Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (19-cu hissə)

posted in: Xəbər | 0

Mühasibatlığın roluMühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr

19-cu hissə

Məqalənin 18-ci hissəsini buradan oxuya bilərsiniz.

Başqa xalqlarla maliyyə münasibətlərində biz mühasibatlıq dilində danışmalıyıq. Dil müxtəlifliyi  mütləq şəkildə beynəlxalq anlaşılmazlığa, qorxuya və nifrətə gətirib çıxarır. Mühasibatlıq  dilinin aydın və səlis olması çox mühümdür; beləliklə, bu, beynəlxalq qarşılıqlı anlaşma və etimadın inkişafı işinə töhfə olacaqdır. Yaxşı olardı ki, biz hamımız birgə səylərimizlə elmi araşdırmalarımızın köməyi ilə dünya mühasibat elmi birliyi əsasında aparılacağı günün gəlişini yaxınlaşdıraq.

E.B. Uilkoks

Hamı tərəfindən qəbul edilən bir müddəa vardır ki, ümumi sərvətə çevrilməli olan bütün məlumatlar, məktublar və əsərlər ədəbi dildə yazılmalıdır; ona görə başa düşə bilmirik ki, niyə tacir bu baxımdan istisna təşkil etməlidir və məktubu ədəbi olmayan dildə və hansısa ləhcədə, yalnız tacirlərin anladığı dildə yazmalıdır və bu səbəbdən də bu “tacir alman dili” adını daşımalıdır.

Q. Belolavek

Əgər mühasibatlığın müəssisənin güzgüsü olduğunu deyirlərsə, bu o demək deyil ki, (hətta mühasibat uçotunun ən yaxşı quruluşu olsa belə) bu güzgüdə hər bir müəssisənin iqtisadi cəhətdən işlənməmiş formada mühasibat rəqəmlərinin sıralarına malik olan hər bir şəxs ətraflı əks oluna bilər. Bu rəqəmlər aydın olsun deyə, onlar qabaqcadan hər kəsə aydın olan digər dilə “tərcümə” olunmalıdır.

V.K. Mnyux

Hesabat qeydlərini anlaşılan və hər kəsə əlçatan dildə təsvir etmək lazımdır, bu zaman əcnəbi ifadələr, əksəriyyətimizə naməlum olan və lazım olan fikri çatdıra bilməyən sözlərdən istifadə etmək lazım deyil.

A.S. Salmin

 Əgər mühasibat və maliyyə məlumatlarının təsərrüfat fəaliyyəti dili ilə müqayisəsi yerinə düşərsə, sağlam düşüncə və tədbir hissi əsasında bu dili bu gün elmi cəhətdən çətin dərk edən bütün təsərrüfat subyektlərinə daha aydın və daha əlçatan etmək bizim gücümüzdədir.

O.M. Askeri

Elmi və praktiki terminologiya tam unifikasiya olunmadıqda, heç olmasa, maksimal dərəcədə yaxınlaşmalıdır. Vahid, aydın və sadə terminologiyanın olması təkcə uğurlu tədqiqat deyil, həm də qarşılıqlı anlaşmanın vacib şərtidir. Lakin, uçot – analitik fənlər terminologiyası əhəmiyyətli çatışmazlıqlardan əziyyət çəkir. Bu terminologiyanın qüsurları nədən ibarətdir?Çox vaxt sinonim kimi müxtəlif terminlərdən istifadə edirlər (xüsusən də müxtəlif mənaları olan); eyni terminlə müxtəlif iqtisadi anlayışları ifadə edirlər; Bəzi terminlər hətta sadəcə səhvdir.

V. Kopnyayev

İndiyə qədər uçot – iqtisadi anlayışların və kateqoriyalarının vahid elmi cəhətdən əsaslandırılmış sistemi hazırlanmamışdır. Bəzi hallarda bir sıra anlayışlar başqa anlayışlarla əvəz olunur və demək lazımdır ki, bu hadisə çox geniş yayılıbdır.

V.İ. Mosyaqin

Hesabdarlıqda biz anlayışların müəyyən edilməsi məsələsində qarşılaşdığımız müxtəlif cərəyanlarla görüşürük. Elmin özünün tərifinə qədər ən əsas anlayışlar hələ də özünün son, hamı tərəfindən qəbul edilən növünü tapmamışdır.

V.K. Hun

Mühasibat terminologiyasının qeyri-müəyyənliyi və müxtəlifliyi həmişə ciddi mühasibləri təəccübləndirib.

S.Q. Muxov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat peşəsi və onun gələcək mənzərəsi (1-ci hissə)

posted in: Xəbər | 0

Mühasibat peşəsiMühasibat peşəsi və onun gələcək mənzərəsi

1-ci hissə

Hansı növ mütəxəssilərə bazarda daha çox tələbat duyulacaq?

