandırır.

2020-ci ildə hansı MDSS hesabatları verilməlidir?

Kimlər MDSS hesabatlarını təqdim etməlidirlər? Hesablamalar və ödəmələr necə aparılmalıdır?

Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

MDSS üzrə illik hesabatlar olmasa da, rüblük hesabatlar mövcuddur. Hesabatlar rüb qurtardıqdan sonrakı ayın 20-dən gec olmayaraq təqdim edilməlidir. Son ödəmə tarixləri cari ay üçün növbəti ayın 15-dən gec olmayaraq müəyyənləşdirilib. Fəaliyyəti aktiv olan və rüb ərzində fəaliyyəti dayandırılmış hüquqi şəxslər cari rüb üzrə müvafiq hesabatlarını təqdim etməlidirlər.

Fəaliyyəti aktiv olan və rüb ərzində fəaliyyəti dayandırılmış vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər cari rüb üzrə müvafiq hesabatlarını təqdim etməlidirlər. Mülki hüquqi müqavilələr üzrə işlərə cəlb edilmiş işçilər üçün (fərdi sahibkarlar istisna olmaqla) hüquqi şəxslər və vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər müvafiq hesabatları verməlidirlər.

Müəlliflik qonorarı üzrə ödəmələr etmiş hüquqi şəxslər və vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər müvafiq hesabatları verməlidirlər. Hesabatı doldurarkən hüquqi və fiziki şəxslərin mühasibləri əsasən nəyə diqqət yetirməlidir?

  • Neft-qaz, dövlət sektoruna aid olub-olmamanı hesabatda dəqiq qeyd etməlidirlər. Buna görə hesabatlar da fərqlənir.
  • 200 manatdan aşağı olan və 200 manatdan yuxarı olan işçi sayını, həmçinin ümumi əməkhaqqı məbləğlərini dəqiq yazmaq lazımdır ki, sonda sığortaolunanlar arasında bölüşdürmə aparılanda uyğunsuzluqlar əmələ gəlməsin.
  • Sığortaolunanlar haqqında məlumatlar tam düzgün əlavə olunmalıdır ki, gələcəkdə işçilərin pensiya təminatı məsələlərində çatışmazlıqlar yaranmasın.
  • MDSS-yə cəlb olunan və olunmayan gəlirləri düzgün yazılmalıdır ki, vergi orqanlarında muzdlu işlə bağlı vergi hesabatlarında olan rəqəmlərə uyğun olsun.
  • Fizki şəxs sahibkarlar həm özü, həm də işçiləri üçün hesabat təqdim etməlidirlər. Bir çox hallarda sahibkarlar özlərinin hesabatlarını təqdim etmirlər.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ticarət və xidmət sahələri üzrə ayrı-ayrılıqda məşğul olarsa, ticarət fəaliyyəti üzrə hesabat təqdim etməlidir. Belə ki, müəyyən dövr ərzində bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericiliklə iqtisadiyyatın sahələri üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyünü ödəyirlər.

2020-ci il yanvarın 1-dən tətbiq olunan yeniliklər

Sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında MDSS haqqı ödəyəcəklər.

Hüquqi şəxslərdə MDSS tutulmalarında heç bir dəyişikliklər olmayacaqdır.

Misal: Tutaq ki, fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarın Qəbələ rayonunun Əmirvan kəndində mağazası vardır və o, həm də işçi briqadası ilə təmir işləri görür. Sual meydana çıxır ki, bu sahibkar özü üçün 2019-cu ildə və 2020-ci ildə hansı hesabatları verməlidir və hansı məbləğlərdə ödəmələr aparmalıdır? 4-cü rüb 2019-cu ildə 0704 (ticarət sahəsində məşğul olan sahibkarlar – kənd yerlərində) fəaliyyət növünün kodu üzrə hesabat təqdim etməlidir. Bu hesabatı o, 2020-ci ildə də təqdim edəcəkdir.

Hesablamalar belə olacaqdır:

2019-cu ilin 4-cü rübü üçün ticarət fəaliyyətindən 250 * 50% * 50% = 62,50 manat
2020-ci il üçün isə ticarət fəaliyyətindən 250 * 50% = 125 manat olacaqdır.

Göründüyü kimi, 2020-ci ildən ölkənin bütün regionları üçün vahid dərəcələr tədbiq olunur.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 988 989 990 991 992 993 994 2. 400