Mühasibat peşəsi bu gün Ukraynada həmişə olduğundan daha dərin həyəcan yaşayır. Peşəkar kadrların çatışmazlığı, çoxlu sayda mühasiblərin yenidən peşə səviyyəlrinin yüksəldilməsinin kəskin zəruriliyi, köhnəlmiş təhsil sistemi, gənclər arasında peşəyə tələbatın nəzərəçarpacaq dərəcədə azalması, ən başlıcası isə, məlumatların emalı, idarəetmə və maliyyə təhlili sahələrində mühasibat uçotunun digər funksiyalarına artan tələbat. Bütün bunlar onu göstərir ki, peşə böhran vəziyyətindədir.

Açıq söyləsək, mühasibat uçotu həmişə inqilabi dəyişikliklərə məruz qalmışdır. İlk mühasibat texnologiyası inqilabı 1970-ci illərdə kompüterlərin və İnternetin meydana gəlməsi ilə baş verdi. Xatırlayıram ki, Ukraynada hələ 90-cı illərdə mühasiblərin komputeri yox idi, onlar mühasibat uçotunu əllə, çötkələr və kağızlar vasitəsilə aparırdılar. Komputerlərin meydana gəlməsi səbəbi ilə əl işlərinə tələbat on illərdir azalır və yaxın gələcəkdə tamamilə yoxa çıxa bilər.

Dünyada ikinci texnoloji inqilab məhz, indi baş verir. Süni intellekt, blokçeyn və məsafədən idarə olunan alqoritmlər kimi texnologiyalar mühasibat sənayesində istifadə olunan uçot metodları və alətlərinə birbaşa təsir göstərir. Süni intellekt məlumatların toplanmasını və təhlilini həyata keçirir, blokçeyn məlumatların təhlükəsizliyini təmin edir, rəqəmsal tenologiyalar məlumatların paylaşılmasına imkan verir. Buna görə də, mühasibat uçotu və maliyyə mütəxəssisləri gələcəkdə məlumatların ötürülməsi, emalı və təhlili üçün texnologiyaların hazırlanmasında iştirak etməlidirlər.

Sirr deyil ki, mühasibat proqramları artıq bu gün avtomatik olaraq mühasibat qeydlərini yaradır. Bu səbəbdən, mühasiblərin yeni nəsli tez-tez mühasibat provodkalarında təsərrüfat əməliyyatlarını müstəqil şəkildə əks etdirə bilmir. Ukraynada vergi qanunvericiliyinin daim dəyişdirilməsi və vergi işçilərinin ilkin sənədlərin düzgün tərtib edilməsinə diqqət yetirməsi səbəbindən mühasiblər bütün diqqətlərini məhz kağız üzrə işlərə ayırırlar. Buna görə biznes-ictimaiyyətində hər gün sənədləri dəyişdirən və dizaynlarında daim təkmilləşdirilməsini tələb edən mühasibin işi haqqında sabit bir fikir formalaşıb.

Tamamilə aydındır ki, tezliklə əl ilə görülən və təkrar edilə bilən tapşırıqlar tamamilə avtomatlaşdırılacaq, robot texnikası və maşın istehsalı ilə əvəz ediləcək. Buna görə zaman keçdikcə mühasib-statistlərə ehtiyac yox olacaq. Əl yazısı yaxşı olan və ilkin mühasibat sənədlərini gözəl şəkildə doldurmağı bacaran mütəxəssislərə də tələb artmayacaq, çünki vergi orqanlarının diqqəti də dəyişir, transfert qiymətləri önümüzdəki onilliklər üçün ən vacib məsələlərdən olacaqdır. Həqiqətdə biznes çox fərqli peşəkar bilik və bacarıqlara sahib mühasibləri də axtaracaq.

Beləliklə, bəs, bazarda ən çox tələbat duyulan peşəkarlar hansıdır?

Birincisi, həm mühasibat uçotunu, həm də maliyyəni başa düşən, eyni zamanda məlumatları və texnologiyaları anlayan və sistemlərdə necə işləməyi bilən mütəxəssislərə tələbat olacaqdır. Belə mütəxəssislər məlumatları anlamaq və onları təhlil etmək, hansı növ məlumatların seçilməsini və xüsusilə əsas məsələləri həll etmək üçün optimal biznes həllini qəbul etməkdən ötrü bu məlumatlardan ən faydalı məlumatları necə əldə etmək lazım olduğunu bilməlidirlər.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rəqəmsal İdentifikasiya Sistemi istifadəyə verilib

posted in: Xəbər | 0

Ani Ödənişlər SistemiDövlətimizin başçısının ölkədə maliyyə inklüzivliyinin artırılması, o cümlədən ən qabaqcıl beynəlxalq təcrübəni öyrənərək ölkəyə gətirilməsi, rəqəmsal transformasiya tədbirlərinin sürətləndirilməsi, elektron maliyyə-bank xidmətlərinin genişləndirilməsi və bu xidmətlərin əhali üçün daha əlçatan edilməsi ilə bağlı verdiyi tapşırıqlardan irəli gələrək Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bir sıra strateji layihələr və ardıcıl işlər həyata keçirilməkdədir.

AMB-dən bildirilib ki, qeyd olunanları, habelə ölkə başçısının 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ndan irəli gələn prioritet hədəfləri nəzərə alaraq, Mərkəzi Bank tərəfindən “IBM” şirkəti ilə birgə Rəqəmsal İdentifikasiya Sistemi (RİS) yaradılıb. Layihə çərçivəsində ölkədə ilk dəfə “Hyperledger Fabric” blokçeyn platforması tətbiq edilib və məlumatların həmin paylanılmış reyestr texnologiyasına əsaslanan verilənlər bazasında tam məxfiliyi qorunmaqla saxlanılması təmin olunub. Eyni zamanda, təklif olunan elektron bank xidmətlərinin əhatə dairəsinin artırılması, müştəri-bank münasibətlərinin daha müasir müstəvidə qurulması, həmin xidmətləri ən son texnoloji həllər üzərində yaradaraq keyfiyyətcə yeni mərhələyə qaldırılması və bununla da müştəri məmnunluğunun yüksəldilməsi əsas hədəflərdən biri olub.

Layihə çərçivəsində hüquqi və fiziki şəxslər tərəfindən məsafədən maliyyə-bank xidmətləri əldə edilən zaman Öz Müştərini Tanı siyasətinə uyğun olaraq onların identifikasiya edilməsi ilə pilot olaraq bank hesablarının açılması və ödəniş kartlarının əldə olunması imkanı yaradılıb. Bununla da şəxslərin banka yaxınlaşmadan məsafədən bank xidmətlərini operativ şəkildə əldə etməsi, bu zaman tələb olunan məlumatların kağız daşıyıcılarında təqdim edilməsi zərurətinin aradan qaldırılması, o cümlədən məlumatların tamlığı, əlçatanlığı və məxfiliyi təmin edilib.

Sözügedən rəqəmsal bank xidmətləri RİS-in xüsusi təyinatlı altsistemlərinin müvafiq internet səhifələri

https://bankid.azhttps://bankmartket.az) və mobil tətbiqi (Android və iOS platformalı) vasitəsilə daha əlçatan olub. Hazırda “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Accessbank” QSC, “AzərTürkBank” ASC, “Bank Respublika” ASC, “Expressbank” ASC, “Kapital Bank” ASC, “Muğanbank” ASC, “Rabitəbank” ASC, “Unibank” KB ASC, “Bank VTB (Azərbaycan)” ASC RİS-ə inteqrasiya olunub. Gələcəkdə adıçəkilən sistemin funksional imkanlarının və əhatə dairəsinin genişləndirilməsi, o cümlədən xidmət təchizatçılarının sayının və göstərilən rəqəmsal xidmətlərin çeşidinin artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi təmin olunacaq.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşçilərin yemək xərclərinin təmin olunması məqsədilə ödənilən ƏDV məbləği əvəzləşdirilmədiyindən gəlirdən çıxılan xərclərə aid edilir?

posted in: Vergi, Xəbər | 0

ƏDV-dən azad, ödənilmiş ƏDV-nin məbləği,Sual: ƏDV qeydiyyatında olan hər hansı bir restoran və ya yeməkxana başqa şirkətin işçi heyətinə yeməkxana xidməti göstərir. Bu halda xidmət göstərən təşkilat yazdığı e-qaimədə göstərilən ƏDV, xidməti qəbul edən təşkilatda necə əksini tapmalıdır? Yeməkxana xidmətləri zamanı xidmətin ƏDV məbləği əvəzləşmədiyi üçün xərcə salınmalıdırmı?

Cavab: Bildiririk ki, sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakter daşıyan vergi ödəyicisinin bu cür fəaliyyət çərçivəsində çəkilən əyləncə və sosial xərcləri istisna olmaqla əyləncə və yemək xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Həmçinin, işçilərin yemək xərclərinin təmin olunması məqsədilə ödənilən ƏDV məbləğinin əvəzləşdirilməsinə və gəlirdən çıxılan xərclərə aid edilməsinə yol verilmir. Qeyd olunan xərclər müəssisənin sərbəst mənfəəti hesabına maliyyələşdirilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109.3-cü və 175.3-cü maddələri.


Bax:


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 991 992 993 994 995 996 997 2. 400